|
|
|
Fond birjası | | | BFB, Kapital Bazarları üzrə Təlim Mərkəzi və Xəzər Universiteti arasında üçtərəfli əməkdaşlıq haqqında memorandum imzalanmışdır |
23.02.2015 | |
| |
Baki, Finance Time. “Bakı Fond Birjası” QSC, Kapital Bazarları üzrə Təlim Mərkəzi və Xəzər Universiteti arasında üçtərəfli Əməkdaşlıq haqqında Memoranduma imzalanmışdır.
İmzalanan memorandumun məqsədi adı çəkilən ali təhsil müəssisəsində qiymətli kağızlar bazarına dair biliklərin tədrisinə dəstək vermək, bu sektorda müştərək fəaliyyəti həyata keçirmək üçün qarşılıqlı əməkdaşlığı inkişaf etdirməkdir.
Yuxarida qeyd olunmuş Əməkdaşlıq haqqında Memorandum çərçivəsində 20 fevral 2015-ci il tarixdə Xəzər Universitetinin bir qrup tələbələri üçün “Bakı Fond Birjasında ticarətin əsasları”mövzusunda təlim keçirilmişdir. Təlim qiymətli kağızlar bazarının tədrisi və tələbələrin bu sahədə biliklərinin artırılması məqsədini daşıyır. Bakı Fond Birjası gələcəkdə də yuxarıda qeyd olunmuş istiqamətlər üzrə Xəzər Universiteti ilə əməkdaşlığı davam etdirəcəkdir.
|
|
|
|