1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“AtaSığorta” ASC uşaqlar üçün ekoloji aksiya keçirdi
23.01.2015

Baki, Finance Time. 2015-ci il yanvarın  22-də  “AtaSığorta” ASC Korporativ Sosial Məsuliyyət çərçivəsində 2015-ci il üçün ilk xeyriyyə aksiyasını keçirmişdir. “AtaSığorta”  ASC  Şaqan 3 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evinin uşaqları üçün  ekologiyanın mühafizəsi və dibçəklərdə güllərin yetişdirilməsi üzrə tanıtım tədbiri təşkil etmişdir. Uşaqlara toxumlarla birgə dibçək hədiyyə edilmiş, təcrübəli bağban uşaqlara yeni əkilmiş güllərə qulluq barədə danışmış və bunu əyani göstərmişdir. Uşaqlar  otaq bitkilərini saxlamağın faydasını da öyrənmişlər.  Sonda güllər, təbiət, ekologiya üzrə suallarla viktorina keçirilmiş və qaliblərə  “AtaSığorta” ASC-dən  hədiyyələr təqdim edilmişdir.

“AtaSığorta” ASC-nin İdarə Heyətinin Sədr müavini Orxan Məmmədov tədbirlə bağlı qeyd etmişdir ki, aksiyanın  məqsədi uşaqlarda təbiəti və ekologiyanı dərketmə münasibətini formalaşdırmaq və onlar üçün faydalı asudə vaxt təşkil etməkdir.

“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta”  2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir.  Şirkət 14,6 milyon manat nizamnamə kapitalına malik olmaqla, 26 sığorta növü - 22 könüllü  növ və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. Həmçinin, təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə, "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə satışlar üzrə 18 filial, nümayəndəlik və ofislər daxildir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment