1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Neft və qaz


«Azəriqaz» abonentlərə xəbərdarlıq edib
27.07.2012

Bu ilin birinci yarısında ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyinin 185 nömrəli «qaynar xətt»inə daxil olmuş müraciətlərin əksər hissəsinin sayğacların koda düşməsi ilə bağlı olmasını nəzərə alaraq, «Azəriqaz» İB «smart-kart» tipli sayğacların istismarı ilə bağlı bəzi zəruri məlumatları bir daha abonentlərin diqqətinə çatdırıb. 

«
APA-ECONOMICS»in məlumatına görə, müraciətdə bildirilir ki, «smart-kart» tipli sayğaclarla ehtiyatsız davranma, qaz xəttində sızmanın olması, mənzildə istifadə olunan sayğacın göstəricisinin qəbul olunan sərfiyyat miqdarından artıq olması, qaz xəttinə əlavə qoşulmalar, sayğaca hər hansı bir müdaxilə kimi hallar baş verdikdə sayğacın klapanı dərhal qapanır, sayğac avtomatik olaraq koda düşərək bağlanır və bu barədə məlumat müvafiq qaydada bazaya ötürülür: «Sayğac koda düşərək bağlanan zaman müdaxilə etməklə onu işə salmaq mümkün deyil. Bu zaman sayğac işlək vəziyyətə yalnız xüsusi servis kartı vasitəsi ilə gətirilir. Servis kartları Qaz istismar sahələrinin ərazi xidmətlərindədir». 

Sayğac koda düşərək bağlanan zaman 104 nömrəsinə və ya yerli Qaz İstismar Sahəsinə zəng edərək bu haqda məlumat vermək lazımdır. «Qaz istismar sahəsinin əməkdaşları gündüz saatlarında qısa müddətdə ünvana gəlib sayğacı işlək vəziyyətə gətirir. Koda düşmə gecə saatlarında baş verdikdə, problemin həlli üçün zəruri tədbirlər səhər saatlarında həyata keçirilir», - deyə müraciətdə bildirilir. 

www.apa.az


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment