1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Həyat” gələn aydan daxili auditorlar və risk menecerleri üçün ödənişli təlimə başlayır
20.11.2014

Baki, Finance Time. “PAŞA Həyat Sığorta” şirkətinin nəzdində fəaliyyət göstərən Təlim Mərkəzi bu ilin dekabr ayından başlayaraq sığorta şirkətlərinin orta menecer heyəti üçün ödənişli təlim elan edir.

“Sığorta şirkətlərində daxili audit” mövzusunda təşkil olunacaq təlim proqramı sığorta şirkətlərinin təftiş komissiyasının üzvləri, risk menecment əməkdaşları və daxili auditorlar üçün nəzərdə tutulur.

Təlim həftədə 9 (doqquz) saat olmaqla, həftənin I, II, və III günlərində (hər gün 3 saat) tədris olunması nəzərdə tutulub. Qrafikə uyğun olaraq, təlim 17 gün keçiriləcək və 51 tədris saatını əhatə edəcək.

Təlimin sonunda bütün iştirakçılar imtahan verərək müvafiq sertifikatlarla təltif olunacaq.

Qeyd edək ki, təlimdə bir iştirakçı üçün ödənişin məbləği 850 AZN (ƏDV daxil deyil) təşkil edir. Qrup formalaşdıqdan sonra iştirakçıların xahişi əsasında təlimin qrafiki məsələsinə yenidən baxıla bilər.

Təlimdə iştirak etmək istəyənlər training@pasha-life.az elektron ünvanına və ya əlavə məlumat üçün Təlim Mərkəzinin əməkdaşı Günay Yusifova (012-567-32-36, daxili-206) ilə əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, “PAŞA Həyat”ın Təlim Mərkəzi 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Mərkəz ilkin olaraq tələbələr üçün ödənişsiz təlimlər keçib və hazırda həmin layihə davam edir. İndiyədək Mərkəzin müxtəlif mövzulu təlimlərindən ölkədə fəaliyyət göstərən müxtəlif ali təhsil ocaqlarının 1000-ə yaxın tələbəsi yararlanıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment