1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Axa Mbask-dan “ikitərəfli siğorta”
28.10.2014

Baki, Finance Time. AXA MBASK Sığorta Şirkəti sığorta məhsullarının çeşidini genişləndirməyə davam edir. Bu dəfə, Sığortaçı avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsi almış müştərilərinə "İKITƏRƏFLI SIĞORTA" adlı unikal sığorta paketi hazırlamışdır.

AXA MBASK şirkətinin yeni "İKITƏRƏFLI SIĞORTA" məhsulu yol-nəqliyyət hadisəsi zamanı avtomobil sahiblərinin rahatlığını təmin etmək üçün hər iki tərəfi, yəni həm hadisənin baş verməsində təqsirli olan avtomobil sahibini,həm zərərcəkmiş üçüncü şəxsləri qoruma altlına alır.

Belə ki, sığorta hadisəsi zamanı üçüncü şəxslərin həyatına, sağlamlığına və (və ya) əmlakına dəyən zərərin əvəzinin ödənilməsi ilə  yanaşı, sığorta hadisəsinin baş verməsində təqsirli şəxsin öz avtomobilinə dəymiş zərərlər də ödənilir.

Əlavə olaraq, bu məhsul sığorta ödənişinin  vеrilməsi üçün tələb olunan sənədlərin toplanması xərclərinin və hadisədən sonra həm sığortalının həm qarşı tərəfin nəqliyyat xərclərinin əvəzinin ödənilməsi kimi xidmətləri əhatə edir.

Yeni məhsulun daha bir üstünlüyü ondan ibarətdir ki, sığorta məbləği sığorta ödənişi verildikdən sonra azalmır və sığorta müddəti ərzində hər bir hadisəyə şamil edilir. Həmçinin bu məhsul üzrə azadolma tətbiq edilmir.

Bir daha qeyd edək ki,” İKİTƏRƏFLI SIGORTA” yalnız AXAMBASK sığorta şirkətində avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sıgortası şəhadətnaməsi yazdırmış müştərilərinə təklif olunur.

"İkitərəfli sığorta" –nı  əldə etmək üçün Bakıda və regionlarda şirkətin sizə yaxın olan sığorta agentliyinə müraciət etmək kifayətdir.

Daha ətraflı məlumat, (012) 950 nömrəsinə zəng edib və ya  http://www.axambask.az/az/icbari-57 linkə daxil olaraq  almaq olar.

Sığorta bazarının liderlərindən biri olan AXA MBASK SŞ 2010-cu ildən etibarən şirkətin mövcud biznes proseslərinə AXA beynəlxalq standartlarının tətbiqi prosesinə başlayıb.

Sığorta agentlikləri şəbəkəsi vasitəsilə satışların inkişafı planı həyata keçirilməklə, qısa müddət ərzində bütün Azərbaycan ərazisində fiziki və hüquqi şəxslərlə, habelə maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş 80-ə yaxın sığorta polislərinin satışı məntəqəsi açılmışdır.

Avropa keyfiyyətli xidmət, habelə ödənişlərin vaxtlı-vaxtında və tam həyata keçirilməsi şirkətin qısa zaman ərzində  “İlin sığorta şirkəti” kimi altı beynəlxalq  və milli mükafatlara layiq görülməsinə gətirib çıxarmışdır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment