1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Sığortanın Əsasları” layihəsi üzrə silsilə təlimlər başa çatıb
16.12.2014

Baki, Finance Time. “Sığortanın Əsasları” mövzusunda həyata keçirilən silsilə təlimlər başa çatıb. Dekabrın 13-də  Bakı şəhərində 8  ali təhsil müəssisəsinin natiqləri üçün “Sığortanın Əsasları” mövzusunda daha bir təlim keçirilib. Təlim ASA-nın dəstəyi ilə DVC (“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi) tərəfindən “Sığortalı Gənclik” layihəsi çərçivəsində  təşkil olunub.

“Bakı Gənclər Debat Forumu–Payız 2014”-ün 130-a yaxın iştirakçısını əhatə edən təlimdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Turizm İnstitutut, Azərbaycan Texniki Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Kooperasiya Universiteti və Azərbaycan Dillər Universiteti təmsil olunub.

Təlimin məqsədi “Bakı Gənclər Debat Forumu-Payız 2014”-də iştirak edəcək natiqlərin sığorta sahəsi ilə bağlı bilik və bacarıqlarının artırılmasıdır.

Təlim zamanı təcrübəli ekspertlər tərəfindən təlimdə iştirak edən gənc spikerlərə sığortanın əsasları haqqında ümumi biliklər verilib, mövzu ilə əlaqədar video çarx nümayiş olunub, gənclərin sığorta ilə bağlı sualları cavablandırılıb və sığorta sahəsi üzrə nəzəri biliklərini artırılmasını təmin edən “Sığorta bələdçisi” adlı jurnal gənclərə təqdim olunub.

Qeyd edək ki, bu tədbir layihə çərçivəsində debatçılara keçilən silsilə təlimlərin sonuncusu olub.

 Xatırladaq ki, ASA, Gənclər Təşkilatları Milli Şurası, DVC, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən keçirilən “Sığortalı Gənclik” layihəsi Maliyyə Nazirliyi, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Layihə çərçivəsində keçirilən təlimlər ümumilikdə Bakı şəhərinin 15 ali təhsil müəssisəsindən 1000 nəfər tələbəni əhatə edir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment