Müsahibə - Ramil Abdullayev
  Ana səhifə Haqqımızda Biznes kataloq Partnyorlar Əlaqə   AZ RU EN  
1 USD 1.7001   1 EUR 2.0032   1 AED 0.4629   1 ARS 0.0975   1 AUD 1.3049   1 BRL 0.5097   1 BYN 0.8396   1 CAD 1.3298   1 CHF 1.7194   100 CLP 0.2663   1 CNY 0.2573   1 CZK 0.0779   1 DKK 0.2691   1 EGP 0.0952   1 GBP 2.2846   1 GEL 0.6654   1 HKD 0.2176   100 IDR 0.0125   1 ILS 0.4826   1 INR 0.0265   100 IRR 0.0042   100 JPY 1.5132   1 KGS 0.0244   100 KRW 0.1561   1 KWD 5.6285   1 KZT 0.0051   100 LBP 0.1124   1 MDL 0.0992   1 MXN 0.0889   1 MYR 0.4160   1 NOK 0.2049   1 NZD 1.1929   1 PLN 0.4743   1 RUB 0.0289   1 SAR 0.4533   1 SDR 2.4052   1 SEK 0.2014   1 SGD 1.2625   1 TJS 0.1927   1 TMT 0.4857   1 TRY 0.4379   1 TWD 0.0567   1 UAH 0.0620   100 UZS 0.0210   1 XAG 27.0541   1 XAU 2132.8264   1 XPD 1759.0850   1 XPT 1496.3430   1 ZAR 0.1260   

Bakı

+23°   +33°

    
            satış  
            alış  
    
  AMB kursu  /  Məzənnələr

    Banklar
    Sığorta
    Lizinq
    Neft və qaz
    Digər xəbərlər
    Dünya xəbərləri
    Müsahibə

«NİKOİL» İKB-nin İnkişaf Departamentinin Direktoru
Rəşad Cümşüdov

sual vermək
cavablara baxmaq
 
«CLC» (Corporate Legal Consultancy) hüquq şirkətinin Direktoru
Pərviz Məmmədov

sual vermək
cavablara baxmaq
 
«AtaHoldinq» ASC-nin İctimaiyyətlə Əlaqələr və Reklam şöbəsinin rəisi
Dilarə Zamanova

sual vermək
cavablara baxmaq
 
  Əmək Bazarı üzrə Ekspert
Mərkəzi Asiya və Qafqaz reqionu üzrə marketinq kuratoru, Jobs.Day.Az hh.ru ilə birgə layihəsi
Kseniya Trohimets

sual vermək
cavablara baxmaq

    Bankların siyahısı
    Bank müdirləri
    Kredit
    Depozit
    Avtokredit üzrə cədvəl
    Depozit üzrə cədvəl
    Bankların maliyyə hesabatları
    Gürcüstan bankları
    Moskva bankları
    Türk bankları

 

    Sığorta şirkətləri
    Sığorta növləri

    Valyuta birjası
    Fond birjası

    Biznes kataloq
    Vakansiyalar
    CV





Müsahibə - Ramil Abdullayev


"AtaSığorta" ASC-nin İdarə Heyətinin üzvü, Sığorta Xidmətləri Departamentinin direktoru, Azərbaycan Sığortaçılar Assosiasiyasının İcbari Sığorta komitəsinin üzvü
“İnsan övladı həmişə irəliyə getmək üçün çalışmalıdır”

“AtaSığorta” ASC-də işə nə vaxt başlamısınız və niyə məhz “AtaSığorta”?

2010-cu ilin sonlarında “AtaHolding”in tərkibində fəaliyyət göstərən “AtaSığorta” ASC-ni onun üçün seçdim ki, o vaxtlar “AtaSığorta” ASC Azərbaycan sığorta bazarında gənc sığorta şirkəti idi və mən gənc kadr olaraq özümü belə bir şirkətdə sınamaq istədim.


Beləliklə, məhz burada öz fəaliyyətimi satış şöbəsinin rəisi kimi başladım. Bu gün İdarə Heyətinin üzvü olaraq beş şöbəni və müxtəlif regionlarda fəaliyyət göstərən filialları özündə birləşdirən Sığorta Xidmətləri Departamentinin rəhbəri kimi fəaliyyətimi davam etdirirəm.

Ali məktəbi tərcümə və hüquq ixtisasları üzrə bitirmisiniz. Amma sığorta sahəsində çalışırsınız. Çətin olmadı ki, sığorta sahəsində təhsil almadan sözügedən yöndə çalışmaq?

Iş fəaliyyətinə 20 yaşımda Bakı Biznes Universitetində tərcümə ixtisasında təhsil alarkən başlamışam. O vaxt ölkəmizdə rusdilli və ingilisdilli mütəxəssislərə böyük ehtiyac olduğuna görə demək olar ki işsizlik problemi yaşamadım. Fəaliyyətə də elə tərcüməçi kimi başladım və “MacDermott”, “TML Borova”, “Kaspi-Yıldız” ATMM, “Khazar-M” neft şirkəti kimi böyük şirkətlərdə işlədim.

İşlədiyim şirkətlərdə birbaşa birinci şəxslərlə çalışırdım. Sonra tərcüməçi olaraq fəaliyyətimi davam etdirmək, birisinin fikrini qarşıdakına çatdırmaq mənə artıq maraqsız gəldi. Görürdüm ki, mənim fikrim heç kəsi maraqlandırmır, heç kəs mənim fikrimi soruşmur. Buna görə də özümü tərcüməçilik sahəsində görmədim.

İxtisasımı dəyişmək qərarına gəldim və Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil oldum. Sonra sığorta sahəsinə işə dəvət aldım və öz fəaliyyətimi sığortaçı olaraq davam etdirməyə başladım.

Beləliklə, “MBASK” Sığorta Şirkətində işə başladınız...

Bəli, qeyd etmək istəyirəm ki, özümü sığorta sahəsində tapdım. Bildiyiniz kimi, iqtisadiyyatın elə bir sahəsi yoxdur ki, risk olmasın və orada sığortanın tədbiqi mümkün olmasın. Dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da sığorta sahəsinin inkişaf edəcəyini gördüm və bu inkişafa qatqımın olmasını istədim.

Beləliklə, 2007-ci ildə 25 yaşımda “MBASK” Sığorta Şirkətində rəsmi işə başladım. “MBASK” Sığorta Şirkəti o vaxt sığorta bazarında ən iri şirkətlərdən biri idi və orada çalışmaq mənim üçün böyük bir məktəb oldu.

İdarəetməni bitirməsəniz də, hazırda “AtaSığorta” ASC kimi bir şirkətdə həm İdarə Heyətinin üzvü, həm də departament rəhbərisiniz. Sizcə, yaxşı idarəçi olmaq üçün təhsilmi, təcrübəmi əsasdır?

Təbii ki, təhsil çox vacibdir. Dünya praktikasında yaxşı idarəçi olmaq üçün insan hər hansı bir məktəb və yaxud müxtəlif treyninqlər keçməlidir. Yəni biri mütləq olmalıdır. Amma mən öz təcrübəmə əsasən deyə bilərəm ki, mənim məktəbim iş təcrübəm oldu.

Çünki tərcüməçi işlədiyim vaxt şirkətlərin birinci şəxsləri ilə işlədiyimdən onlardan çox şey öyrəndim. Onların mənfi və müsbət xüsusiyyətlərini təhlil edərək özümə çox örnəklər götürdüm. Buna görə düşünürəm ki, təcrübə əsasdır.

Düşünürəm ki, insan idarəçilik üzrə məktəb də bitirə bilər, treyninqlərə də gedə bilər, amma onun idarəçilik bacarığı yoxdursa, o heç vaxt idarə edə bilməz.

Uzun illərin sığortaçısı kimi Azərbaycan sığorta bazarında vəziyyəti necə dəyərləndirirsiniz? Ölkəmizdə sığorta mədəniyyəti nə dərəcədə inkişaf edib?

Müasir dünyada sığorta sahəsinə böyük ehtiyac var. Əfsuslar olsun ki, bu gün Azərbaycanda sığorta mədəniyyətindən danışmaq bir az tezdir. Çünki sığorta sahəsi Azərbaycanda inkişaf dövrünü keçir.

2012-ci ilə qədər bu anlayış, ümumiyyətlə, çox zəif idi. Bildiyiniz kimi, 2012-ci ildə Maliyyə Nazirliyinin tərkibində İcbari Sığorta Bürosu yarandı, qeyd edim ki, “AtaSığorta” ASC İSB-nun həm təsisçisi həm də iştirakçısı kimi fəaliyyət göstərir. Həmin vaxtlar şirkət daxili böyük layihə çərçivəsində Azərbaycanın 52 rayonuna ezam olunmuşdum, orada qanunvericilikdə olan dəyişiklər ilə bağlı müxtəlif təlimlər aparırdım.

Apardığım təlimlərdə iştirakçiların sayı 150-170 nəfərə çatırdı. Treninq saatları bitdikdən sonra təlim iştirakçılarının suallarını cavablandırarkən onların sığorta anlayışının nə dərəcədə zəif olduğunu gördüm.

Təsəvvür edin, nəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortasını onlar Dövlət Yol Polisinə aid olan bir kağız kimi tanıyırdılar. Yəni düşünmürdülər ki, bu kağız onlar üçün nə dərəcədə xeyirlidir və onun sığorta təminatı üçüncü şəxslərin əmlaklarına vurulan zərərə görə 5 min manat həddində olduğuna inanmırdılar.

Qeyd edim ki, 2012-ci ildə Maliyyə Nazirliyinin tərkibində İcbari Sığorta Bürosu yarandıqdan sonra bu sahədə xeyli dəyişikliklər oldu. Insanlar artıq nəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının nə olduğunu bilirlər. Bu gün hər hansı yol nəqliyyat hadisəsi baş verəndə insanlar bir-birindən soraqlaşırlar ki, “sığortanız var, ya yoxdur”.

Düşünürəm ki, 5 ildən sonra Azərbaycan bazarında da sığorta mədəniyyətindən danışmaq mümkün olacaq. Ümumiyyətlə, ölkəmizdə sığorta sahəsində maarifləndirmə işləri çox zəif aparılır. Bunu biz Azərbaycan Sığorta Assosiasiyasının sədri ilə də İcbari Sığorta Komitəsinin iclaslarında müzakirə etmişik. Bu maarifləndirmə prosesi düşünürəm ki, 2 istiqamətdə aparlmalıdır; həm sığortaçılar, həm də dövlət tərəfindən.

KİV-də heç olmasa 3-4 daha çox satılan sığorta növləri ilə bağlı maarifləndirmə işləri aparılsa, əhali üçün çox faydalı olar.

Azərbaycan bazarında ən çox satılan sığorta məhsulları hansılardır?

Nəqliyyat vasitələrinin sığortası, əmlak və tibbi sığortadır. Sonrakı yerləri həyat, məsuliyyət, fərdi qəza və səyahət sığortası tutur. Onu da qeyd edim ki, həyat sığortasına artıq insanların marağı artmaqdadır.

Yerigəlmişkən, siz hansı sığorta məhsullarından istifadə edirsiniz?

Hazırda nəqliyyat vasitəsinin sığortası, tibbi sığorta və həyat sığortasından istifadə edirəm. Həyatımı bu yaxınlarda sığortalatdırmışam.

Həyat sığortası üçün insanlar əsasən fərdi şəkildə mürciət edirlər, ya şirkərtlər öz işçilərinin həyatını sığorta etdirirlər?

Əvvəllər daha çox şirkətlər öz içşilərini sığorta etdirirdilər, indi insanlar fərdi qaydada da müraciət edib həyatlarını sığorta etdirirlər. İnkişaf etmiş və etməkdə olan ölkələrə nəzər yetirsək, görərik ki, onlarda xeyli maraqlı sığorta növləri var.

Məsələn, hansılar?

Mən Rusiyada olanda, orada yaşayan dostum xarici ölkəyə səfər etmək üçün sənədlərini səfirliyə təqdim etdi və bildirdi ki, səfirlik onun sənədlərindən imtina etsə, sığorta şirkətindən 2 min ABŞ dollarına qədər kompensasiya ala bilər.

Onu da qeyd edim ki, AtaSığorta hər zaman olduğu kimi bu gün də çalışır ki, müştırilərimizə yeni sığorta növlərini təqdim etsin. Bu istiqamətdə müəyyən işlər aparılır. Düşünürəm ki, yaxın zamanlarda Azərbaycan sığorta bazarında olmayan bir neçə maraqlı sığorta növlərini müştərilərimizə təklif edəcəyik.

Ramil bəy, karyerada uğur qazanmaq üçün nə etmək lazımdır?

İnsan birmənalı olaraq dayanmadan hər zaman öz üzərində işləməlidir. Kitablar oxumalı, sahəsi üzrə müxtəlif treyninqlərə getməlidir, öz vaxtını lazımı insanlarla bölüşməlidir. Həmçinin qarşısına hədəf qoymalı və o hədəfə doğru hər gün heç olmasa bir addım irəliləməlidir.

Həm “AtaSığorta”nın İdarə Heyətinin üzvü, həm də Sığorta Xidmətləri Departamentinin direktorusunuz. Sizcə, siz hədəfinizə çatmısınız, yoxsa hələ çatmaq istədiyiniz hədəf var?

Bundan da yüksək hədəflərim var. Məncə, insan övladı həmişə inkişaf etməli, irəliyə getmək üçün çalışmalıdır. Hədəflərim 1-2 illik deyil, bir neçə illik strategiyadır. Məsələn, istərdim, təhsilimdə müəyyən dəyişikliklər edim, MBA təhsili alım.

Öz üzərimdə işləməliyəm ki, daha da irəliyə gedim. Həzrəti Əlinin bir hədisini xatırlatmaq yerinə düşər: “Bir insanın dünəni ilə bu günü fərqlənmirsə, o insan ziyandadır.”





<< geri



financetime Company Products Connect with us
About Business catalog Facebook Facebook
Partners Interview LinkedIn LinkedIn
Support Expert Twitter Twitter
  Rating  
  Payment