Baki, Finance Time. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Unileasing” lizinq şirkəti ASC -nin faizli təmin edilməmiş, sənədsiz adlı istiqrazlarının emissiya prospekti qeydə alınmışdır.
Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası QSC-də həyata keçiriləcək.
Emissiyanın parametrləri aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi
|
AZ2007005195
|
Emissiyanın həcmi
|
5 000 000 USD
|
Yerləşdiriləcək istiqrazların sayı
|
5000 ədəd
|
Bir istiqrazın nominal dəyəri
|
1000 USD
|
İstiqrazların tədavül müddəti
|
3 il
|
İstiqraz üzrə faiz dərəcəsi
|
12 %
|
Faiz ödəniş dövrünün müddəti
|
3 aydan bir
|
Anderrayter
|
“Unicapital” ASC
|
İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.
“Unileasing” lizinq şirkəti ASC -nin istiqrazlarının emissiya prospekti Bakı Fond Birjasının internet saytının (www.bfb.az ) “Emitentlər” bölməsində yerləşdirilib.