Ekspertə Sual - Biznes portal Finance Time








   

 

1 USD 1.7001   1 EUR 2.0116   1 AED 0.4629   1 ARS 0.0983   1 AUD 1.3031   1 BRL 0.5125   1 BYN 0.8346   1 CAD 1.3266   1 CHF 1.7266   100 CLP 0.2629   1 CNY 0.2572   1 CZK 0.0783   1 DKK 0.2703   1 EGP 0.0951   1 GBP 2.2843   1 GEL 0.6586   1 HKD 0.2177   100 IDR 0.0125   1 ILS 0.4820   1 INR 0.0264   100 IRR 0.0042   100 JPY 1.5095   1 KGS 0.0244   100 KRW 0.1564   1 KWD 5.6297   1 KZT 0.0051   100 LBP 0.1123   1 MDL 0.0988   1 MXN 0.0894   1 MYR 0.4169   1 NOK 0.2042   1 NZD 1.1905   1 PLN 0.4768   1 RUB 0.0290   1 SAR 0.4533   1 SDR 2.3968   1 SEK 0.2022   1 SGD 1.2622   1 TJS 0.1926   1 TMT 0.4857   1 TRY 0.4459   1 TWD 0.0567   1 UAH 0.0624   100 UZS 0.0210   1 XAG 27.3689   1 XAU 2138.5049   1 XPD 1734.1530   1 XPT 1511.6694   1 ZAR 0.1263   
           
AMB kursu / Məzənnələr

 

 

Rəşad Cümşüdov

«NİKOİL» İKB-nin İnkişaf Departamentinin Direktoru
sual vermək
cavablara baxmaq
 
Dilarə Zamanova

«AtaHolding» ASC-nin Korporativ Kommunikasiyalar şöbəsinin rəisi
sual vermək
cavablara baxmaq
 
Oruc Ibrahimov

«AtaBank» ASC-nin Kommunikasiyalar və PR şöbəsinin rəisi
sual vermək
cavablara baxmaq
 
Əmək Bazarı üzrə Ekspert
Kseniya Trohimets

Mərkəzi Asiya və Qafqaz reqionu üzrə marketinq kuratoru, Jobs.Day.Az hh.ru ilə birgə layihəsi
sual vermək
cavablara baxmaq
















Ekspertə Sual


Sual: Salam, Ipoteka kreditləri üzrə məlumat verərdiniz, zəhmət olmasa.
Sayad (22.05.2014)

Hörmətli Sayad,

Müraciətiniz üçün təşəkkür edirik.

İpoteka krediti iki formada verilir: Adi ipoteka (hamı üçün nəzərdə tutulub) və Güzəştli ipoteka (müəyyən kateqoriyaya aid edilir).

Şərtlər aşağıdakı kimidir:

Şərtlər

       Şərtlər

 Adi  ipoteka kreditləri

 Güzəştli ipoteka kreditləri

Kreditin maksimal məbləgi

3000 AZN

    3000 AZN

Kreditin minimal məbləgi

50000 AZN

   50000 AZN

Kreditin minimal müddəti

 36 ay

     36 ay

Kreditin maksimal müddəti

300 ay

   360 ay

İllik  faiz dərəcəsi

8 %

4 %

İlkin ödəniş

30 %

20 %



Qeyd edək ki, güzəştli ipoteka gənc ailələrə və hərbi qulluqçulara verilir. Gənc ailə üzvlərindən heç olmasa biri şəhid ailəsindən, ya məcburi köçkün ailəsindən, ya milli qəhrəman ailəsindən olmalıdır və yaxud elmlər namizədi, ya idman sahəsində respublika səviyyəsində uğuru olan və yaxud da dövlət qulluqçusu olarsa, o zaman bu kateqoriyaya aid edilir.

Nəzərinizə çatdırırıq ki, güzəştli ipoteka bankımızda limit bitdiyi üçün müvəqqəti olaraq dayandırılıb, amma, ərizələrin qəbulu davam edir.

Nikoyl Bankın S. Rüstəm küç. 60/44 ünvanında yerləşən ipoteka filialına yaxınlaşıb müraciət edə bilərsiniz.

Əlavə sualınız yaranarsa, 981 nömrəsi ilə əlaqə saxlaya və yaxud bank@nikoil.az elektron ünvanına yaza bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Mənim basqa iki bankda kreditim var. Bilmək istəyirəm ki, o kreditlərim ola-ola, Sizin bankdan kredit əldə edə bilərəm, ya yox? (Sizin Bankdan əldə edəcəyim kredit ilə hər iki krediti bağlayıb, Sizin banka odəmək istəyirəm)
Nicat Əliyev (13.05.2014)

Hörmətli Nicat müəllim,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.

Sizə kreditin verilib-verilməməsi aylıq gəliriniz və digər banklara olan ödənişinizdən asılıdır. Əgər, əlinizdə olan məbləğ Sizə kredit götürməyə imkan verirsə, o zaman mümkündür.

Siz Nikoyl Bankın istənilən filialına müraciət edə bilərsiniz və yaxud www.nikoil.az saytına daxil olub onlayn kredit müraciəti formasını doldura bilərsiniz. Kredit mütəxəssisi özü Sizinlə əlaqə saxlayacaq.

Əlavə sualınız yaranarsa, 981 nömrəsi ilə əlaqə saxlaya və ya bank@nikoil.az elektron ünvanına yaza bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam! Əvvəlcə işinizdə uğurlar! Bilmək istərdim ki, Sizin bankın filiallarında nə üçün götürülən avtokreditlər haqqında məlumat almaq olmur. Məsələn, Qəbələ filialına yaxınlaşmışam, odəniş etmişəm, qalıq kredit məbləğini Mənə deyə bilməcəklərini bildiriblər. Krediti isə maşın bazarındakı filialınızdan almışam.
Fuad Bəkirov (23.04.2014)

Hörmətli Fuad müəllim,

Kredit Qəbələ filialından götürülmədiyi üçün Sizə qalıq borc barədə məlumat verə bilməyiblər. Çünki, bir filial digər filialın kredit hesablarını görə bilmir. Siz, zəhmət olmasa, 981 nömrəsi ilə əlaqə saxlayın. Sizə kömək etməyə çalışarıq.

Biz də Sizə işlərinizdə uğurlar arzulayırıq.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam bağışlayın narahat edirəm. Mən evin sənədi ilə kredit almaq istəyirəm. Xahiş edirəm sualımı cavablandırasınız. Bu mümkündürmü? Təşəkkürlər.
Aydın (23.04.2014)

Hörmətli Aydın müəllim,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.

Bəli, mümkündür. Sizin eviniz qiymətləndiriləcək və qiymətin 40%-i həcmində(arayışsız) və yaxud da arayış təqdim etməklə, daha yüksək məbləğə görə müraciət edə bilərsiniz. Maksimal olaraq 50000-70000AZN məbləğində kredit ayrıla bilər. İllik faiz dərəcəsi 25%, müddət maksimal olaraq, 36 aydır.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam. Sizin bankdan ilk dəfə kredit almaq istəyirəm. İlk dəfəyə 5000-6000 AZN verirsinizmi?
Vüsalə (21.04.2014)

Hörmətli Vüsalə xanım,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.

Bu məbləğ yalnız əmlak girovu ilə verilə bilər. İş yerindən arayış təqdim etməklə, maksimum 70000AZN-ə qədər, əks halda, maksimum 50000AZN-ə qədər götürülə bilər.

Kreditin məbləği iş yerindən arayış təqdim olunduqda, Sizin gəlirinizə uyğun hesablanır, digər halda isə əmlakın qiymətinin 40% həcmində müəyyən olunur. İllik faiz dərəcəsi 25%, müddət isə 36 aydır. Bu kredit üzrə istənilən filiala yaxınlaşa bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam Nərmin xanım. Bank Nikoil-da illik 8%-lə, 25 illik, Qubada 35000 AZN kredit ala bilərəm? Təzə aile qurmuşam. Yoldaşım özəl, Mən isə dövlət işində işləyirəm. Öncədən təşəkkür edirəm.
Sevinc Mustafayeva (11.04.2014)

Hörmətli Sevinc xanım,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.

Əgər, Qubada yerləşən evi ipoteka krediti şəklində almağı nəzərdə tutursunuzsa, o zaman, təəssüf ki, bu mümkün deyil.

Əlavə sualınız yaranarsa, 981 nömrəsi ilə əlaqə saxlaya və ya bank@nikoil.az elektron ünvanına yaza bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam. Sizin bankdan girov qoymaqla kredit götürmək mümkündürmü? Girov avtomobildir.
Fatimə (11.04.2014)

Hörmətli Fatimə xanım,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.

Bəli, mümkündür. Avtomobiliniz qiymətləndiriləcək. İş yerindən arayış təqdim etməklə, maksimum 70000 AZN-ə qədər, əks halda, maksimum 50000 AZN-ə qədər götürülə bilər. Kreditin məbləği iş yerindən arayış təqdim olunduqda, Sizin gəlirinizə uyğun hesablanır, digər halda isə əmlakın qiymətinin 40% həcmində müəyyən olunur. İllik faiz dərəcəsi 25%, müddət isə 36aydır. Bu kredit üzrə istənilən filiala yaxınlaşa bilərsiniz.

Əlavə sualınız yarandığı halda, 981 nömrəsi ilə əlaqə saxlaya və ya bank@nikoil.az elektron ünvanına yaza bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, kiçik biznesim var (fastfood), girov qoymadan nə qədər pul ala bilərəm?
Cihad (10.04.2014)

Hörmətli Cihad müəllim,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik!

Sahib olduğunuz biznes dövlət qeydiyyatından keçibsə, mikro-biznes krediti üzrə müraciət edə bilərsiniz. Məbləğ Sizin biznesdən əldə etdiyiniz gəlirdən asılıdır.

Zəhmət olmasa, 981 qısa nömrəsi ilə əlaqə saxlayın, Sizə ətraflı məlumat veriləcək.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Mən Sizin Bankdan 8000 AZN məbləğində kredit götürmək istəyirəm, aylıq faizi ve neçə ay müddətində olacaq?
Cəfər (10.04.2014)

Hörmətli Cəfər müəllim,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik!

Siz Nikoyl Banka ilk dəfə müraciət edirsinizsə, 8000 AZN məbləği yalnız daşınan və ya daşınmaz əmlak girov qoymaqla əldə edə bilərsiniz. İllik faiz dərəcəsi 25%, müddət isə 3 ildir.

Əlavə sualınız yaranarsa, 981 nömrəsi ilə əlaqə saxlaya və ya bank@nikoil.az elektron ünvanına yaza bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam Narmin xanim, Bilmək istərdim ki, Nikoil Bank hesabından xarici bank hesabina elektron pul köçürməsi etmek mümkündürmü? Əvvəlcədən minnətdaram.
Murad Həmidov (10.04.2014)

Hörmətli Murad müəllim,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik!

Bəli, mümkündür. Nikoyl Bankda hesabınız varsa, hesab açdığınız filiala yaxınlaşırsınız və göndərəcəyiniz şəxsin rekvizitlərini təqdim etməklə bu əməliyyatı həyata keçirə bilərsiniz.

Əlavə sualınız yaranarsa, 981 nömrəsi ilə əlaqə saxlaya və ya bank@nikoil.az elektron ünvanına yaza bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, NIKOIL bankda hazır kreditdə olan avtomobillər var, işlənmiş, satışda yəni ki, bank tərəfindən müsadirə olunur?
Əli Həsənov (08.04.2014)

Hörmətli Əli müəllim,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.

Bəli, hazır kreditdə olan avtomobillər var. Zəhmət olmasa, 0124981981 nömrəsinə zəng edin və daxili nömrə 1541 yığın. Bu sahə üzrə mütəxəssis Sizə ətraflı məlumat verəcək.

Əlavə sualınız yaranarsa, 981 nömrəsi ilə əlaqə saxlaya və yaxud da bank@nikoil.az elektron ünvanına yaza bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Mənim başqa bankda da adıma kredit var. Sizin bankdan da kredit götürə bilərəm?
Ramidə İsmayılova (01.04.2014)

Hörmətli Ramidə xanım,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.

Sizə kredit verilib verilməməsi Sizin aylıq gəliriniz və kredit üzrə aylıq ödənişinizdən asılıdır. Zəhmət olmasa, hər ikisi haqqında məlumatı bank@nikoil.az elektron ünvanına göndərin və biz də Sizi daha ətraflı məlumatla təmin edək.

Əlavə məlumat üçün 981 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Mən Sizin bankdan kredit kartı ala bilərəm? Əvvəl Sizə uzunmüddətli kredit haqqında məlumat vermişdim. Aylıq gəlirim 390 AZN. Yevlaxda yaşayıram. Başqa banka 216 AZN kredit ödəyirəm.
Ağayev Samir (01.04.2014)

Hörmətli Samir müəllim,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.

Başqa banka olan kreditin aylıq ödənişi Sizin aylıq gəlirinizin yarısından çox olduğuna görə təəssüf ki, Sizə kredit kartı təklif etmək mümkün deyil. Amma, digər banka olan kreditinizi bağlasanız, çox sərfəli şərtlərlə Nikoyl Bankdan kredit götürə bilərsiniz.

Əlavə məlumat üçün 981 nömrəsi ilə əlaqə saxlaya və ya bank@nikoil.az elektron ünvanına yaza bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, hörmətli Nərmin xanum! Məndə kredit kart, Azərbayan Beynəlxalq bankına məxsusdur. Amerikada bu kartlar pos-terminallarda aktivdirmi? Təşəkkür edirəm!
Rövşən (27.03.2014)

Hörmətli Rövşən müəllim,

Əgər, Sizin sahib olduğunuz kredit kartı beynəlxalq kartdısa (VİSA və Master), o zaman aktiv şəkildə istifadə edə bilərsiniz.

Əlavə sualınız yaranarsa, 981 nömrəsi ilə əlaqə saxlaya və ya bank@nikoil.az elektron ünvanına yaza bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Sizin Bankda mədaxil qəbzi nə deməkdir? Və o qəbzdə ödəyən və alan eyni adam necə ola bilər? Öncədən təşəkkür edirəm.
Dr.Lala (27.03.2014)

Hörməli Lalə xanım,

Mədaxil qəbzi Siz ödəniş etdikdən sonra Sizə verilən qəbzdir. Əgər, ödənişi özünüz edirsinizsə, məsələn, özünüz plastik kartınıza vəsait yerləşdirirsinizsə, o zaman mədaxil qəbzindən həm ödəyici, həm də alan şəxs Siz olursunuz.

Əlavə sualınız yaranarsa, 981 nömrəsi ilə əlaqə saxlaya və ya bank@nikoil.az elektron ünvanına yaza bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Mən Şirvan şəhərində yaşayıram, Sizin Bankdan pul götürə bilərəm?
Zakir Mirzəyev (06.03.2014)

Hörmətli Zakir müəllim,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik. Şirvan şəhərinə ən yaxın filial Bərdə şəhərində yerləşən filialımızdır. Siz Bərdə filialına müraciət edə bilərsiniz. Amma, Bərdə qeydiyyatında olan bir nəfər zamin təqdim etməli olacaqsınız. Əlavə sualınız yaranarsa, 981 qısa nömrəsi ilə əlaqə saxlaya və ya bank@nikoil.az elektron ünvanına yaza bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Mən Yevlax rayon Ərəs kəndində yaşayıram. Hazırda Ucar rayonunda 4 ildir ki, təyinatla müəllim işləyirəm, aylıq gəlirim 390 AZN-dir. Kapital bankdan 4000 AZN kredit götürmüşəm. Sizin bankdan uzunmüddətli kredit (60-80ay) götürmək istəyirəm. 10000-15000 AZN. Həm kreditimi bağlamaq, həm də yerdə qalan pula maşın almaq. Bu mümkündürmü? Əgər mümkündürsə Mənə xəbər verin. Xahiş edirəm. Ümidim Sizin Banka qalıb.
Ağayev Samir (06.03.2014)

Hörmətli Samir müəllim,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik. Təhsil işçiləri üçün xüsusi şərtlərlə kredit təklif olunur. Bu xəttlə Siz 1000 AZN-ə qədər məbləğin verilməsinə baxıla bilər. Siz yüksək məbləğ üçün yalnız əmlak girov saxlamaqla müraciət edə bilərsiniz. Ucar rayonunda filialımız olmadığı üçün Gəncə şəhərində yerləşən filialımıza müraciət edə bilərsiniz. Əlavə sualınız yaranarsa, 981 qısa nömrəsi ilə əlaqə saxlaya və ya bank@nikoil.az elektron ünvanına yaza bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, biznes kreditleri verirsinizmi?
Rövşən Əliyev (20.02.2014)

Hörmətli Rövşən müəllim,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik. Biznes kreditləri üzrə ətraflı məlumat almaq üçün zəhmət olmasa, 981 (2106) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, 1000 manat nağd pul götürmək istəyirəm, hansı sənədlər lazımdır? Şəhər qeydiyatındayam, arayış almamışam, şəxsi iş yerində işləyirəm.
Sadıqzadə Günel (19.02.2014)

Hörmətli Günel xanım,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik. 1000 AZN məbləğ üçün Siz şəxsiyyət vəsiqəsi və iş yerindən arayış təqdim etməlisiniz. Əlavə sualınız yaranarsa, 981 qısa nömrəsi ilə əlaqə saxlaya və ya bank@nikoil.az elektron ünvanına yaza bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Mən şəxsi işdə işləyirəm, rayon qeydiyatındayam, amma kredit götürə bilmirəm. Zəhmət olmazsa, Mənə kömək edin, kredit götürmək istəyirəm, avtomobilim var, həm ustayam, həm də taksi işlədirəm. Mənə bu barədə kömək edin, zəhmət olmazsa.
Rəvan Səfərov (05.02.2014)

Hörmətli Rəvan müəllim,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.

Gəlirinizi təsdiq edəcək rəsmi sənəd (arayış) təqdim edə bilsəniz, Nikoyl Bankın istənilən filialına yaxınlaşıb, əmlak girovu ilə kredit üçün müraciət edə bilərsiniz.

Əlavə sualınız yaranarsa, 981 nömrəsi ilə əlaqə saxlaya və yaxud bank@nikoil.az elektron ünvanına yaza bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, 2012-ci il Nissan Sunny avtomobiili girov qoyub, pul götürmək mümkündürmü?
Alxasov Anar (27.01.2014)

Hörmətli Anar müəllim,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.

Avtomobil kreditlərinin verilişi müvəqqəti olaraq dayandırılıbdır. Hansı zamanda veriləcəyi barədə dəqiq məlumat yoxdur.

Əlavə sualınız yaranarsa, 981 nömrəsi ilə əlaqə saxlaya və ya bank@nikoil.az elektron ünvanına yaza bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Sizdən xahişim, Məni Ipotekanin mümkünlüyü haqqında məlumatlandırmanızdır. Özüm xarici şirkətdə çalışıram və mənzil üçün uzun müddətli ipoteka üçün müraciət etmək istəyirəm. Ən qısa vaxt ərzində cavablandırmanızı xahiş edirəm. Hörmətlə, Elnur Cəfərov.
Elnur Cəfərov (27.01.2014)

Hörmətli Elnur müəllim,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.

İpoteka krediti limit bitdiyi üçün müvəqqəti olaraq dayandırılıbdır. Fevral ayının 2-ci yarısından yenidən veriləcəyi gözlənilir.

Əlavə sualınız yaranarsa, 981 nömrəsi ilə əlaqə saxlaya və ya bank@nikoil.az elektron ünvanına yaza bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Mən öz evimi girov qoyub kredit pul götürmək istəyirəm. Evimin qiyməti 75 min dollardır, evim Badamdard qəsəbəsində yerləşir. Mənə 25000 min manat pul lazımdır. Zəhmət olmasa, bu haqda, Mənə məlumat verərdiniz.
Səxavət Hacıyev (27.01.2014)

Hörmətli Səxavət müəllim,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik. Maksimal müddət-36ay, İllik faiz dərəcəsi-25%, Tələb olunan sənədlər-Şəxsiyyət vəsiqəsi, iş yerindən arayış və evin sənədləri.

Əlavə sualınız yaranarsa, 981 nömrəsi ilə əlaqə saxlaya və ya bank@nikoil.az elektron ünvanına yaza bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Mən Sizin Bankdan kredit götürmək istəyirəm, xahiş edirəm şərtlərinizi deyərdiniz, 5000 manat kredit götürsəm, 24 aylıq odənişim nə olacaq?
Hüseynov Zaur (22.01.2014)

Hörmətli Zaur müəllim,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik. Siz 5000AZN məbləğini daşınan və daşınmayan əmlakı girov qoymaqla əldə edə bilərsiniz.

İllik faiz dərəcəsi-25%, Maksimal müddət-36ay, Yerləşdirdiyiniz əmlakın 30%-I həcmində məbləği iş yerindən arayış təqdim etmədən, 90%-I həcmində məbləği isə iş yerindən arayış təqdim etməklə əldə edə bilərsiniz. Son iş yerində stajınız 6 aydan az olmamalıdır və Bakı qeydiyyatında olmalısınız. 5000AZN 24 ay müddətinə götürülən zaman aylıq ödəniş 266,86 AZN.

Əlavə sualınız yaranarsa, 981 nömrəsi ilə əlaqə saxlaya və yaxud da bank@nikoil.az elektron ünvanına yaza bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, zəhmət olmazsa, məlumat verərdiniz, Sizin bank hal-hazırda avtokredit verir?
Toğrul (22.01.2014)

Hörmətli Toğrul müəllim,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.

Təəssüf ki, avtomobil kreditinin verilməsi müvəqqəti olaraq dayandırılıb.

Əlavə sualınız yaranarsa, 981 nömrəsi ilə əlaqə saxlaya və yaxud da bank@nikoil.az elektron ünvanına yaza bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, avtomobilin 14 ay krediti qalıb, ayda 304 manat nağd ödəsəm, nə qədər ödəyəcəm? 4200 manatdı
Coşqun (27.12.2013)

Hörmətli Coşqun müəllim,

Kredit ödənişləri kredit mütəxəssisi tərəfindən xüsusi kredit kalkulyatoru vasitəsilə hesablanır. Zəhmət olmasa, 981 nömrəsi ilə əlaqə saxlayın.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam. Mən qızıl girovu ilə kredit götürmək istəyirəm. Nə qədər qızıl qoymalıyam?
Natavan (26.12.2013)

Hörmətli Natavan xanım,
Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.

Qızıl girovu ilə verilən kreditin ümumi şərtləri:
Minimal məbləğ - 300 AZN/USD
Maksimal məbləğ - 5000 AZN/USD
Minimal müddət - 3 ay
Maksimal müddət - 18 ay
İllik faiz dərəcəsi- 32 %
Tələb olunan sənədlər- Şəxsiyyət vəsiqəsi

Qızılın əyarından asılı olaraq, qramına verilən dəyər fərqlənir. Hesablama aparılır və əldə olunan məbləğin 90%-i həcmində kredit ayrılır.

Əlavə sualınız yaranarsa, 981 nömrəsi ilə əlaqə saxlaya və yaxud bank@nikoil.az elektron ünvanına yaza bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Mən kredit kartını necə əldə edə bilərəm?
Nicat Qasımov (20.12.2013)

Hörmətli Nicat müəllim,
Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.
Kredit xəttinin əldə olunma şərtləri:
Müddəti - 12ay,
Məbləğ- Sizin əmək haqqınız 3 misli həcmində, maksimal olaraq, 3000 AZN,
İllik faiz dərəcəsi - 30%.

Kredit kartı güzəştli müddət (grace period) ilə verilir. Güzəştli müddət 40 günü, növbəti ayın 10-na kimi olan müddəti əhatə edir.
Təqdim edəcəyiniz sənədlər- Şəxsiyyət vəsiqəsi, iş yerindən arayış, 1000AZN-dən yuxarı məbləğ üçün 1 nəfər zamin tələb olunur, zamin də şəxsiyyət vəsiqəsi və iş yerindən arayış təqdim edir. 
Əgər, Bakı qeydiyyatında deyilsinizsə, təqdim etdiyiniz zamin Bakı qeydiyyatında olmalıdır.

Qeyd edim ki, Sizin başqa banklarda kreditiniz varsa, həmin kreditlər də nəzərə alınacaq.

Əlavə sualınız yaranarsa, 981 nömrəsi ilə əlaqə saxlaya və yaxud da bank@nikoil.az elektron ünvanına yaza bilkərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Mən Körpü Bina Tikinti MMC- də işləyirəm, maaşım 460 AZN-dir, arayışla Sizin Bankdan kredit pul götürə bilərəm?
Zaqarov Ruslan (20.12.2013)

Hörmətli Ruslan müəllim,
Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.
Ümumi şərtlər:
Maksimal məbləğ - 3000 AZN
Maksimal müddət - 24 ay
İllik faiz dərəcəsi - 30 %
Təqdim edəcəyiniz sənədlər - şəxsiyyət vəsiqəsi, iş yerindən arayış, 1000 AZN-dən yuxarı məbləğ üçün bir nəfər zamin təqdim olunmalıdır.

Qeyd edim ki, Sizə ayrılacaq kreditin məbləği başqa banklarda kreditinizin olub-olmamasından asılıdır.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Mən avtomobilimi banka qoyub, 3500 manat pul çıxartmaq istəyirəm. Kömək edə bilərsinizmi?
Elnur (16.12.2013)

Hörmətli Elnur müəllim,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirəm.

Təbii ki, mümkündür. Amma, ilk öncə Sizin avtomobiliniz qiymətləndirilməlidir. İş yerindən arayış təqdim edə bilsəniz, əmlakın qiymətinin 90%-i həcmində, arayış təqdim edə bilməsəniz, əmlakın 30%-i həcmində kredit verilməsinə baxıla bilər. İllik faiz dərəcəsi-25%, maksimal müddət 36 aydır.

Əlavə sualınız yaranarsa, bank@nikoil.az elektron ünvanına yaza və yaxud 981 qısa nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Mən təcili yardımda 14 ildir işləyirəm, 33 yaşım var, feldşerem, maaşım 500 AZN-dir, Sizin Bankdan 5000 manat kredit ala bilərəm?
Rəna Hətəmova (16.12.2013)

Hörmətli Rəna xanım,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirəm.

Tibb sahəsinin işçiləri üçün güzəştli şərtlərlə kredit verilir. Maksimal olaraq 5000 AZN məbləğində kredit verilməsinə baxıla bilər. İllik faiz dərəcəsi 28%-dir. Kreditin maksimal müddəti 36 aydır. 3000 AZN-dən yuxarı məbləğ üçün eyni sahədə çalışan bir nəfər zamin təqdim olunmalıdır.

Tələb olunan sənədlər - Şəxsiyyət vəsiqəsi və iş yerindən arayış (borcalan və zamin təqdim etməlidir).

Əlavə sualınız yaranarsa, bank@nikoil.az elektron ünvanına yaza və yaxud 981 qısa nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Nərmin xanım, Mən Sizin bankdan kredit götürə bilərəm? Özüm rayonda yaşayıram və heç yerdə işləmirəm, təsərrüfat ilə məşğulam, başqa bankda kreditim var.
Nazim Gələndərov (15.12.2013)

Hörmətli Nazim müəlliim,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirəm.

Siz təsərrüfatla məşğul olduğunuz üçün Sizə SKMF xətti ilə təsərrüfatınızı genişləndirmək məqsədilə kredit verilməsinə baxıla bilər. Bunun üçün Nikoyl Bankın filiallarından birinə yaxınlaşmaq və yaxud da 981 qısa nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam Nərmin xanım, Mənim verdiyim suala zəhmət olmazsa cavab verərdiniz, Mən ev girov qoyub, kredit almaq istəyirəm, bu mümkündürmü? Hörmətlə, Nurlan müəllim
Nurlan Kərimxanov (09.12.2013)

Hörmətli Nurlan müəllim,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.
Əlbəttə ki, mümkündür. Bu "Əmlak Girovu ilə kredit" adlanır. Bu kredit növü üzrə 2 hal mövcuddur. Ümumi şərtlər aşağıdakı kimidir:

1) İş yerindən arayış təqdim etdiyiniz halda:
Minimal məbləğ-5000AZN/USD
Maksimal məbləğ-50000AZN/USD
Minimal müddət-6ay
Maksimal müddət-36ay
İllik faiz dərəcəsi-25%
Komissiya haqqı-2%
Qeyd edim ki, Sizin sahib olduğunuz əmlak (ev) qiymətləndiriləcək və qiymətin 90% həcmində kredit veriləcək.

2) İş yerindən arayış təqdim etmədiyiniz halda:
Minimal məbləğ-5000AZN/USD
Maksimal məbləğ-20000AZN/USD
Minimal müddət-6ay
Maksimal müddət-36ay
İllik faiz dərəcəsi-25%
Komissiya haqqı-4%
Qeyd edim ki, Sizin sahib olduğunuz əmlak (ev) qiymətləndiriləcək və qiymətin 30% həcmində kredit veriləcək.

Əlavə sualınız yaranarsa, bank@nikoil.az elektron ünvanına yaza və yaxud 981 qısa nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
 

Hörmətlə,
Müştəri Xidmətləri Departamenti


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, hal-hazırda Nikoil Bankda Reseption üzrə vakansiya var?
Behbudova Vəfa (28.11.2013)

Hörmətli Vəfa xanım,

Hal-hazırda Reception vəzifəsi üzrə vakansiya yoxdur, amma, yeni filialların açılışı ilə bağlı gələcəkdə yaranması gözlənilir.

Siz zəhmət olmasa, CV formanızı hr@nikoil.az elektron ünvanına göndərin. Əgər, CV formanız yaranan vakansiyaya uyğun olarsa, Sizinlə əlaqə saxlanılacaq.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Mənim başqa banklarda beş kredit kartım var. Sizin bankdan kredit kartı ala bilərəm?
Könül (19.11.2013)

Hörmətli Könül xanım,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.

Əgər Sizin əmək haqqınız buna imkan verirsə, o zaman mümkündür.

Əlavə məlumat üçün 981 nömrəsi ilə əlaqə saxlaya və yaxud bank@nikoil.az elektron ünvanına yaza bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Nikoil Bankdan çörək-şirniyyat sexi avadanlıqlarının alınması üçün kredit götürmək mümkündürmü? Sahibkarlar fondu vasitəsi ilə. Təqribən 20000 manat.
Mübariz (19.11.2013)

Hörmətli Mübariz müəllim,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.

Əgər, Sizin sahib olduğunuz çörək-şirniyyat sexi dövlət qeydiyyatındadırsa, o zaman müraciət edə bilərsiniz.

Əlavə məlumat üçün 981 nömrəsi ilə əlaqə saxlaya və yaxud bank@nikoil.az elektron ünvanına yaza bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Mən Sizin Bankdan kredit götürmək istəyirem, ancaq adıma çoxdan kredit gütürüblər, bu il bağlanıb. Mən Sizin Bankdan kredit götürə bilərəm?
Bəxtiyar Hacıyev (08.11.2013)

Hörmətli Bəxtiyar müəllim,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.

Bəli, mümkündür. Kreditin məbləği Sizin əmək haqqınızdan asılı olacaq. Əgər, hal-hazırda Sizin adınıza kredit varsa, o da nəzərə alınacaq. Siz www.nikoil.az saytına daxil olub, onlayn kredit müraciət forması doldura bilərsiniz. Bu müraciət forması kredit mütəxəssisinə göndərilir və o, Sizin məlumatları təhlil etdikdən sonra Sizinlə əlaqə saxlayacaq.

Əlavə sualınız yaranarsa, 981 qaynar xətti ilə əlaqə saxlaya bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, hal-hazırda işləmirəm, amma digər 2 bankda kreditim olub, müsbət xarekteristikam var, Sizdən arayışsız kredit götürə bilərəm?
Fəridə Abbasova (29.10.2013)

Hörmətli Fəridə xanım,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.

İlk dəfə müraciət etdiyiniz üçün arayışsız yalnız əmlak girovu ilə və yaxud da qızıl girovu ilə kredit götürə bilərsiniz.

Qızıl girovu ilə kredit götürən zaman qızıl qiymətləndirilir və əyardan, qramdan asılı olaraq kreditin məbləği dəyişir.

Əmlak girovu ilə kredit götürən zaman Sizin girov qoyduğunuz əmlak (ev, avtomobil) qiymətləndiriləcək və əmlakın 30%-i həcmində kredit verilə bilər.

Əgər əlavə sualınız yaranarsa, 981 qaynar xətti ilə əlaqə saxlaya bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam. Sizin Banka necə düzəlmək olar? Mən ali təhsilliyəm
Aylin (21.10.2013)

Hörmətli Aylin xanım,

Siz vakant yerlər barədə məlumatı www.nikoil.az saytında Vakansiyalar bölməsindən əldə edə bilərsiniz. Siz, həmçinin, CV formanızı hr@nikoil.az elektron ünvanına göndərə bilərsiniz. Sizə uyğun vakant yer olan zaman Sizinlə əlaqə saxlanılacaq.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Mən Sizin bankdan 2000 $ pul almaq istəyirəm, Mənə köməklik edə bilərsinizmi?
Rüfət Kərimov (20.10.2013)

Hörmətli Rüfət müəllim,

Nikoyl Banka müraciət etdiyiniz üçün təşəkkür edirik.

Ümumiyyətlə, kreditin məbləği Sizin əmək haqqınızdan və başqa banklarda kreditinizin olub-olmamasından asılıdır. Siz zəhmət olmasa, əmək haqqınızın məbləğini yazardınız. Sizə ətraflı məlumat verərdik.

Siz həmçinin, www.nikoil.az saytına daxil olub, online kredit müraciət formasını doldura bilərsiniz və kredit mütəxəssisləri Sizinlə əlaqə saxlayacaq.







10.11.2017
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini


21.11.2016
Cahangir Qənizadə
“AtaTexnologiya” şirkətinin layihələr departamentinin Direktoru
18.10.2017
Samir Musayev
Bank VTB (Azərbaycan)-ın Korporativ biznesin kreditləşməsi Idarəsinin Rəisi

26.08.2016
Nikoloz Şurqaia
“Nikoyl” İKB ASC-nin İdarə Heyətinin Sədri


13.02.2017
Anar Bayramov
A-Qroup Sığorta Şirkətinin İdarə Heyətinin Sədri


17.05.2016
Yusif Ağayev
“AlfaSığorta” ASC-nin Marketinq şöbəsinin rəisi

28.12.2016
Dilarə Zamanova
AtaHolding Korporativ Kommunikasiyalar şöbəsinin rəisi

20.11.2015
Vüsal Əliyev
“AtaTravel” MMC-nin Baş Direktoru



Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment