1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Türkiyədə “Petkim”in 50 illiyi qeyd olunub
03.04.2015

İzmir şəhərində Türkiyənin energetika sektorunda mühüm yer tutan “Petkim” neft-kimya holdinqinin yaradılmasının 50-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.

Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) “APA-Economics”ə verilən məlumata görə, mərasimdə Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, energetika naziriNatiq Əliyev, SOCAR prezidenti Rövnəq Abdullayev, Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, İzmir Valisi Mustafa Toprak, İzmir Büyükşehir bələdiyyə başqanı müavini Sırrı Aydoğan, “SOCAR Türkiyə” şirkətinin rəhbəri Kənan Yavuz, “Petkim” rəhbərliyinin nümayəndələri iştirak ediblər.

“Petkim”in 50 illik fəaliyyətini əks etdirən videomaterialın nümayişindən sonra giriş nitqi söyləyən şirkətin icraçı direktoru Sadəddin Qorqud uzun illər möhtəşəm layihələrə imza atmış “Petkim”in SOCAR ilə birlikdə yeni bir yola qədəm qoyduğunu qeyd edib, Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin sənaye sahəsində bariz nümunəsi olmalarından qürur duyduqlarını bildirib. Tədbirdə SOCAR-ın fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Ş. Mustafayev Azərbaycan və Türkiyə əməkdaşlığının dərin köklərə malik olduğunu bildirib. Hazırda Azərbaycanın Türkiyədə ən böyük investorlardan biri olduğunu qeyd edən nazir SOCAR-ın 2023-cü ildə bu sahədə birinci olacağını, 2008-2018-ci illər ərzində Petkim yarımadasına qoyulacaq sərmayələrin 10 mlrd. dolları aşacağını və bu yatırımların hər iki ölkə üçün mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

N. Əliyev əsası Azərbaycanın enerji strategiyasının dünya enerji təhlükəsizliyinin təminatında mühüm yer tutduğunu, bu baxımdan Azərbaycan-Türkiyə əməkdaşlığının iqtisadi və siyasi cəhətdən böyük məna kəsb etdiyini deyib.

R. Abdullayev “Petkim” əməkdaşlarını holdinqin yaradılmasının 50 illiyi münasibəti ilə təbrik edib, uğurlar arzulayıb. O, holdinqin son illərdəki fəaliyyətindən və əldə etdiyi istehsalat nailiyyətlərindən razı qaldığını bildirib, bir qrup qabaqcıl əməkdaşa mükafatlar təqdim edib. Türkiyə Petrol İş Sendikasının rəhbəri Mustafa Öztaşkın və Izmir valisi Mustafa Toprak SOCAR-ın “Petkim”ə yeni nəfəs verdiyini, inşası davam etdirilən STAR neft emalı zavodunun, yaxın zamanlarda istifadəyə veriləcək konteyner limanının təkcə İzmir vilayətinin deyil, bütün Türkiyə iqtisadiyyatına mühüm töhfələr verəcəyini söyləyiblər.

www.apa.az

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment