Müsahibə - Mais Yusifov
  Ana səhifə Haqqımızda Biznes kataloq Partnyorlar Əlaqə   AZ RU EN  
1 USD 1.7012   1 EUR 1.9783   1 AED 0.4632   1 ARS 0.0989   1 AUD 1.3431   1 BRL 0.5449   1 BYN 0.8774   1 CAD 1.3506   1 CHF 1.7884   100 CLP 0.2607   1 CNY 0.2514   1 CZK 0.0760   1 DKK 0.2661   1 EGP 0.0952   1 GBP 2.2065   1 GEL 0.7072   1 HKD 0.2179   100 IDR 0.0128   1 ILS 0.4785   1 INR 0.0264   100 IRR 0.0047   100 JPY 1.5199   1 KGS 0.0246   100 KRW 0.1518   1 KWD 5.6202   1 KZT 0.0052   100 LBP 0.1128   1 MDL 0.0940   1 MXN 0.0972   1 MYR 0.3967   1 NOK 0.2114   1 NZD 1.2627   1 PLN 0.4690   1 RUB 0.0289   1 SAR 0.4536   1 SDR 2.3731   1 SEK 0.2069   1 SGD 1.2463   1 TJS 0.1930   1 TMT 0.4868   1 TRY 0.4824   1 TWD 0.0559   1 UAH 0.0657   100 UZS 0.0421   1 XAG 27.8044   1 XAU 2107.2764   1 XPD 1444.3188   1 XPT 1561.7017   1 ZAR 0.1305   

Bakı

+23°   +33°

    
            satış  
            alış  
    
  AMB kursu  /  Məzənnələr

    Banklar
    Sığorta
    Lizinq
    Neft və qaz
    Digər xəbərlər
    Dünya xəbərləri
    Müsahibə

«NİKOİL» İKB-nin İnkişaf Departamentinin Direktoru
Rəşad Cümşüdov

sual vermək
cavablara baxmaq
 
«CLC» (Corporate Legal Consultancy) hüquq şirkətinin Direktoru
Pərviz Məmmədov

sual vermək
cavablara baxmaq
 
«AtaHoldinq» ASC-nin İctimaiyyətlə Əlaqələr və Reklam şöbəsinin rəisi
Dilarə Zamanova

sual vermək
cavablara baxmaq
 
  Əmək Bazarı üzrə Ekspert
Mərkəzi Asiya və Qafqaz reqionu üzrə marketinq kuratoru, Jobs.Day.Az hh.ru ilə birgə layihəsi
Kseniya Trohimets

sual vermək
cavablara baxmaq

    Bankların siyahısı
    Bank müdirləri
    Kredit
    Depozit
    Avtokredit üzrə cədvəl
    Depozit üzrə cədvəl
    Bankların maliyyə hesabatları
    Gürcüstan bankları
    Moskva bankları
    Türk bankları

 

    Sığorta şirkətləri
    Sığorta növləri

    Valyuta birjası
    Fond birjası

    Biznes kataloq
    Vakansiyalar
    CV





Müsahibə - Mais Yusifov


"AtaTexnologiya" MMC-nin Direktoru
“AtaTexnologiya” MMC şirkəti 2005-ci ildə “AtaHolding” ASC tərəfindən təsis olunub. Şirkətin əsas fəaliyyət istiqamətini informasiya texnologiyaları təşkil edir. “Atatexnologiya” sırf informasiya texnologiyaları şirkətidir.

Ümumiyyətlə, bu gün dünyada hər şey texnoloji məsələlərlə bağlı olduğuna görə, hər şeyi texnologiya ilə əsaslandırmaq olar. İndi elə dövrdə yaşayırıq ki, bütün sahələr İKT-dən asılıdır. İnformasiya texnologiyaları bütün texnologiyaların başında durur.


Bu gün informasiya ən qiymətli nəsnələrdən sayılır. Bizim də hədəfimiz fəaliyyətimizi İKT tendensiyalarına uyğun qurmaqdır. Bildiyimiz kimi informasiya texnologiyaları özü bir neçə sahədən ibarətdir. Proqram təminatı məhsulları və informasiya texnologiyaları avadanlıqları. Bunlar ikisi də birləşib informasiya texnologiyaları sistemlərini təşkil edirlər. Bunlar ayrı-ayrı tərəflər olsa, da birini digərindən ayırmaq olmaz.

Dünyada müəyyən informasiya texnologiyaları şirkətləri var ki, müəyyən məqamlara görə lider sayılır. Məsələn, eləşirkət var ki, proqram təminatı, eləsi də var ki İKT avadanlıqları üzrə liderdir. Bu baxımdan həmin İKT şirkətlərini müxtəlif dərəcələr üzrə bölmək olar. Amma elə şirkət də var ki, artıq o qədər böyüyüb və inkişaf edib ki, həm avadanlıqlar həm də proqram təminatı məhsulları üzrə liderdir. Məsələn, “Oracle” şirkəti həm proqram təminatı, həm də avadanlıqlar üzrə dünyada liderdir. Şirkət əvvəlcə məlumat bazası sistemləri üzrə lider olsada , sonradan o qədər böyüyüb ki, artıq özünün proqram təminatı məhsulları üzrə 3000-dən həlli var. Araşdıranda isə bütün bu məhsulların “Oracle” şirkətinin digər şirkətləri satın alıb öz ailəsinə daxil etməsi nəticəsində ərsəyə gəldiyi aydın olur.

“Atatexnologiya” MMC -ə gələndə isə biz də həm İKT avadanlıqları, həm də proqram təminatı üzrə dünyanın lider şirkətləri ilə əməkdaşlıq edirik. Məsələn, proqram təminatı üzrə dünyada aparıcı şirkətlərdən olan “Microsoft”la, “Oracle”la əməkdaşlıq edirik. Avadanlıq üzrə, “HP” və “Cisco systems” ilə əməkdaşlıq edirik. Eyni zamanda da “Oracle” şirkəti ilə avadanlıqlar sahəsində əməkdaşlıq edirik. Bizim fəaliyyət istiqamətimizə hər hansı bir şirkətə “A-Z” məntiqində bütün İnformasiya texnologiyaları xidmətlərini təmin etməkdir. Yəni şirkətə İKT üçün nə lazımdırsa, hamısını təmin edə bilərik. Məsələn, bank və sığorta şirkətləri, hotellər və sair müsəssisə və sahələr üçün bizdə ayrıca həllər var.

Ölkəmizin İKT bazarını necə qiymətləndirirsiniz ?
Bu sahədəki şirkətlərin bir-birindən fərqini necə ifadə edərdiniz ?


Öncə deyim ki, Azərbaycanda İKT bazarı inkişaf etməkdədir və burada heç bir inhisarçılıq yoxdur. Bazarda çoxlu sayda İKT şirkətləri sərbəst fəaliyyət göstərirlər. Həm də bu baxımdan onlar bir-birilərindən o qədər də fərqlənmirlər. Qlobal bir dünyada, açıq ölkədə yaşayırıq, ən yeni İKT texnologiyaları qısa zamanda şirkətlər üçün əlçatan olur və bazarda təqdim edilir. Həmçinin İKT nəhəngləri olan “Samsung” və ya “Apple” bir-birilərindən texnologiya baxımından o qədər də fərqlənmirlər, onların məhsulları bir-birindən sadəcə, dizaynına görə fərqlənə bilirlər. Texnologiya hamısında eynidir.

O ki qaldı bizim şirkətin fəaliyyət unikallığına, biz universal fəaliyyət göstəririk və bütün xidmətləri təklif edirik. Elə şirkət var ki, sırf proqram təminatı, eləsi var ki, avadanlıq təklif edir, bizsə bunların hamısını əhatə edirik. Yaxudda elə şirkət var ki, avadanlığı satır, amma satışdan sonra dəstək xidməti göstərmir. Amma bizsə müştəriyə satış sonrası keyfiyyətli xidmətə də tam zəmanət veririk.

Azərbaycanda İKT-nin inkişafı səviyyəsini necə qiymətləndirirsiniz ?

Mən bildiyimə görə, artıq ikinci dəfədir ki, cənab Prezident tərəfindən Azərbaycanda İKT ili elan edilir. Dövlət bu sahənin inkişafına xüsusi strateji diqqət yetirir. İKT artıq Azərbaycanda ən prioritet sahələrdən biridir. Ən sürətlə inkişaf edən sahədir. Hazırda elə bir müəssisə yoxdur ki, İKT olmadan fəaliyyət göstərsin, inkişaf etsin. İKT sahəsində artım digər sahələrdən daha çoxdur. Kifayət qədər də rəqabətli, gəlirli sahədir. Bu sahəyə yetərli sayda investisiya qoyulur, yeni-yeni şirkətlər fəaliyyətə başlayır. İKT sahəsində qoyduğunuz yatırım qısa zamanda özünü doğruldur.

İKT sahəsi ilə bağlı kadr qıtlığı duyulurmu ?

Bəli. Deməliyəm ki, İKT bazarında müəyyən kadr qıtlığı var. Yeni sahə olduğu üçün bu sahəni yaxşı biən çoxlu kadrlara ehtiyac var. Məhz bu məqsədlə Prezidentin fərmanı ilə İKT Universitetinin təsis edilməsinə qərar verilməsi çox məqsədə uyğundur. Bu, çox önəmli məsələdir. Çünki hazırda İKT sahəsi ilə məşğul olanlara baxsanız, çox az adam taparsınız ki, ixtisası sırf bu sahə ilə bağlı olsun. Onların əksəriyyəti digər sahələrdə aid insanlardır. Beş-altı ildən sonra isə ixtisası sırf İKT ilə bağlı olan mütəxəssislərimiz bazarda öz yerini tutacaq.

Bir sıra inkişaf etmiş ölkələrdə sırf İKT universitetləri fəaliyyət göstərir, onların təhsil proqramları tamamilə yeni texnologiyalara əsaslanır. Bizdə də belə bir universitetin yaradılması bu sahədə yaxşı və lazımlı kadrların formalaşmasını təmin edəcək. Bizdə öncədən müəyyən universitetlərin kibernetika fakültələri olsa da, bunlar zamanın tələbinə uyğun İKT mütəxəssisləri hazırlamaq üçün yetərli deyildi. Amma məxsusi olarq İKT sahəsinə aid universitetin olması isə artıq başqa məsələdir. Bunun nəticəsində formalaşacaq mütəxəssislər İKT sahəsinin keyfiyyətinə müsbət təsirini göstərəcək və töhfələrini verəcəklər. Əslində gənclərdə İKT ixtisaslarına maraq yüksəkdir.

Bir vaxtlar bizdə hüquqşünaslıq, həkim, iqtisadçı ixtisaslarına kütləvi maraq vardı. Amma hazırda İKT sahəsi gənclər kütləvi şəkildə cəlb etməyə başlayıb. Hətta başqa ixtisas üzrə təhsil alanlar da müəyyən İKT kursları keçməyə üstünlük verirlər. Çünki bilirlər ki, universiteti bitirəndən sonra iş problemi olmayacaq. Çünki bazarda bu ixtisaslara güclü tələbat var.

Əgər İKT sahəsinə aid yaxşı mütəxəssissənsə, şirkətlər özü axtarıb səni tapacaq. Bu gün xaricdən İKT mütəxəssisləri dəvət edilir ki, bu da bizə baha başa gəlir. Amma İKT üzrə milli kadrların yetişməsi çox məqsədə uyğundur. Amma istərdik ki, bu universitet praktiki istiüqamətdə kadrların formalaşmasına diqqət göstərsin. İstərdim ki, özəl şirkətlərdə fəaliyyət göstərən təcrübəli kadrlar ora dəvət olunsun və tədris prosesinə qoşulsun. Həmçinin texnoparkda fəaliyyət məsələləri də təmin edilsin.

Hazırda xarici şirkətlər öz ofislərini Azərbaycanda açmağa böyük maraq göstərirlər, çünki Azərbaycan Avropa ilə postsovet ölkələri arasında tranzit rolunu oynayır. Həmçinin burada biznes üçün münbit şərait var. Ona görə də İKT-nin perspektivləri gözlənildiyindən də böyükdür. Ona görə də bizə çoxlu kadrlar lazım olacaq.

İKT ili ilə bağlı nələri təklif edərdiniz ?

Kadr məsələsindən başqa texnoparkların qısa bir müddətdə fəaliyyətə başlamasını təklif edərdim. Xaricdə texnopark ərazisində yerləşən şirkətlərə xeyli vergi güzəştləri mövcuddur. Həmçinin dövlət texnoparklara aid şirkət və layihələri maliyyələşdirir. Burada gəlir yox, sırf bu sahəni inkişaf etdirmək məqsədi güdülür. Bu, strateji məsələdir.

Xüsusilə də İKT sahəsi informasiya təhlükəsizliyi baxımından hazırda çox önəmlidir. Ona görə də bizdə həllərin hazırlanması, bunun üçün təcrübələr aparılması çox məqsədə uyğundur. Məsələn, Türkiyədə “Tubitak” adlı bir qurum var. Türkiyədə ən yeni layihə və kəşflər bu qurum çərçivəsində ərsəyə gəlir. Zənnimcə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu sahədə müəyyən işlər aparır və bu cür texnoparkların yaradılması nəzərdə tutulur. Amma bu məsələ bir qədər piar olunmalıdır. Bu, ictimai müzakirələrə səbəb olmalıdır və geniş işıqlandırılmalıdır.





<< geri



financetime Company Products Connect with us
About Business catalog Facebook Facebook
Partners Interview LinkedIn LinkedIn
Support Expert Twitter Twitter
  Rating  
  Payment