1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“AtaSığorta” ASC “Çto? Qde? Koqda?” intellektual oyununun 2014-cü ilin finalçılarını mükafatlandırdı
08.01.2015

Baki, Finance Time. 2014-cü il dekabrın 27-də AzTV kanalının axşam efirində “Çto? Qde? Koqda?”  televiziya intellektual klubunun final oyunu baş tutmuşdur. Çətin, gərgin mübarizə şəraitində minimal üstünlüklə televiziya tamaşaçıları komandası 6:5 hesabı ilə qalib gəlmişdir.

Klubun şərtlərinə əsasən, final oyuununun ən yaxşı oyunçusu qalib çıxacağı anda super-prizə ümid edə bilərdi. 2014-cü ildə özünün 10 illik yubileyini bayram etməsi ilə əlaqədar, televiziya verilişinin daimi tərəfdaşı və sponsoru olan “AtaSığorta” ASC ən yaxşı televiziya tamaşaçısına 10 000 manat məbləğində super-priz təsis etmişdi.

Final oyununun sonunda baş sponsorun nümayəndəsi, “AtaSığorta” ASC-nin marketinq və kommuikasiyalar şöbəsinin rəisi Yusif Ağayev eyni zamanda iki  tamaşaçını ən yaxşı oyunçu kimi seçdi və buna müvafiq olaraq, onlar arasında priz fondunun bölünməsi haqqında gözlənilməz qərarını verdi.

Bu bəxtəvərlər memar Sinan haqqında sualı göndərən tamaşaçı Anar Qasımov və tamaşaçılar komandasının kapitanı, Məşədi İbadın papağı haqqında sualın müəllifi Mürşüd İsmayılzadə oldu.

Yusif Ağayev ilin finalının yekunları üzrə videomüsahibəsində  bütün tamaşaçıları qələbə münasibətilə təbrik etdi, onlara göstərdikləri fəallığa görə təşəkkür etdi və ümid etdiyini bildirdi ki, gələcəkdə də bu televiziya verilişinin efirində daha çox maraqlı və gözəl suallar olacaq, və onların arasında Azərbaycan tarixi, mədəniyyəti, elmi və ədəbiyyatı ilə bağlı mövzular üstünlük təşkil edəcək.

Qeyd etmək lazımdır ki, “AtaSığorta” ASC artıq bir çox illərdir ki, “Çto? Qde? Koqda?” oyununun televiziya versiyasının daimi tərəfdaşı və sponsoru olub, televiziya tamaşaçılarını prizlərlə və digər sürprizlərlə dəstəkləyir.

“AtaHoldinq” şirkətlər qrupuna daxil olan “AtaSığorta” 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü  növ və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. İcbari sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 6 filial və 6 nümayəndəlik daxildir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment