1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Axa Mbask “Sığortalı Gələcək” uşaq rəsm yarışmasının başlamasını elan edir
08.12.2014

Baki, Finance Time. Hörmətli valideynlər! Əgər sizin uşaqlarınız rəsm çəkməyi və hədiyyələr almağı sevirsə, o zaman onlara AXA MBASK şirkətinin təşkil etdiyi “Sığortalı gələcək” adlı uşaq rəsm yarışmasında iştirak etməyi təklif edirik. Uşaq rəsmlərinin mövzusu: sığorta uşaqların gözü ilə.

Yarışmada 6 yaşdan 12 yaşınadək uşaqlar iştirak edə bilər. Rəsmlər А4 (albom vərəqi) və А3 (2А4) formatlarında istənilən texniki üslubda qəbul edilir.

Rəsmləri 10.12.2014. il tarixindən 25.01.2015 il tarixinədək iş vaxtında (istirahət günlərindən başqa) AXA MBASK sığorta şirkətinin Azure Biznes Mərkəsi, Nobel prospekti 15 ünvanınavə ya elektron poçtuna göndərə bilərsiniz: marketing@axambask.az (əgər rəsm yarışmada qalib gələrsə, onun əslini AXA  MBASK SŞ-nin ofisinə təqdim etmək lazım olacaq).

Hər bir rəsm imzalanmalı (uşağın Soyadı və Adı – tam olaraq göstərilməklə), uşağın yaşı və əlaqə üçün telefon nömrəsi qeyd edilməlidir.  

YARIŞMANIN KEÇİRİLMƏ REQLAMENTİ

Yarışmanın iştirakçıları mövzunu sərbəst olaraq (böyüklərin iştirakı olmadan) işləyirlər. Rəsmlərin yarışmaya qəbulu 10 dekabr 2014 ildən 25 yanvar 2015 ilə qədər həyata keçirilir. 

26-27 yanvar 2015 il tarixində münsiflər heyəti (AXA MBASK SŞ-nin idarə heyətinin üzvləri) yarışmaya təqdim edilən rəsmlər arasından 6 rəsm işi seçəcək:

- 6-8 yaşlı uşaqlar arasında 3 ən yaxşı rəsm işi

- 8-12 yaşlı uşaqlar arasında 3 ən yaxşı rəsm işi

 Birinci yerin sahiblərinə 300 AZN, ikinci yerin sahiblərinə 200 AZN və üçüncü yerin sahiblərinə 100 AZN mükafat veriləcəkdir. Qeyd etmək lazımdır ki, yarışmada əlavə mükafatların da təqdim edilməsi gözlənilir.

Ən yaxşı rəsm işlərinin seçilməsi zamanı əsas meyarlar bunlar olacaq: mövzunun açılması, kreativlik (yaradıcılıq qabiliyyəti) və rəsmin pozitivliyi.

Qaliblərin elan edilməsi və mükafatlandırılması 30 yanvar 2015 ildə şirkətin ofisində baş tutacaqdır.

Yarışma iştirakçılarının bütün işləri şirkətin korporativ saytında və AXA MBASK SŞ-nin baş ofisində yerləşdiriləcək.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment