1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Həyat” ötən ildə aktivlərinin həcmini 83% artırıb
29.01.2015

Baki, Finance Time. Azərbaycanın həyat sığortası bazarının lideri olan “PAŞA Həyat Sığorta” şirkəti 2014-cü il ərzində əsas maliyyə göstəriciləri üzrə yüksək artıma nail olub.

Şirkətin Strateji inkişaf üzrə direktoru İsrail Qarayevin sözlərinə görə, ötən il ərzində şirkətin ümumi aktivlərinin həcmi 43,1 mln. manat və ya 83,2% artaraq 94,8 mln. manata, investisiya portfeli isə 40,1 mln. manat və ya 99,3% artaraq 80,5 mln. manata çatıb.  

Bununla yanaşı, qeyd olunandövrdə şirkətin sığorta ehtiyatlarının həcmi 29,3 mln. manat və ya 2,7 dəfə artaraq 46,1 mln. manat, sığorta haqqları 6,9 mln. manat və ya 19,7% artaraq 41,9 mln.manat, sığorta ödənişlərinin həcmi isə 1,8 mln. manat və ya 2,7 dəfə artaraq 2,9 mln. manat təşkil edib.

İ.Qarayev bildirib ki, 2014-cü il ərzində şirkətin nizamnamə kapitalında da ciddi artım nümayiş olunub. Belə ki, kapitalın həcmi ötən ildə 15,050 mln. manat və ya 59,7% artaraq 40,250 mln. manata çatdırlıb.

“PAŞA Holding” şirkətlər qrupunun üzvü olan “PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment