|
|
|
Fond birjası | | | 16-17 dekabrda BFB-də “Borsa İstanbulda törəmə maliyyə alətlərinin ticarəti” mövzusunda təlim keçirilmişdir |
19.12.2014 | |
| |
16-17 dekabr 2014-cü il tarixlərində Bakı Fond Birjasının təşəbbüsü və İslam Konfransı Təşkilatının (OIC) təsis etdiyi Statistik, İqtisadi, Sosial tədqiqatlar və Təlim Mərkəzinin (SESRIC) təşkilatçılığı ilə “Borsa İstanbulda törəmə maliyyə alətlərinin ticarəti” mövzusunda BFB-də təlim keçirilmişdir.
Təlimlər zamanı marja ticarətinin təşkili və törəmə məliyyə alətləri bazarı mövzuları əhatə edilmişdir. Təlimlər Borsa İstanbulun eksperti cənab Sait Şatiroğlu tərəfindən keçirilmişdir.
Təlimdə Bakı Fond Birjasının, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin və Milli Depozit Mərkəzinin əlaqədar şöbələrinin əməkdaşları iştirak etmişlər.
|
|
|
|