Baki, Finance Time. “Kapital Bazarlarının İnformasiya Sistemlərinin çatdırılması və quraşdırılması” Layihəsi Planına uyğun olaraq, BFB-də mövcud biznes proseslərin və tətbiq ediləcək yeni sistemlərə olan funksional tələblərin təhlili məqsədi ilə Koreya Birjası işçi heyətinin səfəri baş tutmuşdur.
6 mart 2015-ci il tarixinədək davam edən səfər çərçivəsində Bakı Fond Birjasında tətbiq olunan mövcud ticarət mexanizmləri təhlil edilmiş və layihə əsasında yaradılacaq yeni ticarət sisteminin xüsusiyyətləri müzakirə edilmişdir.
“Kapital Bazarlarının İnformasiya Sistemlərinin çatdırılması və quraşdırılması” layihəsi “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramına uyğun olaraq Azərbaycanda Kapital Bazarlarının Müasirləşdirilməsi layihəsi çərçivəsində həyata keçirilir.