1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


«AtaSığorta» ASC Azərbaycan Dövlət Neft Fondunun keçirtdiyi tenderində qalib oldu
07.01.2015

Baki, Finance Time. Rəsmi məlumata görə, “AtaSığorta” ASC Azərbaycan Dövlət Neft Fondunun yeni inzibati binasının sığortalanması üzrə açıq tenderin qalibi elan edilmişdir.  Ölkənin iri sığorta şirkətlərinin qatıldığı bu tender lotlar - inzibati binanın icbari sığortalanması, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və Azərbaycan Dövlət Neft Fondunun əmlakının könüllü sığortalanması üzrə keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın 2014-cü il dekabrın 29-da açılışında iştirak etdikləri Dövlət Neft Fondunun yeni inzibati binası Heydər Əliyev prospektində yerləşir. 
24 mərtəbəli binanın hündürlüyü 140 metrdir, interyerinin dizaynı Azərbaycanın doqquz xalçaçılıq məktəbinin elementləri daxil olan üslubda yerinə yetirilmişdir.  Binanın bütün otaqları yüksək texnologiyaların ən son nailiyyətlərinə əsaslanan avadanlıqla təchiz olunmuşdur. Burada ilk dəfə binanın unikal intellektual idartəedilməsi sistemi həyata keçirilmişdir ki, burada insanların iştirakı minimuma endirilmişdir – bütün texnoloji proseslər, təhlükəsizlik məsələləri, informasiya texnologiyaları, ventilyasiya və ekoloji məsələlər mərkəzləşdirilmişdir. Bina “yaşıl bina”nın ən müasir tələblərinə cavab verir.

“AtaSığorta” ASC-nin İdarə heyətinin sədri Müseyib Əliyevin qeyd etdiyi kimi, “Bizim şirkət üçün obyektiv rəqabət şəraitində keçən bu məsuliyyətli tenderdə qələbə şirkətimizin düzgün institusional inkişafının, həm iri korporativ müştərilər, həm də dövlət müəssisələri tərəfindən etibarın artmasının əksidir, həmçinin əsas əməliyyat bölmələrinin – anderaytinqin, təkrarsığortanın, marketinqin və s. dəqiq və peşəkar  işinin göstəricisidir.”

“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü  növ və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. İcbari sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 6 filial və 6 nümayəndəlik daxildir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment