Müsahibə - Vasiliy Xamaza - Biznes portal Finance Time








   

 



1 USD 1.7010   1 EUR 1.9984   1 AED 0.4631   1 ARS 0.0972   1 AUD 1.3701   1 BRL 0.5419   1 BYN 0.8773   1 CAD 1.3695   1 CHF 1.7899   100 CLP 0.2641   1 CNY 0.2529   1 CZK 0.0767   1 DKK 0.2687   1 EGP 0.0950   1 GBP 2.2356   1 GEL 0.7071   1 HKD 0.2178   100 IDR 0.0128   1 ILS 0.4782   1 INR 0.0265   100 IRR 0.0047   100 JPY 1.5322   1 KGS 0.0246   100 KRW 0.1529   1 KWD 5.6352   1 KZT 0.0052   100 LBP 0.1128   1 MDL 0.0939   1 MXN 0.0969   1 MYR 0.3978   1 NOK 0.2157   1 NZD 1.2842   1 PLN 0.4702   1 RUB 0.0286   1 SAR 0.4536   1 SDR 2.3849   1 SEK 0.2085   1 SGD 1.2554   1 TJS 0.1930   1 TMT 0.4867   1 TRY 0.4823   1 TWD 0.0564   1 UAH 0.0658   100 UZS 0.0421   1 XAG 28.4237   1 XAU 2123.0181   1 XPD 1462.8600   1 XPT 1564.9200   1 ZAR 0.1321   
           
AMB kursu / Məzənnələr

 

 

Rəşad Cümşüdov

«NİKOİL» İKB-nin İnkişaf Departamentinin Direktoru
sual vermək
cavablara baxmaq
 
Dilarə Zamanova

«AtaHolding» ASC-nin Korporativ Kommunikasiyalar şöbəsinin rəisi
sual vermək
cavablara baxmaq
 
Oruc Ibrahimov

«AtaBank» ASC-nin Kommunikasiyalar və PR şöbəsinin rəisi
sual vermək
cavablara baxmaq
 
Əmək Bazarı üzrə Ekspert
Kseniya Trohimets

Mərkəzi Asiya və Qafqaz reqionu üzrə marketinq kuratoru, Jobs.Day.Az hh.ru ilə birgə layihəsi
sual vermək
cavablara baxmaq
















Müsahibə - Vasiliy Xamaza


NIKOYL|Bank-ın İdarə Heyətinin Sədri
Vasiliy Xamaza: «NIKOYL|Bank bugün – güvənilən bankdır»

Vasiliy Viktoroviç, bilirik ki, bu ay Sizin Azərbaycanda NİKOYL|Bank-a rəhbərlik etməyinizin 10 ili tamam olur. Deyə bilərsinizmi, bu illər Sizin və Bank üçün necə olub, bu illər ərzində nələr dəyişib?

NİKOİL|Bank-ın keçən il 20 illik yubileyini qeyd etdiniz, belə bir  gənc bank sistemi üçün bu müddət əhəmiyyətlidir. Siz, Bankın bazarda yerini və brendin özünü necə qiymətləndirirsiniz?

Həqiqətən, Bank bu illər ərzində böyük yol qət edib. Mən banka gələndə bankın valyuta balansı cəmi 18 mln.manat təşkil edirdi, işçi heyəti isə 50 nəfərdən bir az çox idi.

Kabinetimdə döşəmədə dayananda  tavana əlim çatırdı. Bugün isə Bank peşəkar  hazırlanmış 700-dən artıqəməkdaşdan ibarət komandadan, 2013-cü ildəsəhmdarlarımız tərəfindən açılışı baş tutan müasir Mərkəzi Ofisdən, VİP müştərilər üçün PRİVATE|Bank şöbəsindən və Bakıda və Azərbaycanda yerləşən 21 filialdan ibarətdir.Biz əminliklə deyə bilərik ki, Azərbaycan Bankları arasında əsas göstəricilərə görə ilk 15-liyə daxil oluruq.

Əsas rəqabət üstünlüyümüz bizim dəyərlərimizdir. Biz dürüst, siyasiləşməyən, tamamiləbazar biznesi həyata keçiririk, aktiv şəkildə xeyriyyəçiliklə məşğul oluruq, sosial məsuliyyət,  mənəvi yyat və sağlam həyat tərzini nəinki kollektiv arasında, həmçinin müştərilər arasında da aşılamağa çalışırıq.

Bizim Dənizkənarı  Milli parkda, əməkdaşlarımız və müştərilərimiz üçün olan Yeni İl Kross qaçışımız ənənə halı almışdır, alpinist təlim toplanışları vəalpinizm üzrə bank əməkdaşlarından ibarət komandamızın zirvələrə qalxması müntəzəm  hala çevrilib, yaxtaçılarımızın reqatası, futbol  yarışlarında iştirak, xəstə uşaqlara, korlar cəmiyyətinə xeyriyyə ziyarətlərimiz, idmançılara, musiqiçilərə, rəssamlara, 2-ci Dünya və Qarabağ müharibəsi veteranlarına dəstək, talassemiyadan əziyyət çəkən xəstələrə qanvermə üzrə kütləvi aksiyalar... Bilirsiniz, ən önəmli, xoş olan nədir?

Bu aksiyalara, zirvələrdə və futbol döyüşlərində tökülən tərlərə, xəstə uşaqlar üçün ayrılan zamana, verilən qanlara görə biz pul ödəmirik və aksiyalara əməkdaşlarımızı “çubuqla qovmuruq”.İnsanlar səmimi qəlbdən köməyimizə ehtiyacı olanlar, doğma və yaxınları, dövləti və növbəti zirvəyə qaldırdıqları bayraq  qarşısında öz məsuliyyətlərini dərk edirlər. Bununla da, bizim tərəfdaşlarımızın sayı hər il artır. 31 dekabr, saat 10.00-da Dənizkənarı Milli parka – keçmiş paraşüt qülləsinə gəlin və siz mənim sözlərimə əmin olacaqsınız!

Brend üzrə isə - o, yetərincə tanınandır. O, insanların güvəndiyi brenddir. Biz indi qəti şəkildə məhkəmə vasitəsilə ayrı-ayrı şəxslər tərəfindən, öz şəxsi fikirlərinə, şaiyələrə, yoxlanılmamış əsassız məlumatlara və yaxud  əsassız qisas məqsədi ilə bizim Banka  KİV-də qara yaxmağa çalışanlara qarşı tədbirlər görürük.

Biz bu izləməni davam etdirəcəyik. Bu nə qədər sərt görünsə də, real mənbələrə əsaslanmamış, yoxlanılmamış fərziyyələrin mətbuatda yayılmasını və belə onsuzda asan olmayan zamanda gərəksiz narahatçılığın yaranmasına qarşı olacayıq. Bugün banklar haqqında yoxlanılmamış məlumatlarla bağlı yüksək dərəcədə ehtiyatlı olmaq lazımdır.

Belə ki, bu məsələlərin  əsasən  sosial əhəmiyyəti nəzərə alınmalıdır. Eynilə, bu şəkildə banklar da ümumi-iqtisadi vəziyyətin fəsadları və manatın devalvasiyası nəticəsində kredit ödəmələrində çətinlik çəkən müştərilərə dəstək üçün müxtəlif yollar axtarmalıdır.

Cari il ölkə iqtisadiyyatı üçün heç də asan olmadı. Devalvasiya əhəmiyyətli dərəcədə bank sektorunu sarsıddı. NİKOYL | Bank bunu necə keçirdi və hadisələrin gələcəkdə inkişafı üçün Sizin hansı proqnozlarınız var? Siz bankların inkişafı üçün perspektivi nədə görürsünüz?

Bildiyiniz kimi, bu il həqiqətən də asan il olmadı. Lakin, biz müştərilərimizin devalvasiyadan minimal əziyyət çəkməsi üçün tədbirlər həyata keçirdik. Biz, belə hesab edirəm ki, dollarla verilən kreditlərə heç bir əlavə komissiya tutmadan, kreditlərin restruktrizasiyasını uğurla həyata keçirdik. Bununla yanaşı,çalışdıq ki, müştərilərə fürsət yaradaq ki, müştərilərin aylıq ödənişinin manatla ekvivalenti dəyişməz olaraq qalsın və kreditin ödəmə müddəti artırılsın.

Beləliklə də, 10 mln AZN dəyərində, 1000-dən artıq kreditlərin vaxtını uzatdıq. Tam vaxtında, banklara və eyni zamanda bizə də, belə çətin zamanda, güzəştlər və borc alınmış vəsaitlər təqdim etməklə, Mərkəzi Bank yardım etdi. Yetərincə böyük maddi yardım isə  Bankın imicinin qorunub saxlanılmasının, müəyyən olunmuş çərçivədə bütün normativ göstəricilərin qorunmasının  vacibliyini dəyərləndirən səhmdarlarımızdan gəldi.

Ən vacibi isə mən hesab edirəm ki, o oldu ki, bu müdddət ərzində, 21 və 22 fevral da daxil olmaqla, Bank bir dəfə də olsun nağdlaşma əməliyyatlarında və eyni zamanda əmanətlərin bütün və nadir hallarda vaxtından öncə çıxarılmasında müştərilərinə imtina etmədi.

Ümumi problemləri nəzərə almasaq, bu il biz 10 ay ərzində təxminən 6 mln. manat gəlir əldə etmişik, bu da, əvvəlki ilə nisbətən ikiqat çoxdur. Müştərilərin maliyyə vəziyyətinin pisləşməsinə və kreditləşmədə məhdudiyyətlərə baxmayaraq, filiallarımız keçən illərlə müqayisədə gözəçarpan dərəcədə effektiv  fəaliyyət göstəriblər. Proqnozlara görə, filialların 90%-dən çoxu gəlir üzrə illik tapşırıqlarını artıqlaması ilə icra ediblər.

Bu il 8 saylı “ipoteka” filialımız yeni, daha müasir məkana köçdi. 3 saylı filialı da bu ay ərzində yeni daha geniş məkana köçürülməsi gözlənilir. Növbəti ildə Bakıda minimum bir yeni filial açılmasını və 10 saylı filialımızın əməkdaşlarının əmək qabiliyyətinin yaxşılaşdırılması üçün, onu daha rahat ofisə köçürməyi planlaşdırırıq.

İlin nailiyyətlərindən: biz onlayn ödənişlərin həyata keçirilməsini imkan verən  yeni veb-saytımızı istifadəyə verdik;çoxyaxşı nəticələr göstərən, müştəri sayının aylıq artımını təşkil edən və onların hesabdakı  qalıqlarını göstərən yeni  NIKOYL|Forex xidmətini müştərilər üçün tədbiq etdik.

NIKOYL | Bank Azərbaycan İpoteka Fondunun xətti ilə ipoteka kreditləri verilməsini  uğurla davam etdirir. Bugün, dövlət xətti ilə verilən ipoteka kredit portfeli 40 mln. AZN-dən yuxarı təşkil edir. 2015-ci il üçün NIKOYL | Bank AİF tərəfindən 6,5 mln. AZN məbləğində kredit limiti ayrılmışdır.

Bundan əlavə, bankımızda olan ipoteka kreditləşməsini  yüksək keyfiyyətini nəzərə alaraq, İpoteka Fondu bu il, 7,2 mln. AZN dəyərində ipoteka kreditini BankTechnique-dən  və 5,6 mln. AZN dəyərində Bank of Azerbaijan-dan xidmət üçün bizə ötürüb. Mindən çox müştəri yeni mənzil əldə etdiklərinə  görə NIKOYL | Bank-a minnətdardırlar.

Sahibkarlığa dəstək fondu bu il bankımıza əlavə olaraq 5 mln. manat vəsait ayırıb. Biz bu məbləği yüksək keyfiyyətlə 15 000 AZN-dək  məbləğdə, kredit risklərinin yüksək diversifikasiyasına nail olaraq, kiçik kənd istehsalçıları arasında yerləşdirdik. Belə borcalanların sayı artıq 700-ü keçib.

Növbəti ildə biz, bu sahədə Dünyada tanınmış  şirkətlərdən biri ilə Bankın 3 illik strateji inkişaf planınıhazırlanmasını planlaşdırırıq. Bugün öz inkişaf istiqamətini görmək və onu izləməkolduqca önəmlidir.

Biz hesab edirik ki, hazırki gündə əsas inkişaf istiqaməti innovasiya, texnologiya və xidmətin keyfiyyətidir. Bank məhsulları üzrə komissiyalar və faiz dərəcələri üzrə rəqabət aparmaq dövrü artıq keçmişdə qaldı. Hal-hazırda, bügün banklarda aşağı-yuxarı bənzər məhsul  çeşidi,  oxşar müddət və faiz dərəcələridir.

Artıq müştərilər bank seçimi zamanı onun reputasiyası və rahatlığını, əməliyyatların texnolji əsasını və müştəriyönümlülüyünü rəhbər tuturlar.Hamı evdən çıxmadan bir çox əməliyyat aparmaq, iş saatlarında  Bankın filiallarında növbə gözləməmək, eyni zamanda öz smartfonlarından istifadə etmək istəyir. Biz bu istiqamətdə çox işləyirik. Bizdə istənilən müasir smartfona yüklənəbilən və dünyanın istənilən nöqtəsində istifadəsi mümkün olan plastik kartlar üçün Mobil Bank fəaliyyət göstərir.

Bugün, bizim müştərilərimiz təkcə onlayn rejimdə və ya ödəmə terminalları vasitəsilə təkcə kredit ödəmələrini deyil, eyni zamanda, hesablaşma hesabını, plastik kartını, FOREX – hesabını bizim bankda oxşar yollarla artıra bilərlər. Bu il biz müştərilərimizə hüquqi şəxslər üçün çox-funksiyalı İnternet-Bank xidmətini təqdim etdik. Bununla edilən bütün əməliyyatlar Dövlət sistemi olan “Asan İmza” elektron imzası vasitəsilə tamamilə təhlükəsizdir.

Biz müştərilərin rahatlığı üçün ”təmassız” adlanan kartlar dövriyyəyəburaxdıq. Bankdaxili proseslərin avtomatlaşdırılması üçün çox işlər görülür ki, bunlar da öz növbəsində müştərilərə xidməti sürətləndirir. Hazırda bizim üçün əsas prioritet – ölkə əhalisi üçün ən yaxşı İnternet və Mobil Bank sistemini həyata keçirməkdir.

Cari ildə onun həyata keçirilməsi mümkün olacaq. Biz bütün gücümüzü bu tapşırığın həllinə sərf edirik, çünki bankçılığın gələcəyi texnologiyalarəsasında qurulur, belə ki, insana “divanda uzanaraq” bütün bank hesablarını, kreditlərini, kartlarını və əmanətlərini smartfondan idarə etməyə imkan verir. Və bu asan və cəlbedicidir.

Hazırda əhali getdikcə daha çox banklarda əmanətlərini saxlamağa şübhə iləyanaşırlar. Buna devalvasiya kimi, Bankların bazarda olan salsılmış  vəziyyəti də səbəb oldu. Bugün, NİKOYL  Bank-a və ümumilikdə banklara güvənmək olarmı?

Bilirsinizmi, özünü tərifləmək və sinəsinə döyərək bizim bankın nə dərəcədə güvənli  və etibarlı olmasını kiməsə göstərmək, mənim tərəfimdən biraz gülməli  olardı. Buna görə də, mən çalışacam ki, güclü arqumentlər verim. Özümüzü, komandamızı  tərifləməyi düzgün hesab etmirəm.

Komandaya yox, bankın səhmdarlarına  baxmaq lazımdır. Nə dərəcədə onlar imkanlı, siyasi və iqtisadi dayanıqlıdırlarsa, o qədər də bankın gələcəyi dayanıqlıdır.

Bizim bankın əsas səhmdarı, Lukoyl şirkətinin Prezidenti VahidYusif oğlunu Ələkbərovu oxuculara təqdim etməyə ehtiyac yoxdur. Bu insan dünya səviyyəsində tanınan və sayılan iş adamlarındandır.

Öz şirkətini o sıfırdan yaratdı və neftin əldə olunması və emalı üzrə dünya liderləri sırasına gətirdi. Sualın bu hissəsində rəylərə ehtiyac yoxdur. Səhmdarlar texnologiyalarla, məsləhətlərlə və resurslarla kömək etməklə, bizim müraciət  və xahişlərimizə diqqətlə yanaşırlar.

Biz,2 – 4 ildən sonra effektiv işləməyə başlayan gələcəyin texnologiyasına investisiya yatırırıq. Biz buna inanırıq və təyin olunmuş plana əsasən addımlayırıq. Bütün bazardakı dəyişkənliyə və dünyada müşahidə olunan qeyri-sabitliyə baxmayaraq, biz texnologiya və yeniliklərə üstünlük verərək, bankın inkişaf strategiyası istiqamətində çalışırıq. Biz yeni satış məntəqələri açırıq və hazırda fəaliyyət göstərənləri təkmilləşdiririk.

Mərkəzi Bank sərt şəkildə normativləri izləyərək və banklara dəstək göstərərək Bank sektorunu ciddi nəzarətda saxlayır. Dediyim kimi, dövlət fondları AİF və SKMF, bizim kreditləri 11,5 mln. AZN dəyərində maliyyələşdirdi və daha 12,5 mln. AZN  təqib üçün bizə ötürmüşdür.

Bu Sizcə nədən bəhs edir?

Və nəhayət ki, bizim bütün İdarə heyətinin üzvləri kimi mən də öz pullarımı bizim bankda saxlayıram. Biz ona güvənirik.

Əmanətlərin artımı bu il üçün 19 mln. manata yaxın təşkil edir, bu da ümumi müddətli əmanət üzrə 200 mln. manata yaxınlaşır.

Bugün, güvən faktoru çox şey ifadə edir. Əmanətçilər arasında panika yaradmaqlaİstənilən bankı, onun nə dərəcə dayanıqlı olmasından asılı olmayaraq, zəiflətmək mümkündür. İSTƏNİLƏN, çünki borcalanlar üçün müddətli əsasla yerləşən bütün pullar əmanətçilər və səhmdarlar  üçün işləyir.

Onları eyni vaxtda geri qaytarmaq mümkün deyil, çünki konkret geri qaytarma vaxtı ilə fəaliyyət göstərən kredit müqavilələri  mövcüddür. Bəli, sabitlikdə marağı olan səhmdarlar, Əmanətlərin Müdafiə Fondu, Mərkəzi Bank mövcuddur. Lakin, daha çoxu sizinlə birlikdə bizdən, bizim qarşılıqlı anlayışımızdan və məsuliyyətimizdən - əməkdaşlardan, əmanətçilərdən və sadəcə bankın müştərilərindən asılıdır.

Biz öz müştərimizə inanırıq, çətin suallardan yan keçmirik, heç bir sualı və müraciəti cavabsız qoymuruq. Bizim kabinetlərimizin qapıları sualları və şübhəsi olan hər kəs üçün açıqdır.

Yeri gəlmişkən, uzun illər ardıcıl olduğu kimi, 5 dekabrda, biz VİP müştərilərimiz  üçün əvvəlki illərdə olduğu kimi, caz stilində ənənəvi  VİP gecəsi  keçiririk. Bu dəfə bizim qonaqlarımız maestro Vaqif Gərayzadənin rəhbərliyi  altında valehedici kollektiv və mənim dostum Emil Afrasiyab olacaq...

Mən Azərbaycanda keçən 10 il üçün taleyimə minnətdaram. Burada mənim uşaqlarım doğulub, burada mənim yeni dostlarım yaşayır. Və bizim hamımız bu ölkə ilə, qürurlu adı Azərbaycanla fəxr edirik!




13.02.2017
Anar Bayramov
A-Qroup Sığorta Şirkətinin İdarə Heyətinin Sədri


17.05.2016
Yusif Ağayev
“AlfaSığorta” ASC-nin Marketinq şöbəsinin rəisi


28.12.2016
Dilarə Zamanova
AtaHolding Korporativ Kommunikasiyalar şöbəsinin rəisi

20.11.2015
Vüsal Əliyev
“AtaTravel” MMC-nin Baş Direktoru


21.11.2016
Cahangir Qənizadə
“AtaTexnologiya” şirkətinin layihələr departamentinin Direktoru

21.10.2014
Orxan Məmmədov
"AtaSığorta" ASC-nin İdarə Heyətinin Sədr Müavini

26.08.2016
Nikoloz Şurqaia
“Nikoyl” İKB ASC-nin İdarə Heyətinin Sədri


13.10.2014
Rəşad Rəsullu
"AtaHolding" ASC-nin İdarə Heyətinin sədr müavini




Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment