1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Axa Mbask “Sığortalı gələcək” uşaq rəsm yarışmasinin qaliblərini açıqladı
30.01.2015

Baki, Finance Time. AXA MBASK Sığorta şirkəti “Sığortalı gələcək” adlı uşaq rəsm yarışmasının nəticələrini yekunlaşdırdı. Yarışma, “Sığorta uşaqların gözü ilə” mövzusunda” iki yaş qrupu üzrə: 6 yaşdan 8 yaşadək və 9 yaşdan 12 yaşadək uşaqlar arasında aparılmışdır.

Yarışmada istənilən bədii texnika və uşaqlar üçün əlverişli olan istənilən materiallarla: akvarel, quaş, təbaşir, flomaster, karandaş, pastel və s. ilə işlənmiş uşaq rəsmləri iştirak etmişdir. Ən yaxşı işlərin seçilməsi üçün əsas meyarlar: mövzunun açılması, kreativlik (yaradıcılıq qabiliyyəti) və rəsmin pozitivliyi olmuşdur. Lakin əsas diqqət  yalnız ustalığa və icra texnikasına deyil, həm də rəsmin çəkilməsi zamanı gənc rəssamların sərbəstliyinə yetirilmişdir.

Beləliklə kiçik yaş qrupunda qaliblər aşağıdakılar olmuşdur:

  • 3-cü yer (100 manat) – Hacıyeva Nuray (7 yaş)

  • 2-ci yer  (200 manat)–Əliyeva Leyla (8 yaş)

  • 1-ci yer  (300 manat) – Ryabçikova Aelita (7 yaş)

Yuxarı yaş qrupunda qaliblər aşağıdakılar olmuşdur:

  • 3-cü yer (100 manat)– Əliyev Murad (9 yaş)

  • 2-ci yer (200 manat)– İsayeva Aydan (9 yaş)

  • 1-ci yer (300 manat)– Nəcəfzadə Zeynəb (10 yaş)

Münsiflər heyətinin qərarı ilə Həsənova Nazilənin (10 yaş) “Gələcək sığortaçının siması” adlı işi xüsusi mükafata(150 manat)layiq görülmüşdür

Yarışma iştirakçılarının bütün işləri şirkətin korporativ saytında www.axambask.az, eləcə də AXA MBASK SŞ baş ofisində yerləşdiriləcəkdir.

Biz, dəvətimizə səs verərək yarışmada iştirak etmiş hər kəsə - uşaqlara, valideynlərə və rəhbərlərə səmimi qəlbdən təşəkkür edirik.

Şirkət gələcəkdə də uşaqların və valideynlərin iştirakı ilə müxtəlif tədbirlərin təşkil edilməsini və keçirilməsini planlaşdırılır.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment