1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Risk Navigator—risklərdən qorunması və risklərin idarə edilməsi üçün yeni üsul
20.02.2015

AXA MBASK-dan növbəti yenilik

Baki, Finance Time. AXA MBASK Sığorta Şirkəti korporativ sosial məsuliyyət çərçivəsində Risk Navigator – yol-nəqliyyat hadisələrinin interaktiv xəritəsini əhalinin istifadəsinə verir.

RİSK NAVİGATOR ilk növbədə respublikada yolların vəziyyətinin profilaktikasına və yaxşılaşdırılmasına yönəldilmiş sosial bir layihədir. Bu resurs şirkətin istər paytaxtda, istər də respublikanın bölgələrində AXA MBASK Şirkətinin yol-nəqliyyat hadisələrinin statistikasına əsaslanan məlumatların nəşr edilməsi və vizuallaşdırılması üçün xüsusi olaraq işlənib hazırlanmışdır.

Resursa bu ünvandan www.axambask.az daxil olmaq olar.

Şirkətin və Risk Navigator layihəsinin əsas vəzifəsi – istifadəçilərə YNH-nin konsentrasiyası yerlərini, “qəza ocaqları” adlanan yerləri aşkar etmək imkanı vermək, beləliklə sürücülərin təhlükəsizlik və marşrutlara düzəliş etmələri məqsədilə həmin yerlərdə hərəkət tərzini dəyişdirilməsinin təşkili üçün tədbirlərin görülməsinə yardım etməkdir. 

Hazırda layihəyə 2014 ildən bü günkü günə qədər baş vermiş yol hadisələri barədə məlumatlar daxil edilmişdir. Qəzaların topoqrafik təhlili şirkətin ekspertləri tərəfindən hər ay yenilənəcəkdir.

Xəritənin tətbiqi çox sadə olduğundan onun istifadəsi İnternet şəbəkəsinə çıxışı olan hər bir kəs üçün əlçatandır.

Yaxın zamanlarda xidmətə YNH-nin növü (toqquşma, piyadanın vurulması və s.), həlak olanlar və ya xəsarət alanların sayı, hadisələrin baş vermə səbəbləri haqqında məlumatı nəzərdən keçirmək, eləcə də müəyyən vaxt müddəti ərzində statistikaya sorğu vermək imkanı kimi seçimlər də əlavə ediləcəkdir.

AXA MBASK ekspertlərin fikrinə görə, yalnız maarifləndirmə məqsədi daşıyan bu sosial layihə yol-nəqliyyat hadisələri nəticəsində baş verən travmaların səviyyəsinin azalmasına və ölkənin yollarında yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin artmasına səbəb olacaq.

Sığorta bazarının liderlərindənb iriolan AXA MBASK SŞ 2010-cu ildən etibarən şirkətin mövcud biznes proseslərinə AXA beynəlxalq standartlarının tətbiqi prosesinə başlayıb.

Sığorta agentlikləri şəbəkəsi vasitəsilə satışların inkişafı planı həyata keçirilməklə, qısa müddət ərzində bütün Azərbaycan ərazisində fiziki və hüquqi şəxslərlə, habelə maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş 80-ə yaxın sığorta polislərinin satışı məntəqəsi açılmışdır.

Avropa keyfiyyətli xidmət, habelə ödənişlərin vaxtlı-vaxtında və tam həyata keçirilməsi şirkətin qısa zaman ərzində  “İlin sığorta şirkəti” kimi yeddi beynəlxalq və milli mükafatlara layiq görülməsinə gətirib çıxarmışdır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment