|
|
|
Fond birjası | | | “Bakı Fond Birjası” QSC ilə “KTİB” MMC arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır |
03.02.2015 | |
| |
Baki, Finance Time. 26 yanvar 2015-ci il tarixində “Bakı Fond Birjası” QSC ilə “KTİB” MMC arasında “Listinq Məsləhət Proqramı” çərçivəsində əməkdaşlıq haqqında memorandum imzalanmışdır. BFB İdarə Heyətinin Sədri Fariz Əzizov və “KTİB” MMC -nin direktoru Elmar Soltanov arasında imzalanan memorandumun məqsədi şirkətin BFB-də listinqə daxil olması üçün təlim ehtiyaclarının və məsləhət xidmətlərinin ödənişsiz əsaslarla Proqram tərəfindən təmin edilməsi istiqamətində əməkdaşlıq etməyə dair razılığa gəlməkdir.
Bu anlaşma eyni zamanda 2011-2020 Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı dövlət proqramının icrası istiqamətində atılmış addımların tərkib hissəsi olan “Listinq Məsləhət Proqramı” çərçivəsində Proqram iştirakçılarının Listinqə daxil olmalarına yardım edir.
|
|
|
|