Müsahibə - Orxan Məmmədov - Biznes portal Finance Time







   
1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 














Müsahibə - Orxan Məmmədov


"AtaSığorta" ASC-n İdarə Heyətinin Sədr Müavini
İnsanlar bəzən uğurlu karyera qurmağın formulunu axtarırlar. Bu, düşündüyümüz qədər çətin deyil.

Orxan müəllim, necə düşünürsünüz, peşəkar olmaq üçün insan işini şəxsi həyatından ön planda tutmalıdır?

Hər bir problemin kökündə sənin peşəkarlıq səviyyən dayanır.

Əgər sən həqiqətən də peşəkarsansa, deməli, həmişə bir addım öndəsən. İnsanlar bəzən uğurlu karyera qurmağın formulunu axtarırlar. Bu düşündüyümüz qədər çətin deyil. Hər bir uğurun təməlində işinə olan sevgi, həvəs və məsuliyyət dayanır. Peşəkar olmaq üçün öz işinə sevgi ilə yanaşmalısan, bir də özünə güvənməlisən.

Dünyanı dəyişən insanlar da məhz həddən artıq cəsarətli, özünəgüvənən, çılğın və qayğıkeş olanlardır!

İş yeri təkcə ailəmizin dolanışığını təmin etdiyimiz məkan deyil. Bu gün bizə həvalə olunan işlə həm də insanların problemlərini həll etməyə çalışırıq. Oxuyuruq, təhsil alırıq, iş tapıb işləyirik, sonra ailə qururuq və bizə belə bir düşüncə hakim olur ki, iş yeri bizim üçün, sadəcə, dolanışığımızı təmin etməkdən ötrü lazımdır.

İşə sadəcə dolanışıq və pul əldə etmək məqsədi ilə baxmağı düzgün hesab etmirəm. Gördüyünüz hər bir işin əvəzində nə qədər gəlir əldə edəcəyimizi deyil, nə qədər insana fayda vercəyimizi də hesablamalıyıq.

Faydalı iş əmsalı bu zaman avtomatik olaraq həmin insanın gəlirinə və həyatına təsir edir. Ailəmizə, doğmalarımıza, şəxsimizə aid olan məsələlərə necə yanaşırıqsa, işimizə də o düşüncə, məntiq, həssaslıq və sevgi ilə yanaşıb həll etməyə çalışmalıyıq.

Bu sektorda olan gənclərin marağını necə qiymətləndirirsiniz?

Günümüzdə sığortaçılıq sektoru gələcəyin parlayan peşələri arasında yer alır. Dünya miqyasında bölgüyə baxanda, sığortaçılıq və risk idarəçiliyi fakültələrinin yeni məzun olan gənclərin üstünlük verdiyi ixtisaslar arasında yüksək pillələrdə yer aldığını görürük.

İnkişaf etməkdə olan bu sahədə karyera qurmaq istəyən gənclər sığortaçılığı uğurlu karyera imkanları təqdim edən sektor olaraq görməlidirlər. Əvvəllər universitetlərin müvafiq fakültələrindən məzun olanlar ilk olaraq bankı seçirdilər, artıq sığorta sektorundakı potensialı görənlər bu sektora yönəlməyə başlayıb.

Sektorda yaxşı təhsilli və xarici dilləri bilən insan qüvvəsinə böyük ehtiyac vardır. Gənclər bu sektorda karyera qurmaq fürsətini əldən verməməlidir.

Sizin üçün ideal namizədin portreti necədir?

İdeal namizəd - iddialı, öz istiqaməti üzrə artım dinamikasına, öz fəaliyyəti, biznesin əsas göstəricilərinin yerinə yetirilməsi ilə yanaşı, bazarın inkişaf şəraitində işləməyə hazır olan liderlik keyfiyyətlərinə sahib gənc bir insandır.

Potensial əməkdaş hansı şəxsi keyfiyyətlərə malik olmalıdır?

Bildiyiniz kimi peşəkar kadrlar uğurun əsasını təşkil edir. Hazırlıqlı personal artıq müvəffəqiyyətin yarısıdır. Əsas seçim meyarı iddialılıq, özünə inam və qazanmaq arzusudur. Biz, onlara təlimlər keçir, təşkilati yardım göstərməklə işin incəliklərini öyrədirik.

Hal-hazırda AtaSığortanın davam edən “Mən işimi bilirəm!” müsabiqəsindən belə keyfiyyətlərə malik insanların seçilməsi məqsədi də varmı?

Müsabiqənin əsas məqsədi təbii ki, bu deyil. Əsas məsələ cəmiyyətdə “peşəkarlıq” və “işgüzarlıq” anlayışlarının qabardılması və insanların diqqətini əslində çox vacib olan belə bir məsələyə yönəltməkdir.

Çünki, məndən əvvəl AtaSığortanın digər rəhbər əməkdaşlarının da qeyd etdiyi kimi, bizim bir cəmiyyət, bir xalq, millət olaraq inkişafımız məhz fərdi inkişafdan keçir.

Biz buna inanırıq və bütün fəaliyyətimizi bu istiqamətdə qurmağı hədəfləyirik. Bu müsabiqədən məhz AtaSığortanın gələcək əməkdaşları çıxacaqmı, deyə bilmərəm, amma bu istisna deyil.






06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment