Ekspertə Sual - Rəşad Cümşüdov - Biznes portal Finance Time








   

 

1 USD 1.7007   1 EUR 2.0368   1 AED 0.4630   1 ARS 0.0995   1 AUD 1.3561   1 BRL 0.5422   1 BYN 0.8749   1 CAD 1.3824   1 CHF 1.7698   100 CLP 0.2720   1 CNY 0.2581   1 CZK 0.0780   1 DKK 0.2737   1 EGP 0.0962   1 GBP 2.3022   1 GEL 0.6872   1 HKD 0.2180   100 IDR 0.0128   1 ILS 0.4823   1 INR 0.0265   100 IRR 0.0046   100 JPY 1.5236   1 KGS 0.0247   100 KRW 0.1505   1 KWD 5.6445   1 KZT 0.0050   100 LBP 0.1128   1 MDL 0.0966   1 MXN 0.0958   1 MYR 0.4057   1 NOK 0.2176   1 NZD 1.2383   1 PLN 0.4741   1 RUB 0.0293   1 SAR 0.4535   1 SDR 2.4203   1 SEK 0.2140   1 SGD 1.2625   1 TJS 0.1929   1 TMT 0.4866   1 TRY 0.4878   1 TWD 0.0565   1 UAH 0.0651   100 UZS 0.0211   1 XAG 29.1160   1 XAU 2231.4885   1 XPD 1583.3517   1 XPT 1632.6720   1 ZAR 0.1281   
           
AMB kursu / Məzənnələr

 

 

Rəşad Cümşüdov

«NİKOİL» İKB-nin İnkişaf Departamentinin Direktoru
sual vermək
cavablara baxmaq
 
Dilarə Zamanova

«AtaHolding» ASC-nin Korporativ Kommunikasiyalar şöbəsinin rəisi
sual vermək
cavablara baxmaq
 
Oruc Ibrahimov

«AtaBank» ASC-nin Kommunikasiyalar və PR şöbəsinin rəisi
sual vermək
cavablara baxmaq
 
Əmək Bazarı üzrə Ekspert
Kseniya Trohimets

Mərkəzi Asiya və Qafqaz reqionu üzrə marketinq kuratoru, Jobs.Day.Az hh.ru ilə birgə layihəsi
sual vermək
cavablara baxmaq
















Ekspertə Sual


«NİKOİL» İKB-nin İnkişaf Departamentinin Direktoru
Rəşad Cümşüdov


Sual: Hörmətli Rəşad müəllim. Mənim qardaşımı 2015-ci ilin aprel ayında işləmədiyi halda və gəliri haqqında sənəd təqdim etmədən, zamin qəbul ediblər. Bu düzgündürmü?
Elçin (26.10.2016)

Salam. Hər Bank öz daxili prossedurlarına uyğun kreditləşmə prossesini təşkil edir. Qeyd etdiyiniz halı istisna etmək olmaz.

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam Rəşad müəllim, xahiş edirəm, məlumat verərdiniz, Nikoil Bankda zamin durmaq üçün hansı sənədlər tələb olunur?
Elçin (25.10.2016)

Salam. Zamin durmaq üçün gəlirlərinizi təsdiq edən sənəd və şəxsiyyət vəsiqəsi tələb olunur.

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Mən Sizin bankın Gəncə filialdan 22.05.2015-ci il tarixdə ABŞ dolları ilə 700 dollar pul götürmüşəm bu günə qədərdə ödəmişəm. Bu günkü dolların kursu ilə ödəyə bilmirəm, aylıq gəlirim də imkan vermir. Mən necə edə bilərəm, köhnə kursla ödəyim?
Anar Orucov (14.01.2016)

Salam hörmətli Anar müəllim, hal hazırda bankımız tərəfindən valyuta kreditləri olan müştərilər üçün tədbirlər planı hazırlanır. Bu haqda biz ictimayəti məlumatlandıracayıq.

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Rəşad müəllim. Mənim Texnika Bankda ipoteka kreditim var idi və bu bank bir müddət öncə hesabımı Nikoil Banka yönəltdi. Artıq bir müddətdir ki, ödənişlərimi edirəm. İndi son devalivasiyadan sonra ödənişlərimi ödəməkdə ciddi çətinliklər çəkirəm. Aylıq ödənişim 348 AZN-dir. Zəhmət olmasa, kreditin restruktruzasiya edilərək aylıq ödənişimin 200 manata endirilməsinə və yaxud ödənişlərimin müvəqqəti olaraq dondurulmasına (təxminən 18 ay) köməklik göstərməyinizdən ötrü hansı filiala yaxınlaşmağımı mənə istiqamət verərdiniz. Xahiş edirəm, məsələnin həll olunmasında köməklik göstərəsiniz.
Məmmədov Əvəz (13.01.2016)

Salam Əvəz müəllim. Bizim ipoteka filialımızın ünvanı: Ünvan: Bakı şəh., AZ 1010, Salatın Əsgərova küç., 161. Tel.: (994 12) 981 (2806), ipoteka ilə əlaqədar - 2808 və 2809.

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Mən kiçik biznes üçün kredit götürmək istəyirəm, səyyari biznesdir, mümkündürmü? Xahiş edirəm, Mənimlə əlaqə saxlayasınız.
Zahidi Emin (24.11.2015)

Salam Emin müəllim. Biznes kreditləri sahibkarlıq ilə məşğul olan şəxslər əldə edə bilərlər. Bunun üçün Sizə yaxın olan filialımıza müraciət və yaxud 012 981 telefon nömrəsinə zəng edə bilərsiniz.

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam Rəşad müəllim, bağışlayın Sizi narahat edirik. Əmək kitabçasında 70-nin C maddəsi olsa, bankda iş tapmaq olar?
Qardaşov Fazil (17.11.2015)

Hörmətli Fazil müəllim! Qeyd etdiyiniz məsələ Bankın öz fərdi yanaşmasından asılıdır.

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam. Mənim adımda Exspress bankda 2800 AZN var, aylıq 184 AZN ödəyirəm, Bank of Bakuda 1000 AZN, aylıq 50 AZN ödəyirəm. Rayon qeydiyyatındayam. Şirvan şəhərində yaşayıram. Sizin bankdan kredit götürmək istəyirəm. Xahiş edirəm mənə köməklik göstərin. Cavabınızı gözləyirəm.
Məcidova Kəmalə (29.10.2015)

Salam Kəmalə xanım. Sizin kredit götürməniz aylıq gəlirinizdən asılıdır. Gəlirləriniz kifayət qədərdisə buyurub müraciət edə bilərsiniz.

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, mənzili girov qoyub, pul götürə bilərik?
Faiq (26.10.2015)

Salam Faiq müəllim. Bu növ kredit məhsulumuz mövcuddur.
Ətraflı: http://nikoil.az/az/credits/c5/

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Mən Polis Bölməsində işləyirəm, adımda təxminən 6000 kredit var. Mən o krediti basqa birinə götürüb vermişəm, amma kreditin ödənişləri vaxtında olunur və gecikməm yoxdur. İndi o borcuma görə, Mən kredit ala bilmirem.Kredit götürərək, avtomobil almaq istəyirdim, bilmək istəyirəm ki, Sizin Bankda kreditlə avtomobil götürə bilərəmmi?
Roman Cabbarov (23.10.2015)

Hörmətli Roman müəllim! Mərkəzi Bankın tələblərinə görə Sizin aylıq cəm kredit ödənişləriniz gəlirinizin 50%-dən cox təşkil edə bilməz. Yani 500 manat əmək haqqı alırsınızsa onun 250 manat məbləğində aylıq kredit ödənişləriniz təşkil edə bilər. Sualınız üçün təşəkkür edirik.

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Rəşad müəllim. 2005-ci ilin OPEL CARAVAN bange avtomobili, Banka salmaq istəyirəm. 9000 AZN satir. 5000 AZN ilkin odəniş edirəm, 4000 AZN Bank vasitəsilə. Mən necə edim. Mənə kömək edə biləcəksinizmi?
Rəhman müəllim (05.10.2015)

Hörmətli Rəhman müəllim. Bankın daxili qaydalarına uyğun olaraq avtokreditlə istehsal ili 5 ildən artıq olmayan avtomobilləri əldə edə bilərsiniz.

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam Rəşad bey, Biz (atam və qardaşım) eyni firmadan və Sizin bank vasitəsi ilə avtomobil götürmüşük kreditə.1 il yarımını ödəmişik hər ikisinin, İndi ödəyə bilmirik, atam vəfat olduğu üçün, İndi Biz bir avtomobilin ödənilmiş pulu ilə digər avtomobili bağlaya bilərikmi?
Elmir Abdullayev (18.08.2015)

Salam. Bunun üçün Biz Sizdən kredit götürdüyünüz filiala müraciət etməyinizi xahiş edərdik. İstənilən halda Bank müştərinin vəziyyətinə girərək kömək etməyə çalışacaq.

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, 67 yaşında təqaüdçü kredit göturə bilərmi? Ödəniş etmək problem deyil, başqa iki bankda kredit var, Sizin Bankdan pul götürüb birini bağlamaq istəyirik.
Aysel (17.08.2015)

Hörmətli Aysel xanım, təqaüd məbləği bütün bu kreditlərin ödənilməsinə kifayət edirsə götürə bilər.

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam Rəşad bəy, Azərbaycan bank sistemində 23 xarici kapitallı bank mövcuddur. Mən bunlardan sadəcə 11-ni müəyyənləşdirə bilmirəm. Hər nə qədər bankları tək-tək incələsəmdə, digər 12 bankı tapa bilməmişəm. Bu barədə köməklik etmənizi rica edirəm. Öncədən təşəkkürümü bildirirəm.
Rəşad İmanov (08.05.2015)

Hörmətli Rəşad bəy, Bununla əlaqəli bütün məlumatları Azərbaycan Mərkəzi Bankının rəsmi səhifəsindən və yaxud bankların rəsmi səhifələrindəki səhmdarlar barədə məlumatlar bölməsindən əldə edə bilərsiniz.

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam. Zəhmət olmasa deyərdiz - Sizin Bankdan ev girovu ilə kredit üçün hansı sənədlər və şərtlər mövcuddur?
Azadə (07.05.2015)

Hörmətli Azadə xanım,
Daşınmaz əmlak girovu ilə kredit götürmənin aşağıdakı şərtləri mövcuddur:

Kreditin minimal məbləği: 8000 AZN
Kreditin maksimal məbləği: 70000 AZN
Valyuta: AZN/USD
Kreditin minimal müddəti: 6 aylıq
Kreditin maksimal müddəti: 84 aylıq
Ödəniş forması: annuitet
Komissiya: 1%-dən başlayaraq
Minimal nominal faiz dərəcəsi: 19% -dən başlayaraq
Faktiki İllik Faiz Dərəcəsi (FİFD): min. 19.37% - maks. 43.52%

Tələblər:
Azərbaycan Respublikasının vətəndaşlığı
Minimal yaş həddi – 20 yaş
Kredit müddətinin qurtarmasına borcalanın yuxarı yaş həddi – 59,5 yaş (qadınlarda), 63 yaş (kişilərdə)
AR-da daimi qeydiyyat
Son iş yerində ən azı 6 ay iş təcrübəsi

Tələb olunan sənədlər:
AR şəxsiyyət vəsiqəsi
İş yerindən arayış

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Biz Tovuz rayonunda yaşayırıq, üzüm bağımız var. Bir başqa bankdan aqrokredit götürmüşdük. Sizin Bankdan götürə bilərikmi? Evin kupçası var, 75 min manat dəyərindədir. Hansı məbləğdə Sizin Bankdan götürə bilərik, biznesi artırmak üçün? Öncədən təşəkkürlər !!!
Hümmətova Aygün (04.05.2015)

Sualınızdan belə başa düşülür ki, siz SKMF (Sahibkarlığa Kömək Milli Fondu) kreditləri ilə maraqlanırsınız. Kənd təsərrüfatı ilə məşğul olduğunuz üçün bu kreditdən yararlana bilərsiniz.

Məbləğ olaraq kreditə gəldikdə isə, regiona yaxın olan Gəncə filialımıza müraciət edə bilərsiniz, kredit mütəxəssisi biznesə və girova baxış keçirirərək sizə hansı məbləğdə kreditin verilməsi, Bankın şərtlərinə uyğun gəlmədiyi təqdirdə isə kreditin verilməməsi barəsində ilkin olaraq məlumat verəcək.

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam! Mən sənaye və İİN-nə güzəştli (sıfırdan başlayıram. Mən sırf aqrar sahə üzrə mütəxəssisəm.) kredit üçün müraciət etmişdim. Mənə cavab verdilər ki, müvəkkil banklara müraciət edim. Mən sizin Bankı seçdim. Rəhbər adamlarla nə vaxt görüşüb məsləhətləşmək olar.
Vidadi (04.05.2015)

Xahiş olunur bu məsələ ilə əlaqədar 012 981 telefon nömrəsinə zəng edərək əlaqə saxlayasınız.

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam Mən İqtisadiyyat kollecinin, Bank işi fakültəsini bitirmişəm, ingilis dilini və kompyuteri bilirəm, Sizin bankda işləyə bilərəm?
Turqut (01.05.2015)

Hörmətli Turqut bəy, Xahiş olunur CV-nizi hr@nikoil.az ünvanına göndərəsiniz.

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Sizdən soruşmaq istəyirəm Şəmkir qeydiyyatında olan bir şəxs Sizin bankdan pul götürə bilərmi?
Tamerlan Məmmədzadə (28.04.2015)

Bəli, təbii ki bu mümkündür. Kredit üçün müraciət zamanı Şəxsiyyət vəsiqəsi və iş yerinizdən arayışla Banka yaxınlaşmanız xahiş olunur.

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam. Mənim adıma təqribən 3 il bundan əvvəl Nikoil bankdan kreditə avtomobil götürülüb. Avtomobil kreditdə olduğu zaman iki nəfərə satılıb və gecikmələr olub.
Zamiq (28.04.2015)

Hörmətli Zamiq bəy, xahiş olunur sualınızı dəqiqləşdirin.

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Mən Nikoyl Bankdan 26.12.2014-cü il tarixdə 60 ay müddətinə, 26%-lə, 44600 ABŞ dolları kredit götürmüşəm. Manatın kəskin ucuzlaşmasından sonra Sizin banka rəsmi müraciət etmişəm. 26.02.2015-ci il tarixdə həmin ərizə Sizin bank tərəfindən qeydiyyata alınıb, lakin cavab yoxdur, qeydiyyat nömrəsi 01-059. Xahiş edirəm mənim ərizəmə fikrinizi bildirəsiniz. Əvvəlcədən təşəkkür edirəm.
Əsədova Flora (25.04.2015)

Hörmətli Flora xanım, xahiş olunur müraciət etdiyiniz filialı və sizə xidmət göstərən kredit mütəxəssisinin adını bildirəsiniz.

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Sizdə kreditin verilməsi dayandırılmışdır, pul olmadığına görə, indi götürmək olar?
Asif Həsənov (21.04.2015)

Hörmətli Asif bəy, bankımızda kreditin verilməsi heç bir zaman dayandırılmayıb. Ola bilər ki, sizin kredit müraciətiniz təsdiqlənməyib.


Səhifələr: 3 - 2 - 1



13.02.2017
Anar Bayramov
A-Qroup Sığorta Şirkətinin İdarə Heyətinin Sədri


17.05.2016
Yusif Ağayev
“AlfaSığorta” ASC-nin Marketinq şöbəsinin rəisi


28.12.2016
Dilarə Zamanova
AtaHolding Korporativ Kommunikasiyalar şöbəsinin rəisi

20.11.2015
Vüsal Əliyev
“AtaTravel” MMC-nin Baş Direktoru


21.11.2016
Cahangir Qənizadə
“AtaTexnologiya” şirkətinin layihələr departamentinin Direktoru

21.10.2014
Orxan Məmmədov
"AtaSığorta" ASC-nin İdarə Heyətinin Sədr Müavini

26.08.2016
Nikoloz Şurqaia
“Nikoyl” İKB ASC-nin İdarə Heyətinin Sədri


13.10.2014
Rəşad Rəsullu
"AtaHolding" ASC-nin İdarə Heyətinin sədr müavini




Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment