|
|
|
Fond birjası | | | Bakı Fond Birjasının məlumatı |
18.12.2014 | |
| |
Məlumat üçün bildiririk ki, beynəlxalq bazarlarda USD-RUB valyuta cütlüyünün aşağı likvidlik səbəbi ilə, bu törəmə valyuta aləti ilə marja ticarətini təşkil edən Bakı Fond Birjasinın ticarət sistemində alış sifarişlərinin açılması məhdudlaşdırılıb.
Sözügedən valyuta cütlüyündə öncədən alış sifarişləri olan müştərilər bu əməliyyatları istənilən vaxt bağlaya bilərlər.
BFB-də USD-RUB valyuta cütlüyündə alış sifarişlərinin yenidən bərpası ilə bağlı tərəfimizdən əlavə olaraq açıqlama veriləcəkdir.
|
|
|
|