1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Gənclərə sığorta təlimi keçirilib
24.11.2014

Baki, Finance Time.  Noyabrın 22-də “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin ofisində sığorta təlimi keçirilib. Təlim “Sığortalı gənclik” layihəsi çərçivəsində təşkil olunub. Tədbirdə Bakıda fəaliyyət göstərən ali məktəblərin 32 tələbəsi iştirak edib.

Təlim çərçivəsində Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov çıxış edərək dünyada və ölkəmizdə sığortanın tarixi, bu fəaliyyət növünün əhəmiyyəti və perspektivi, inkişaf mərhələləri barədə məlumat verib. Tələbələrin sığorta ilə bağlı sualları cavablandırılıb, onlarla fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, “Sığortalı gənclik” layihəsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, eləcə də Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Təşkilatçılar Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və “Vətəndaş cəmiyyətində debat” İctimai Birliyidir. Layihənin məqsədi Azərbaycan gəncləri arasında sığorta sahəsinin təbliği və təşviqi, gənclərin işçi kimi bu sahəyə cəlb olunması, onlarda sığorta mədəniyyətinin formalaşdırılmasıdır.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment