1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“AtaSığorta” ASC #işimibilirem müsabiqəsinin qaliblərini mükafatlandırdı
11.12.2014

Baki, Finance Time. Artıq bir neçə müddətdir ki, kütləvi və sosial mediada bir çox insanların diqqətini cəlb etməyi bacarmış “AtaSığorta” ASC-nin keçirdiyi “Mən işimi bilirəm!” (#ishimibilirem) müsabiqəsi əvvəldən də elan olunduğu kimi, 10 noyabr 2014-cü il tarixində başa çatib.

Daha əvvəl də bildirildiyi kimi, 25 sentyabr 2014-cü il tarixindən etibarən “Bu gün. Birlikdə. Sabahımız üçün.” sloqanı altında aparılan və “AtaSığorta” ASC-nin 10 illik yubileyinə həsr olunan imic kampaniyası 10 oktyabr 2014-cü il tarixində elan edilmiş “Mən işimi bilirəm!” müsabiqəsinin startı ilə davam etdirilmişdi. Müsabiqənin əsas məqsədi işini bilən və iddialı insanları cəmiyyətə tanıtmaq, onlara dəstək olmaq və önə çıxarmaqdan ibarət idi.

Müsabiqə özünün gedişatı boyunca gözlənildiyi kimi böyük marağa səbəb olaraq, ümumilikdə davam etdiyi 30 gün müddətində müsabiqəyə müxtəlif peşə və kateqoriyalardan olan insanlar tərəfindən “Mən işimi bilirəm!” mövzusunda 46 ədəd 60 saniyəlik video göndərilib. İnsanların öz peşələrini, bacarıqlarını sərgiləməyə çalışdıqları bu müsabiqənin sonunda isə əvvəldən elan olunmuş 3 nominasiya üzrə qaliblər seçilib və AtaSığorta tərəfindən mükafatlandırılıb.

“Ən baxımlı video” nominasiyasında AtaSığortanın rəsmi feysbuk səhifəsində paylaşılmış videolar arasında ən çox – 1031 bəyənmə sayına əsasən mühəndis Aidə Aslanova adlı istifadəçi tərəfindən göndərilmiş video qalib elan edilib və Aidə Aslanova “AtaSığorta” ASC tərəfindən 1000 manat məbləğində mükafatlandırılıb.

“Ən yaradıcı video” nominasiyasında Uptime və Comma agentliklərinin birgə seçiminə əsasən videoqraf Vüsal Süleymanov tərəfindən göndərilmiş video qalib elan edilib və iştirakçı “AtaSığorta” ASC tərəfindən 1000 manat məbləğində mükafatlandırılıb.

“Ən inandırıcı video” nominasiyasında birbaşa olaraq AtaSığorta kollektivinin ümumi rəyinə əsasən müsabiqədə iştirak edən iki iştirakçı eyni anda qalib elan edilib. Bunlar telejurnalist Nicat Nəsirli və oymaçı Çingiz Fərzəliyevdir. Buna görə də nominasiya üçün nəzərdə tutulmuş 1000 manat məbləğində mükafat fondu bölünərək hər bir iştirakçı bərabər şəkildə - hər birinə 500 manat olmaqla mükafatlandırılıblar.

Qaliblərin mükafatlandırılması mərasimi 28 noyabr 2014-cü il tarixdə “AtaSığorta” ASC-nin baş ofisində yerləşən konfrans zalında baş tutub. Mərasim zamanı hər bir iştirakçıya şirkət tərəfindən əldə etdikləri pul mükafatı ilə yanaşı bir sıra qiymətli hədiyyələr də təqdim olunub.

Bir daha qeyd edək ki, 10 illik yubileyə həsr olunan reklam kampaniyasında da peşəkar insanların fikirlərinə istinad edən “AtaSığorta” ASC, gələcək onilliklərdə də cəmiyyətin bütün insanları ilə birgə hərəkət etməyi və Azərbaycanın daha gözəl gələcəyi naminə bugün, birlikdə, sabahımız üçün çalışmağı özünə hədəf seçmişdir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment