1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Türkiyəli mütəxəssis “PAŞA Həyat”da təlim keçib
05.03.2015

Baki, Finance Time. Azərbaycanın “PAŞA Həyat Sığorta” şirkəti işçilərinin bilik və bacarığının artırılması və  daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi siyasəti əsas tutaraq satış və Çağrı Mərkəzinin əməkdaşları üçün beynəlxalq təlimçinin iştirakı ilə treninq təşkil edib.  

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətinin verdiyi məlumata görə, təlim bu ilin fevral ayının 25-27-də Türkiyənin tanınmış “US Danışmanlık” Konsaltinq Şirkətinin rəhbəri, təcrübəli təlimçi Sevda Güner tərəfindən “PAŞA Həyat Sığorta” şirkətinin Satış və Çağrı Mərkəzinin əməkdaşları üçün keçirilib.

Təlimdə bazar analizləri, satışın taktikası və incəlikləri, marketinqin əhəmiyyəti, satış və çağrı mərkəzi əməkdaşının davranış qaydaları və digər sahələr üzrə geniş təqdimatlar edilib. Təlimçi dərin nəzəri biliklərlə yanaşı, müasir qabaqcıl təcrübə nümunələri də nümayiş etdirmiş və real biznes mühitinin praktiki aspektləri ətraflı olaraq araşdırılmışdır.

Təlimin yeni formalaşmaqda olan yerli həyat sığortası bazarında sığortaçı-müştəri münasibətlərinin qurulmasında və inkişaf etdirilməsində mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.

“PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Kapitallaşma səviyyəsinə və biznes göstəricilərinə görə şirkət həyat sığortası bazarının lideridir. Cari ilin mart ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 mln. manat təşkil edir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment