1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


"Bakı Sığorta" "Turbo Kart" layihəsini müvəqqəti dayandırıb
26.02.2015

“İndiyədək məhsuldan faydalanan müştərilərin sığorta və kredit müqavilələrində heç bir dəyişiklik olmayacaq”

"Bakı Sığorta" şirkəti "Turbo Kart" layihəsini müvəqqəti dayandırıb. 

Bunu "APA-Economics"ə “Bakı Sığorta” şirkətinin İdarə Heyəti sədrinin müavini Ramin Məmmədov deyib.

R. Məmmədovun sözlərinə görə, bu qərar tərəfdaş bank ilə ("Bank Respublika" - red.) birgə verilib: "Bank maliyyə risklərini yenidən qiymətləndirməsi ilə əlaqədar "Turbo Kart" məhsulunun müvəqqəti olaraq dayandırılmasını məqsədəuyğun sayıb. "Turbo Kart" həm co-brend, həm də bankın sığorta məhsulu olduğundan təbii ki, burda son baş verənlər birbaşa bank sektoru ilə bağlıdır. Ona görə də, burda bankın da münasibəti vacibdir. Biz birgə verdiyimiz qərarla müvəqqəti olaraq "Turbo Kart" vasitəsilə sığorta elementini yığışdırmışıq. Amma digər sığorta məhsullarımız eyni formada müştərilərə təqdim edilir. Burda əslində hər iki tərəfin qərarı vacib olduğu üçün biz hələ ki, bankdan bununla bağlı ikinci bir təklifini gözləyirik. Eyni zamanda, “Turbo Kartı”n bərpası ilə bağlı bankla danışıqlar gedir. Bu prosesin uzun çəkəcəyini düşünmürəm. Bank bu məsələyə yenidən baxdıqdan sonra ya eyni formada, ya da ki, dəyişik formada bu məhsulu yenidən müştərilərə təqdim edə bilərik”.

Sədr müavini bildirib ki, "Turbo Kart" şirkətin məhsulları içərisində “Turbo Kasko”nun satışında müştərilər üçün əsas cəlbedici element olub: "Turbo Kart" sığorta haqqını həmin anda ödəyə bilməyən müştərilər və eyni zamanda pula ehtiyacı olan insanlar üçün cəlbedici idi. Təbii ki, bu məhsulun olmaması bizim “Turbo Kasko”nun cəlbediciliyini kifayət qədər aşağı salıb. Sırf “Turbo Kart”la avtomobilini sığortalamaq istəyənlərin sayı kəskin şəkildə aşağı düşüb. Ümumiyyətlə, “Turbo Kart” vasitəsilə sığorta insanların sığortalanmaqla bağlı müraciətlərinin ən azı yarı hissəsini təşkil edirdi. Bu baxımdan kasko sığorta ilə bağlı müraciətlərin sayında 50% azalma gözləyirik".

Bununla belə, indiyədək “Turbo Kart”ndan faydalanan müştərilərin sığorta və kredit müqavilələrində heç bir dəyişiklik olmayacaq.

www.apa.az


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment