Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Finans Lizinq” ASC -nin faizli təmin edilməmiş, sənədsiz adlı istiqrazlarının emissiya prospekti qeydə alınmışdır.
Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası QSC-də həyata keçiriləcək.
Emissiyanın parametrləri aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi
|
AZ2015006573
|
Emissiyanın həcmi
|
725 000AZN
|
Yerləşdiriləcək istiqrazların sayı
|
1 450 ədəd
|
Bir istiqrazın nominal dəyəri
|
500 AZN
|
İstiqrazların tədavül müddəti
|
720 gün
|
İstiqraz üzrə faiz dərəcəsi
|
14 %
|
Faiz ödəniş dövrünün müddəti
|
3 aydan bir
|
Anderrayter
|
“Texnika Kapital Menecment” MMC
|
İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.
“Finans Lizinq” ASC -nin istiqrazlarının emissiya prospekti Bakı Fond Birjasının internet saytının (www.bfb.az ) “Emitentlər” bölməsində yerləşdirilib.