1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Sığorta agentlərin 91%-i Axa Mbask şirkəti ilə əməkdaşlıqdan məmnundur
22.04.2015

Baki, Finance Time. AXA MBASK SŞ-nin sığorta agentliklərinin ehtiyaclarını, problemlərini və arzularını qiymətləndirmək məqsədilə, “Media Consulting and Services” konsaltinq şirkəti yüzdən artıq respondentin (sığorta agentlərin) iştirak etdiyi anonim tədqiqat həyata keçirmişdir.

Tədqiqatın məqsədi əsas ehtiyacları və arzuları aşkar etməkdən başqa, şirkətin sığorta agentlərinin məmnunluq dərəcəsini və loyallıq səviyyəsini müəyyən etmək idi. Buna görə də respondentlərə şirkətin ümumilikdə işini qiymətləndirmək təklif edilirdi. Bundan əlavə onlardan AXA MBASK-la uzunmüddətli əməkdaşlığa razılığı da soruşulurdu.

* Tədqiqatın nəticələri göstərdi ki, sorğuda iştirak etmiş agentlərin 91%-i AXA MBASK-la əməkdaşlıqdan tam razıdır və onlar şirkəti və fəaliyyət sahəsini ən azı 5 il ərzində dəyişdirmək niyyətində deyillər. Bu da, daha çox agent öz gələcəyini AXA MBASK-la bağladığını, yeni və nüfuzlu sığorta agenti peşəsini isə kifayət qədər perspektivli və iqtisadi cəhətdən cəlbedici hesab etdiklərini göstərir.

* Bundan başqa müəyyən edilmişdir ki, sığorta agentlərinin 56%-i 3 ildən artıq müddətdə AXA MBASK-la əməkdaşlıq edir.

* Əlavə olaraq sorğu göstərdi ki, AXA MBASKın "işləməsi asan olan sığorta şirkəti" strategiyasına uyğun olaraq, agentlərin gündəlik işlərini asanlasdırmağa və agentlərin asan sistemdə işləməsi üçün hazırlanmış xüsusi layihələrin sayəsində, 93% respondent şirkətin İnformasiya Texnologiya xidmətlərindən “tam razıdır”.

* 93% agent sığorta ödənişinin tez verildiyinə görə və müştərilərinin razı buraxıldığı üçün  AXA MBASK la işlədiyini bildirib.

* 88% agent Azərbaycanda agentlik peşəsinin gələcəyindən çox ümidlidir.

Eləcə də qeyd etmək lazımdır ki, əgər bir neçə il bundan əvvəl sığorta agenti vəzifəsi əsasən ali təhsil müəssisələrinin məzunları olan gənclər üçün cəlbedici idisə, bu gün, sorğuya müvafiq olaraq, həm paytaxtda, həm də bölgələrdə şirkətin agentləri qismində iş adamları, kiçik və orta biznes sahibləri çıxış edir.

Vurğulamaq lazımdır ki, agentlər həm fərdi biznesin genişləndirilməsinin və fasiləsiz aparılmasının təmin edilməsi, həm də şirkətin ümumilikdə gələcək inkişafı strategiyasının formalaşdırılması üçün zəruri olan aspektlər sırasında sığorta hadisələrin tənzimlənməsi prosesinin avtomatlaşdırılmasının təkmilləşdirilməsini, eləcə də agentlərin peşəkar səviyyəsini artırmaqla (işgüzar oyunlar, ustad-dərsləri, treninqlər) təklif edilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasını qeyd ediblər.

AXA MBASK SŞ gələcəkdə də həm agentlər, həm də şirkətin müştəriləri arasında belə sorğuların təşkil edilməsini və aparılmasını planlaşdırır. Belə ki, məmnunluq dərəcəsinin qiymətləndirilməsi vaxtında əks-əlaqəni qeydə almağa və öz servisin keyfiyyətinin artırılması üzrə tədbirlər görülməsinə imkan yaradır.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment