1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Həyat” könüllü həyat sığortası üzrə 25 min manat həcmində ödəniş edib
24.12.2014

Azərbaycanın ən iri həyat sığortaçısı olan “PAŞA Həyat Sığorta” şirkəti könüllü həyat sığortası üzrə növbəti sığorta ödənişini həyata keçirib.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətinin verdiyi məlumata görə, “Həyatın müddətli sığortası” növü üzrə “PAŞA Həyat”da sığortalanmış şəxs xəstəlik nəticəsində (infeksion olmayan) vəfat edib.

Zərərçəkmiş şəxsin işlədiyi müəssisə ilə bağlanmış qrup halında könüllü həyat sığortası müqaviləsində qeyd olunan şərtlərə uyğun olaraq, 25 min manat həcmində birdəfəlik sığorta ödənişi (sığorta məbləğinin 100%-i) vəfat etmiş şəxsin ailəsinə ödənilib.

Qeyd edək ki, “PAŞA Həyat Sığorta” şirkəti tərəfindən cari ilin yanvar ayından indiyədək  ümumilikdə 2,831 mln. manat həcmində sığorta ödənişləri həyata keçirilib ki, bunun da 37%-i, yəni 1,048 mln. manatı könüllü həyat sığortası növlərinin payına düşüb.       

“PAŞA Holding” şirkətlər qrupunun üzvü olan “PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir. Cari ilin dekabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 40,250 mln. manat təşkil edib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment