Müsahibə - Orxan Məmmədov
  Ana səhifə Haqqımızda Biznes kataloq Partnyorlar Əlaqə   AZ RU EN  
1 USD 1.7008   1 EUR 1.9963   1 AED 0.4630   1 ARS 0.0980   1 AUD 1.3434   1 BRL 0.5357   1 BYN 0.8785   1 CAD 1.3438   1 CHF 1.7687   100 CLP 0.2630   1 CNY 0.2547   1 CZK 0.0766   1 DKK 0.2685   1 EGP 0.0957   1 GBP 2.1926   1 GEL 0.7079   1 HKD 0.2174   100 IDR 0.0127   1 ILS 0.4693   1 INR 0.0265   100 IRR 0.0045   100 JPY 1.5563   1 KGS 0.0246   100 KRW 0.1491   1 KWD 5.6337   1 KZT 0.0051   100 LBP 0.1128   1 MDL 0.0953   1 MXN 0.0952   1 MYR 0.3959   1 NOK 0.2134   1 NZD 1.2412   1 PLN 0.4670   1 RUB 0.0287   1 SAR 0.4535   1 SDR 2.3906   1 SEK 0.2093   1 SGD 1.2465   1 TJS 0.1932   1 TMT 0.4853   1 TRY 0.4822   1 TWD 0.0561   1 UAH 0.0666   100 UZS 0.0409   1 XAG 28.9034   1 XAU 2185.7832   1 XPD 1576.6416   1 XPT 1658.2800   1 ZAR 0.1282   

Bakı

+23°   +33°

    
            satış  
            alış  
    
  AMB kursu  /  Məzənnələr

    Banklar
    Sığorta
    Lizinq
    Neft və qaz
    Digər xəbərlər
    Dünya xəbərləri
    Müsahibə

«NİKOİL» İKB-nin İnkişaf Departamentinin Direktoru
Rəşad Cümşüdov

sual vermək
cavablara baxmaq
 
«CLC» (Corporate Legal Consultancy) hüquq şirkətinin Direktoru
Pərviz Məmmədov

sual vermək
cavablara baxmaq
 
«AtaHoldinq» ASC-nin İctimaiyyətlə Əlaqələr və Reklam şöbəsinin rəisi
Dilarə Zamanova

sual vermək
cavablara baxmaq
 
  Əmək Bazarı üzrə Ekspert
Mərkəzi Asiya və Qafqaz reqionu üzrə marketinq kuratoru, Jobs.Day.Az hh.ru ilə birgə layihəsi
Kseniya Trohimets

sual vermək
cavablara baxmaq

    Bankların siyahısı
    Bank müdirləri
    Kredit
    Depozit
    Avtokredit üzrə cədvəl
    Depozit üzrə cədvəl
    Bankların maliyyə hesabatları
    Gürcüstan bankları
    Moskva bankları
    Türk bankları

 

    Sığorta şirkətləri
    Sığorta növləri

    Valyuta birjası
    Fond birjası

    Biznes kataloq
    Vakansiyalar
    CV





Müsahibə - Orxan Məmmədov


"AtaSığorta" ASC-n İdarə Heyətinin Sədr Müavini
Orxan Məmmədov 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsilini başa vurub Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr  dərəcəsini, 2006-cı ildə isə eyni ixtisas üzrə magistr dərəcəsini almışdır. 2006-cı ildən sığorta sektorunda çalışmaqdadır.

2007-ci ilədək “Qorqud Sığorta” şirkətində Anderaytinq və Təkrarsığorta şöbəsinin mütəxəssisi və şöbə müdiri vəzifəsində işləmişdir. 2007-ci ildən “Paşa Sığorta”  şirkətində  fəaliyyətinə mütəxəssis kimi başlamışdır.


2008-ci ildən şöbə müdiri, 2009-cu ildən isə departament direktoru vəzifəsində çalışmışdır. 2011-ci ildə İdarə Heyətinin üzvü təyin olunmuşdur. 2012-ci ilin noyabr ayından etibarən “AtaSığorta” ASC İdarə Heyətinin Sədr Müavini vəzifəsində çalışır.

Orxan Məmmədov Qlobal Şəbəkə Fondunun (Global Network Foundation) Mərkəzi Avrasiya Liderlik Akademiyasının (Central Eurasia Leadership Academy) 2011-ci il məzunudur. 2009-cu ildən Böyük Britaniyanın Sığorta İnstitutunun (The Chartered Insurance Institute) üzvüdür və Cert CII dərəcəsinə sahibdir.


Azərbaycan sığorta bazarı son illərdə inkişaf dövrünü yaşayır, Sizin fikrinizcə hansı mərhələlər artıq başa çatıb və dünya standartdlarına uyğundur?

Azərbaycanda sığorta sektoru son illərdə dinamik templə inkişaf edir. 2008 – ci ild “Sığorta fəaliyyəti haqqında” Qanunun qəbulundan sonra bu sektorda işlər daha da təkmilləşib, geniş şəkildə həyata keçirilir. Şirkətlərə imkan yaradılıb ki, öz fəaliyyətlərini yeni korporativ idarəetmə standartlarına uyğun qursunlar və sığorta məhsullarının inkişafına daha da diqqətlə yanaşsınlar.

Sığorta bazarında rəqabət günü-gündən artır. Sığorta şirkətləri öz kapitallarını artırır, öz işlərini qərb standartlatına uyğun qurmağa üstünlük verirlər. Düşünürəm ki, artıq insanlar sığortanın nə olduğunu bilir və onun önəmliliyini anlayırlar. Lakin görüləcək işlər hələ çoxdur. Əhalinin sığorta sahisəndə maarifləndirilməsi işlərinə hələ xeyli əmək sərf olunmalıdır.

Təbii ki, bu sahədə çox işlər görülməlidir və bu gün tam arzuolunan səviyyədə deyildir. Sığorta şirkətləri cəmiyyəti məlumatlandırmaqda daha da fəal olmalıdırlar. Xüsusən də növbəti 3-5 ildə bu işlər sistemli şəkildə davam etdirilməlidir. Bu gün biz inkişaf etmiş sığorta bazarlarına nəzər saldıqda görürük ki, Azərbaycan sığorta sektorunun önündə inkişaf üçün böyük perspektiv vardır. İllik adambaşına düşən sığorta haqlarının həcminə baxsaq, Azərbaycan Orta Avropa ölkələrindən geridə qalır. İlk növbədə düşünürəm ki, növbəti illərdə sığorta yığımlıarı(xüsusi ilə də könüllü sığorta haqları) artırılmalıdır.

İcbari sığortalar haqqında qəbul olunan Qanun artıq qısa bir müddətdə kifayət qədər böyük sığortalılar bazasının yaranmasına səbəb olmuşdur. Avtomobillərin icbari sığortalanmasının rəqəmləri onu göstərir ki, bu gün biz əhalinin böyük bir hissəsini əhatə etmişik. İnkişaf etmiş sığorta bazarlarının tarixçəsinə baxdıqda görürük ki, əvvəlcə icbari sığortalar dövlətin təşviqi ilə inkişaf etdirilir, əhali ilə işlər aparılır, sonra isə qalan sığorta istiqamətlərində inkişaf etapları həyata keçirilir.

Əsasən könüllü sığortalar inkişaf etdirilməlidir. Bu məqsədlə şirkətlər çox sadə və asan yolla əhalini məlumatlandırmalıdırlar. AtaSığorta əhali üçün maraqlı və aydın PR aksiyalar keçirir. Bu təbliğat əsasında real məlumatlar toplanmışdır. Sığorta şirkətləri əhaliyə sığorta ödənişləri həyata keçirdikcə cəmiyyətdə real “canlı” reklam paylaşımı baş verir. Bugünkü informasiya cəmiyyətində hər hansı bir məlumatın yayılması üçün aylar lazım deyildir. Qisa müddət ərzində hər hansı bir şirkət haqqında pozitiv və yaxud neqativ məlumatın yayılması çox asanlıqla baş verir.

Qeyd edək ki, burada medianın da böyük rolu vardır. Lakin ən vacib məsələlərdən biri ödənişlərdir. Ödənişlər ədalətli, operativ, insanlara rahatlıq gətirəcək şəkildə olmalıdır. Bununla bərabər cəmiyyətdə mesajlar verilməli, ödəniş məbləğləri açıqlanmalıdır. Xarici şirkətlər reklamlara külli miqdarda vəsait ayırırlar. Düşünürəm ki, sığorta şirkətləri də bu istiqamətə xüsusi diqqət yetirməlidirlər.

Çalışdığınız “AtaSığorta” şirkəti hazırda ölkənin aparıcı sığorta şirkətləri sırasındadır. Bu uğurlara nail olmaq üçün hansı işlər görülüb və hansı yeni perspektivlər nəzərdə tutulub?

AtaHolding-ə daxil olan AtaSığorta 9 ildir ki, fəaliyyət göstərir və hər zaman AtaHolding dəyərlərinə sadiq qalmağa çalışır. İnsanlara xidmət etmək, ədalətli biznes aparmaq, şəffaf maliyyə şirkəti olmaq kimi bütün bu xüsusiyyətlər bu gün AtaSığortanı formalaşdırır.

Biz bu gün personalın inkişafı, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün var qüvvəmizlə çalışırıq. Yeni konsepsiyamızda biznesin inkişafı üçün informasiya texnologiyalarından intensiv istifadə olunmasına xüsusi diqqət yetiririk. XXI əsr informasiya texnologiyaları əsridir və bildiyiniz kimi, 2013 – cü il ölkəmizdə informasiya texnologiyaları ili elan olunub. Ona görə də işimizi bu istiqamətdə, bu səpkidə qurmaq istəyirik.

Bildiyiniz kimi, artıq 4 ildir ki, Azərbaycan Beynəlxalq Sığorta Forumu(AİİF) keçirilir. Sizin fikrinizcə, bu tədbirin keçirilməsi nə qədər müsbət xarakter daşıyır? Belə forumların keçirilməsinin ən böyük tövhəsi nədədir?

Düşünürəm ki, bu forumların keçirilməsiçox əlamətdar bir haldır. Nəinki Azərbaycan sığorta bazarı üçün, ümumiyyətlə, regionda və dünyada tanınması baxımından önəmli hadisədir. Azərabaycan sığorta sektoru inkişaf edir, rəqəmlər böyüyür və artıq bizim sığorta şirkətlərini Avropa və dünyada kifayət qədər tanıyırlar. Bizim risk mübadilərərimiz vardır, xarici sektora sığorta ötürür və müəyyən riskləri qəbul edirik.

Hər bir forum çərçivəsində maraqlı çıxışlar olur, ikitərəfli görüşlərdə əldə edilməsi mümkün olmayan maraqlı məlumatlar təqdim olunur və burada iştirak edən şəxslər yeniliklər öyrənir, yeniliklər qəbul edirlər. Çoxsaylı yeni tanışlıqlar əldə olunur və yeni biznes münasibətləri formalaşır. Mən özüm Türkiyə, Rusiya, Avropada keçirilən çoxsaylı forumlarda iştirak etmişəm. Bu forumlarda yeni bir şey öyrənmək və tətbiq etmək imkanı qazanılır. Bu forumun keçirilməsi çox əlamətdar haldır və arzu edirəm ki, bu, davamlı şəkildə hər il təkrarlansın və inkişaf etsin.

Qeyd etmək istərdim ki, bizim AİİF forumu Avropa standartlarına uyğundur. Təşkilatçılıq yönümündən müsbət mənada çox fərqlənir və bura gələn qonaqlar olduqca razı qalırlar. Xarici tədbirlərin keçirilməsi ilə müqayisə etdikdə əminliklə qeyd etmək olar ki, bizim tərəfimizdən bu işə istər forumların, istərsə də forumdan sonra sosial tədbirlərin keçirilməsinə və münasibətlərin formalaşması üçün xüsusi şəraitin yaradılmasına xüsusi diqqətlə yanaşırlar. Aydındır ki, bu kimi tədbirlərin keçirilməsi bizdə hələ yenidir, illər keçdikcə görürük ki, bu işə maraq daha da artır, iştirakçıların sayı çoxalır və yeni şirkətlər, yeni simalar formalaşır, peyda olurlar.

Azərbaycanın sığorta bazarının gələcək 5 ildəki inkişafı barədə nə deyə bilərsiniz və həmçinin də Şirkətinizi həmin bazarda hansı mövqedə görürsünüz?

Sığorta bazarının perspektivləri ilə bağlı onu deyə bilərəm ki, yaxın zamanlarda bazarın çox sürətlə böyüməsi proqnozlaşdırılır və sığorta sektorunda yığımların 1 milyard manat həcminə çatması gözlənilir. AtaSığorta nın hədəfinə gəldikdə isə ən böyük sığorta şirkəti olmaq fikrimizdə deyil, ümumiyyətlə, bizim başlıca məqsədimiz fərqli bir sığorta şirkəti, şəffaf, dinamik, dəyişkən və müştərilərinə çox yaxın bir maliyyə qurumu olmaqdır.

Özümüzü aparıcı sığorta şirkətlərinin arasında görürük. Təbii ki, müəyyən strateji hədəflərimiz vardır. Bizim fikrimiz AtaSığorta dedikdə, insanların ağlına gələn sığorta şirkətləri arasında olmaq, müştərilərimizə peşəkar sığorta xidməti göstərmək və Azərbaycanda çalışan şəffaf maliyyə qurumlarından biri kimi müştərilərin fikrində qalmaqdır.

Hər bir peşəkar karyera sahibi işində müxtəlif çətinliklərlə üz –üzə gəlib və onları keçən zaman təcrübə sahibi olub. Hansı maraqlı peşəkar təcrübənizi oxucularımızla bölüşə bilərsiniz?

Hər bir şəxs unikaldır və onun həyatında baş verənlər təkrarolunmazdır. İnsan istər şəxsi həyatında, istərsə də karyera yolunda müxtəlif situasiyalarla üz-üzə gəlir və müxtəlif – bəzən düzgün, bəzən isə yalnış qərarlar verir. Bütün bunlar insanı bir şəxsiyyət kimi formalaşdırır və onun dəyərlər toplusunu müəyyən edir. Fikrimcə, hər bir şəxs öz işində lider olmalıdır. Liderlik məsuliyyət götürmək, qərar verməkdə cəsarət nümayiş etdirməkdir.

Hər bir kəs öz daxilindən gələn səsə və həyat təcrübəsinə arxalanaraq addım atmağı bacarmalıdır. Bu xüsusiyyət insanları bir – birindən fərqləndirən əsas cəhətlərdən biridir. İstedad, təcrübə, aldığı təhsil, insanın aid olduğu çevrə və digər amillər insanlara müəyyən üstünlüklər gətirir. Lakin liderlik olmayanda bəzən bu amillər arxada qalır.

Hansı həyat prinsiplərinə hər zaman sadiq qalırsınız və şəxsi inkişafınıza stimul verən amillər hansılardır?

Hər insan öz dəyərlərinə sadiq qalmalıdır. Mənim üçün doğruluq çox vacib faktordur. Doğruluqla yanaşı şəffaflıq da çox önəmlidir. İnsanlarla səmimi olmalısan. İnkişaf etməyən insan geridə qalmağa məcburdur. Həyat davam edir, insanlar addım atmalıdırlar.

İnsan həmişə proaktiv olmalı, təşəbbüs göstərməli və problemlərin həllindən qorxmamalıdır. İnsanların həmişə sağlam ideyaları və hədəfləri olmalı və məqsədyönlü şəkildə bunun üçün çalışmalıdırlar. Düşünürəm ki, həyatda təsadüfi heç bir şey yoxdur, hər bir şeyin arxasında dayanan faktorlar vardır. Nəsə baş veririsə, deməli buna gətirən hadisələr bu nəticəni doğurur. Hər bir insan zəhmətinin nəticəsini görür. Sadəcə, düzgün vaxtı seçmək lazımdır. Optimizm çox önəmlidir. Dünyada uğurlu insanları birləşdirən bir xüsusiyyət var – optimizm. Necə deyərlər, inanmaq uğurun yarısıdır!

Orxan bəy bizim müsahibəmizdə iştirak etdiyinizə görə sizə təşəkkür edirik. Ümidvarıq ki, maraqlı və faydalı fikirləriniz oxucularımıza karyera və həyat təcrübələrində köməkçi olacaqdır.

Təşəkkür edirəm! Bütün oxucularımıza və sizlərə yeni uğurla arzu edirəm!





<< geri



financetime Company Products Connect with us
About Business catalog Facebook Facebook
Partners Interview LinkedIn LinkedIn
Support Expert Twitter Twitter
  Rating  
  Payment