1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Fond birjası


Səlahiyyətli treyderlərə “Akkreditə şəhadətnaməsi” təqdim edilmişdir
30.12.2014

Baki, Finance Time. 29 dekabr 2014-cü il tarixində birja üzvlərinin “Bakı Fond Birjasının üzvlərinin səlahiyyətli treyderlərinin ticarətdə iştirakı üzrə akkreditasiyası" qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş səlahiyyətli treyderlərinə Akkreditə şəhadətnaməsinin təqdim edilməsi mərasimi təşkil olunmuşdur. Tədbirdə BFB-nin 14 üzvünün ümumilikdə 29 səlahiyyətli treyderinə müvafiq şəhadətnamə təqdim edilmişdir.

Tədbiri giriş sözü ilə açan BFB-nin İdarə Heyətinin sədri cənab Fariz Əzizov imtahanlarda müvəfəqqiyyətlə iştirak etmiş və birja üzvünün adından BFB-də ticarətdə iştirak etmək hüququ verilmiş səlahiyyətli treyderləri təbrik etmişdir. Daha sonra “Səlahiyyətli Treyderlərin Akkreditasiya işinin təşkili” layihəsinin iştirakçıları Təşəkkürnamələr ilə təltif olunmuşlar.

Qeyd edək ki, “Bakı Fond Birjasının üzvlərinin səlahiyyətli treyderlərinin ticarətdə iştirakı üzrə akkreditasiyası" qaydalarının tətbiqindən irəli gələrək, 1 yanvar 2015-ci il tarixindən etibarən yalnız attestasiyadan keçmiş və Akkreditə şəhadətnaməsi almış şəxlər bu şəhatdətnamənin qüvvədə olduğu müddət ərzində BFB-də Birja üzvlərinin adından səlahiyyətli treyder olmaq hüququnu əldə edir.

BFB-də treyderlərin attestasiyasının məqsədi, birja üzvü adından birjada ticarətdə iştirak edəcək şəxslərin bilik və bacarıqlarının  müvafiq funksiyalara uyğunluğunu müəyyən etmək, o cümlədən səlahiyyətli treyderlərin BFB-də ticarətdə iştirakı üçün zəruri nəzəri və praktiki biliklərin qiymətləndirilməsidir.

Beləliklə, 2014-cü 26 dekabr tarixinə Bakı Fond Birjasının 14 üzvünün ümumilikdə 29 treyderi akkreditasiyadan keçmiş və onlara birja üzvünün adından BFB-də ticarətdə iştirak etmək hüququ verilmişdir.

Məlumat verək ki, bu məqsədlərlə daha öncə Kapital Bazarı üzrə Təlim Mərkəzi və Bakı Fond Birjasının birgə təşkilatçılığı ilə birja üzvlərinin səlahiyyətli treyderləri üçün"Bakı Fond Birjasında ticarət əməliyyatarında iştirak" üzrə təlimlərə start verilmişdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment