1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Fond birjası


“Listinq Məsləhət Proqramı” üzrə Kollektiv Sazişə yeni tərəfdaş qoşulmuşdur
16.03.2015

Baki, Finance Time. 13 mart 2015-ci il tarixindən etibarən, kapitalbazarından maliyyələşməni təşviq edən məlumat və məsləhət xidmətləri proqramı – “Listinq Məsləhət Proqramı” (LMP) üzrə əməkdaşlıq haqqında Kollektiv Sazişə yeni tərəfdaş olaraq broker şirkəti olan “Unicapital”ASC şirkəti qoşulmuşdur.

Kollektiv Sazişə əsasən tərəfdaş seçilmiş şirkət, LMP çərçivəsində BFB-yə müraciət etmiş Emitentlərə kapitalbazarından maliyyələşmə istiqamətində ödənişsiz tövsiyyə və  təlim xidmətləri təqdim edir.

16 aprel 2014-cü ildə təqdimatı keçirilən LMP layihəsinin hazırda 12 (on iki) tərəfdaşı mövcuddur: KPMG, Baker&Tilly, PwC və EY audit şirkətlərinin Azərbaycan ofisləri; Dentons və Baker&McKenzie hüquq şirkətlərinin Azərbaycan ofisləri, broker şirkətləri olan Paşa Kapital MMC, Standard Kapital MMC, İnvest-AZ MMC, Çelsi Kapital MMC, AzFinance İnvest MMC və Unicapital ASC.

Qeyd edək ki, Listinq Məsləhət Proqramı Azərbaycan Respublikası Prezidentinin 16 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş  “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı çərçivəsində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin dəstəyi və Bakı Fond Birjasının müvafiq strategiyasına uyğun həyata keçirilir. 

Listinq Məsləhət Proqramı çərçivəsində kapital bazarından maliyyələşmək niyyətində olan şirkətlərə bu sahədə Bakı Fond Birjasının habelə, digər peşəkarların – auditorların, broker şirkətlərinin, hüquq, ictimaiyyətlə əlaqələr üzrə ixtisaslaşmış şirkətlərin peşəkar və tam ödənişsiz əsaslarla məsləhət xidmətləri nəzərdə tutulub. Proqram kapital bazarlarından maliyyələşmə imkanlarının təşviqi, şirkətlərin təlimi və potensial emitentlərə əlverişli şərtlərlə uzunmüddətli və ucuz maliyyə resurslarına çıxış istiqamətində kömək göstərilməsi tədbirlərini əhatə edir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment