1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


İqtisadçı tələbələrin sığorta sahəsində bilikləri artırıldı
11.12.2014

Baki, Finance Time. Dekabrın 10-da “Sığortalı gənclik” layihəsi çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetində tələbələrə sığorta təlimi keçilib.

Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) verilən məlumata görə, tədbirdə universitetin 80-dən artıq tələbəsi iştirak edib. Təlim çərçivəsində ASA sədri Orxan Bayramov layihənin məqsədi və sığorta ilə baglı maariflənmənin nəyə görə vacib olduğu haqda gənclərə ətraflı məlumat verib.

ASA sədri sığortanın tarixi, dünya sığorta bazarında gedən proseslər, Azərbaycanın sığorta sektorundakı mövcud vəziyyətlə bağlı tələbələrə geniş məlumat verib. O. Bayramov sığortanın əsl mahiyyəti, onun əhaliyə xeyri, sığortanın ümumi iqtisadiyyatdakı payı barədə də danışıb.

Mütəxəssis qeyd edib ki, ölkənin sığorta potensialı həddən artıq yüksəkdir, bu, eyni zamanda sığorta sektoru üzrə kadrlara da aiddir: “Bu gün sığorta şirkətlərində peşəkar kadrlara ehtiyac çoxdur, lakin kifayət qədər mütəxəssis yoxdur. Lakin sığorta sektoru böyük perspektivə malikdir və getdikcə ixtisaslı kadrlara tələb artacaq. Bu səbəbdən gələcəkdə bu sahədə işləmək istəyənlər indidən sığorta ilə bağlı geniş məlumata malik olmalıdırlar. Bizim layihənin məqsədlərindən biri də gənclərə bu sahədə zəruri informasiyaları çatdırmaqdan ibarətdir”.

Görüşdə tələbələrin sığorta ilə bağlı sualları cavablandırılıb, onlarla fikir mübadiləsi aparılıb. İştirakçılar sığorta sahəsinə aid maraqlı fikirlər səsləndiriblər. Ümumilikdə, iştirakçılar təlimi maraqla qarşılayıb və faydalı məlumatlar əldə etdiklərini bildiriblər.

Xatırladaq ki, “Sığortalı gənclik” layihəsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, eləcə də Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Təşkilatçılar Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və “Vətəndaş cəmiyyətində debat” İctimai Birliyidir. Layihənin məqsədi Azərbaycan gəncləri arasında sığorta sahəsinin təbliği və təşviqi, gənclərin işçi kimi bu sahəyə cəlb olunması, onlarda sığorta mədəniyyətinin formalaşdırılmasıdır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment