26 dekabr 2014-cü il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0106032441 ISIN kodlu dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı şifarişlər 2 birja üzvü tərəfindən təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 3 501 100 manat təşkil etmişdir.
Sifarişlər 100.00% qiymətlə təqdim edilmişdir.
İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 3 501 100 manat məbləğində müəyyən edilmişdir.
İstiqrazlar üzrə faiz gəlirliyi 4.25% təşkil edir.
İstiqrazların ödəmə tarixi 22 dekabr 2017-ci ildir.