1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Həyat” sığorta haqlarının onlayn ödənişini tətbiq edib
19.12.2014

Baki, Finance Time. Azərbaycanın “PAŞA Həyat Sığorta” şirkəti göstərdiyi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və müasirləşməsi istiqamətində növbəti uğura imza atıb. Belə ki, artıq Şirkətin müştəriləri hesaba köçürmə və nağd ödəmə kimi ənənəvi üsullarla yanaşı, www.izim.azödəniş portalı vasitəsi ilə sığorta haqlarını onlayn rejimdə ödənişini də edə biləcək.

“PAŞA Həyat” şirkətinin İctimaiyyətlə Əlaqələr Xidmətinin verdiyi məlumata görə, şirkətdən həyat sığortası üzrə müvafiq şəhadətnamə əldə edən müştəri sığorta haqqı məbləğinin ödənilməsini vaxt itirmədən onlayn rejimdə www.izim.az ödəniş portalı vasitəsi ilə həyata keçirəcək.

Sığorta haqqı məbləğinin onlayn ödənilməsini həyata keçirmək üçün müştərilərin ölkədə fəaliyyət göstərən bütün kommersiya banklarının plastik kartlarından istifadə etməsi mümkün olacaq.Müştərilər ödəniş etmək üçün interneti dəstəkləyən istənilən mobil telefon vasitəsi ilə də (adi brauzerlər) əməliyyatlar edə bilər.

Qeyd edək ki, İZ kartına sahib olan müştərilər www.izim.az ödəniş portalı vasitəsi ilə ödəniş etdikdə ödənilən məbləğin bir hissəsi müştərinin kartına bonuslar (İZ-lər) şəklində toplanacaq. Toplanmış bonusların istifadəsini müştəri seçiminə uyğun olaraq özü müəyyənləşdirəcək.

Xatırladaq ki, “PAŞA Həyat” şirkətinin onlayn ödəniş portalına qoşulmasında əsas məqsədi müştəri məmnuniyyətini daha yüksək səviyyəyə çatdırmaqdan ibarətdir.

“PAŞA Holding” şirkətlər qrupunun üzvü olan “PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir. Cari ilin dekabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 40,250 mln. manat təşkil edib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment