1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Həyat Sığorta” şirkətinin nümayəndə heyəti “3rd Annual Life Insurance Forum”da iştirak edib
21.04.2015

“PAŞA Həyat Sığorta” şirkətinin nümayəndə heyəti bu ilin aprel ayının 14-17-də İtaliyanın Roma şəhərində keçirilən beynəlxalq 3rd Annual Life Insurance Forumda iştirak edib.

Otuzdan çox ölkənin 70-ə yaxın nümayəndəsinin qatıldığı forumda “PAŞA Həyat”ı strateji inkişaf və marketinq, satış və təkrarsığorta strukturlarının rəhbərləri təmsil edib.  

Avropanın iri ölkələrinin sığorta, maliyyə, konsaltinq və digər iri şirkətlərin nüfuzlu top menecerlərinin təmsil olunduğu tədbirdə Almaniya, Avstriya, İsveçrə, Böyük Britaniya, Fransa, İtaliya, Norveç və digər ölkələrin təcrübəli menecerləri öz ölkələrində sığorta şirkətlərinin idarəolunması, onların fəaliyyəti barədə maraqlı və geniş məruzələr edib.

Forumda həyat sığortası biznesində qlobal inkişaf meylləri, satış və distribyusiya kanalları, risklərin idarəolunması, yeni qabaqcıl onlayn və rəqəmsal  texnologiyaların tətbiqi, investisiya siyasəti, yığım sığortası və bankassurance sahələrinə aid maraqlı məlumatlar səsləndirilib.

Azərbaycanda gənc həyat sığortası bazarının inkişafı fonunda, biznes fəaliyyətinin müasir tələblərə uyğun idarə olunması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi vacib və aktual bir vəzifə kimi qiymətləndirilə bilər. Məhz bu baxımdan, konfransda qazanılmış təcrübənin “PAŞA Həyat” şirkətində biznesin daha müasir idarəolunmasında və funksional proseslərin təkmilləşdirilməsində mühüm əhəmiyyəti olacaq.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment