Ekspertə Sual - Biznes portal Finance Time








   

 



1 USD 1.7017   1 EUR 1.9590   1 AED 0.4633   1 ARS 0.0993   1 AUD 1.3508   1 BRL 0.5404   1 BYN 0.8742   1 CAD 1.3482   1 CHF 1.7801   100 CLP 0.2604   1 CNY 0.2516   1 CZK 0.0751   1 DKK 0.2634   1 EGP 0.0949   1 GBP 2.2160   1 GEL 0.7068   1 HKD 0.2180   100 IDR 0.0128   1 ILS 0.4768   1 INR 0.0264   100 IRR 0.0047   100 JPY 1.5184   1 KGS 0.0246   100 KRW 0.1512   1 KWD 5.6236   1 KZT 0.0052   100 LBP 0.1128   1 MDL 0.0942   1 MXN 0.0965   1 MYR 0.3967   1 NOK 0.2110   1 NZD 1.2498   1 PLN 0.4657   1 RUB 0.0288   1 SAR 0.4538   1 SDR 2.3777   1 SEK 0.2048   1 SGD 1.2427   1 TJS 0.1934   1 TMT 0.4869   1 TRY 0.4821   1 TWD 0.0559   1 UAH 0.0656   100 UZS 0.0421   1 XAG 27.6016   1 XAU 2113.7666   1 XPD 1480.4790   1 XPT 1574.0725   1 ZAR 0.1314   
           
AMB kursu / Məzənnələr

 

 

Rəşad Cümşüdov

«NİKOİL» İKB-nin İnkişaf Departamentinin Direktoru
sual vermək
cavablara baxmaq
 
Dilarə Zamanova

«AtaHolding» ASC-nin Korporativ Kommunikasiyalar şöbəsinin rəisi
sual vermək
cavablara baxmaq
 
Oruc Ibrahimov

«AtaBank» ASC-nin Kommunikasiyalar və PR şöbəsinin rəisi
sual vermək
cavablara baxmaq
 
Əmək Bazarı üzrə Ekspert
Kseniya Trohimets

Mərkəzi Asiya və Qafqaz reqionu üzrə marketinq kuratoru, Jobs.Day.Az hh.ru ilə birgə layihəsi
sual vermək
cavablara baxmaq
















Ekspertə Sual


Sual: Salam, Mənim 3 bankda kreditim var, heç birində gecikməm olmayıb. Sizin bankdan 500-1000 AZN kredit götürə bilərəm?
Murquzov Elmar (02.10.2013)

Salam Elmar müəllim,

Siz bizim Bankdan əmək haqqınız həcmindən asılı olaraq kredit götürə bilərsiniz.

Ətraflı təhlil üçün 981 qısa nömrəsinə zəng edib bizim mütəxəssislərlə əlaqə saxlayın.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Rusiya istehsalı avtomobili kredit ilə götürə bilərəm? ilin fərqi var?
Cəlal (16.09.2013)

Salam, Hörmətli Calal müəllim,

Siz bizim bankdan yeni Rusiya avtomibilini əldə etmək üçün hər bir filialımızdan kredit götürə bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, bizim başqa bir bankda kreditimiz var, 5 aydı odəniş olunur, 2 -ci dəfə Sizin bankdan kredit götürə bilərikmi,1000 AZN məbləğində. Aylıq gəlir haqqı 410 AZN-dir. Xahiş edirik, bu barədə bizə köməklik edəsiniz.
Cavid (13.09.2013)

Hörmətli Cavid müəllim,

Sizin sualınıza cavab olaraq bildirirəm ki, Siz krediti o halda götürə bilərsiniz ki iki krediti ödəməyə 410 AZN məbləğində əməq haqqınız kifayyət etsin.

Bunun üçün bizim Bankın mütəxəssisləri digər kreditlər üzrə aylıq ödənişinin həcmini aşkarlamalıdırlar.

Bunun üçün xahiş edirəm 981 qısa nömrəsinə zəng edin onlar lazım olan hesablaşmaları aparsınlar.

Sualınıza görə minnətdaram.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Sizin Bankdan kredit götürə bilərəm? Zəhmət olmazsa köməklik edəsiniz.
Havva (26.08.2013)

Salam Havva xanum,

Sizin kredit ödəmə qabiliyyətinizdən asılı olaraq Siz bizim bankdan kredit götürə bilərsizniz.

Xahiş edirəm bizim filiallardan birinə, yada 981 qısa nömrəsinə müraciət edəsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, bağışlayın narahat edirəm , Sizdən soruşmaq istəyirdim ki, Mən kredit göturmek istəyirəm, ev senedi ile. Necə edə bilərəm, çox xahiş edirəm, Mənə kömeklik edəsiniz.
Xəlilova Fəridə (23.08.2013)

Salam hörmətli Fəridə xanım,

Nəzərinizə çatdırıram ki, Siz ev sənədi (əmlakın girovu) ilə 50 000 manata qədər məbləğdə kreditə müraciət edə bilərsiniz.

Bu krediti Sizə 36 aya qədər, 25% illik faizlə rəsmləşdirə bilərik.

Sizin kredit sifarişinizin baxılması üçün bizim istənilən filiallarımızdan birinə müraciət etməyiniz gərəkdir.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Mən Qusar rayonunun Gədəzeyxur kəndində yaşayıram,bağım var. Mən istəyirəm gələcəkdə yenə bağlar salım, heyvanlar saxlayım. Sualım odur ki, Mən kənd təsərrüfat krediti ilə 6% ilə necə ala bilərəm? Öncədən təşəkkür edirəm.
Ilham (21.08.2013)

Salam İlham müəllim,

Sizin məktubunuza cavab olaraq bildiririk ki, bizim bank kənd təsərrüfatının inkişafı üçün Sahibkarlığa Kömək Milli fondunun hesabına güzəştli kreditlər verir. Kreditin illik faizi – 6%.

Bizim bankın siyasətinə uyğun olaraq kreditlər biznesin və ya təsərrüfatın inkişafına verilir, biznesi yenidən qurmaq üçün verilmir.

Kənd təsərrüfatı kreditləri girovla verilir. Bu ya daşınar, daşınmaz və ya qızıl ola bilər. Bizim Qusar rayonunda filialımız yoxdur, ona görə Sizin rayonunuzdan girov götürə bilmərik, yalnız Bakı şəhərindən.

Lazım olan sənədlər: Şəxsiyyət vəsiqəsi, VOEN, torpaq sənədi və Biznes plan.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Pərvanə x., aldığım maşın Nikoil bankda kreditdədi, indi onu satmaq istəyirəm, Mən öyrənmək istəyirdim ki, nə qədər odənişim qalıb. 3 illik idi, 1 ilini vermişəm, təxminən , ancaq dəqiq bilmək istərdim. Xahiş edirəm Pərvanə x. bu barədə əgər məlumatınız varsa, Mənə kömək edin.
Həsən (20.08.2013)

Salam,

Sizin nəzərinizə çatdırıram ki, bu məlumatları əldə etmək üçün Siz avtomobil kreditini götürdüyünüz filiala müraciət etməlisiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Mən dəyəri 45 000  AZN olan evi girov qoysam, hansı məbləği gütürə bilərəm  və  neçə müddətə?
Rövşən (20.08.2013)

Salam, Siz dəyəri 45 000 AZN olan evin girovuilə onun 50%, yəni 22 500 AZN məbləğində kredit götürə bilərsiniz.

Bu krediiti götürmək üçün şəxsiyyət vəsiqəniz, gəlirlərinizi təsdiq edən sənədlərinizi və girova təklif edilən evin sənədləri lazımdir.

Sualınıza görə minnətdaram.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Mən Sizin Bankda ev girov qoymaqla, kredit göturmək istəyirəm. Bunun üçün hansı sənədlər lazımdır?
Suleymanov Elşən (19.06.2013)

Salam, hörmətli Elşən müəllim,

Ev girovu qoymaqla krediti almaq üçün Sizə ilkin sənədlərdən iş yerindən arayış, şəxsiyyət vəsiqəsi və girova qoyduğunuz evin sənədləri (çıxarışı, Forma 1,2) lazımdır.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, əmlak kreditinin şərtərini bilmək istəyərdim.
Qasımova Zahidə (10.06.2013)

Salam hörmətli Zahidə xanım,

Nəzərinizə çatdırıram ki, Siz əmlakın girovu ilə 50 000 manata qədər məbləğdə kreditə müraciət edə bilərsiniz.

Bu krediti Sizə 36 aya qədər, 25% illik faizlə rəsmləşdirə bilərik.

Sizin kredit sifarişinizin baxılması üçün bizim istənilən filiallarımıza müraciət edə bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Mən şəxsi sürücü işləyirəm, aylıq gəlirim 800 AZN- dir, kredit götürə bilərəm? Götürə bilərəmsə, hansı məbləğdə?
Zamin (09.04.2013)

Salam hörmətli Zamin müəllim,

Nəzərinizə çatdırıram ki istehlak krediti götürmək üçün Siz əmək haqqınızı təsdiq edən sənəd təqdim etməlisiniz.

Arayışsız kreditlər bizim Bankın müsbət tarixli müştərilərinə verilə bilər.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam Pərvanə xanım, Gəncədə Nikoil bankda 3 il muddətinə kredit götürmək olarmı?
Vahid (01.04.2013)

Hörmətli Vahid müəllim,

Nəzərinizə çatdırıram ki, kreditin müddəti kredit məhsulundan asılı olaraq müəyən edilir.

Bu məlumatları Gəncə filialından daha ətraflı əldə edə bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, avtomobili kreditə salmaq olar?
Cabir (28.03.2013)

Hörmətli Cabir müəllim,

Siz avtomobili almaq və ya öz avtomobilinizin girobuilə istehlak krediti götürmək məqsədlərinə uyğun olaraq şərtlər fərglənir.

Hər iki halda Siz əlavə məlumatları təqdim edib kredit sifarişinizin baxılması üçün bizim Banka müraciət edə bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Mənim Sizin Bankda kreditim olub. Vaxtından əvvəl ödədim. Sizlərdən çox razı qaldım. Sizdə kredit kartı varmı? Varsa limiti nə qədər olanı Mənə düşür. Xahiş edirəm, bu barədə ətraflı məlumat verəsiniz.
Məmmədov Vəli Manaf oğlu (11.03.2013)

Salam, hörmətli Vəli müəllim,

Nəzərinizə çatdırıram ki, Siz bizim Bankdan müsbət tarixli müştərimiz olduğundan, 8 000 AZN məbləğinə qədər kredit xətti ala bilərsiniz.

Maksimal məbləğ Sizin aylıq gəlirlərinizdən, digər öhdəliklərinizdən asılı olaraq təyin olacaqdır.

Xahiş edirəm, kredit kartı almaq üçün, Sizə yaxın olan filiallarımızdan birinə müraciət edəsiniz.

Əlavə məlumat üçün 981 qısa nömrəsi ilə əlaqə saxlayıb, bütün suallarınızı cavablandırın.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Mən Sizin bankdan kredit götursəm, 24 ay müddətinə, ayda nə qədər pul ödəməliyəm?
Mehman (06.03.2013)

Hörmətli Mehman müəllim,

Nəzərinizə çatdırıram ki, bu məlumatı vermək üçün kreditin məbləği və faiz dərəcəsi haqqında məlumat olmalıdır.

Kredit götürəndə, Sizə verilən ödəniş cədvəlindən, ödədiyiniz məbləğ haqqında məlumatı əldə edə bilərsiniz.

Hansısa səbəblərə görə ödəniş cədvəliniz yoxdursa, kredit aldığınız filiala müraciət etməlisiniz.

Əlavə məlumat üçün 981 qısa nömrəsiilə əlaqə saxlayıb, bütün suallarınızı cavablandırın.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Mən Gəncə ş. istehlak krediti götürmək istəyirəm, ancaq  basqa banka borcum var, götürə bilərəm?
İmamverdiyeva Gülnarə Yaqub qızı (04.03.2013)

Salam Gülnarə xanım,

Sizin aylıq gəlirlərinizdən, ailə üzvlərinizin sayından asılı olaraq, iki krediti ödəmə qabiliyyətiniz varsa, kredit götürə bilərsiniz.

Ödəmə qabiliyyətinizi təyin etmək üçün, Gəncə filialımıza müraciət etməlisiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Hərbi təqaüdçüyəm, ipoteka krediti ala bilərəm?
Abdul Şirinov (28.02.2013)

Salam Abdul müəllim,

Sizin yaşınızdan və aldığınız gəlirlərdən asılı olaraq Sizə İpoteka krediti verilə bilər.

Bunun üçün xahiş edirəm daha ətraflı məlumatları 981 nömrəli qısa nömrəsinə təqdim edəsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam! Mən də bankda işləyirəm, bilmək istərdim ki, Sizin bankda avtomobil krediti necə verilir, hansı şərtlərlə? İstisna hal kimi, ilkin ödəniş olmadan, işlənmiş avtomobil krediti verilir Sizin Bankda?
Qurbanov Ilkin (27.02.2013)

Salam hörmətli İlkin müəllim,

Bizim Bankda Siz 20%-dan başlayaraq ilkin ödənişlə avtomobil krediti götürə bilərsiniz. Bu kreditlər 36 aya qədər və ilkin ödənişdən asılı olaraq, illik effektiv faiz dərəcəsi 11,7%-dən başlayaraq verilir.

İlkin ödəniş olmadan işlənmiş avtomobillərin alınmasına kreditlər verilmir.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Sizin Bankda ev girovu qoyub, pul götürmək istəyirəm, şərtlərlə tanış edin, zəhmət olmasa. Təşəkkür edirəm.
Amin Osmanov (20.02.2013)

Salam hörmətli Amin müəllim,

Siz bizim Bankdan 50 000 manata gədər ev girovu ilə kredit götürə bilərsiniz.

Bu kreditlər İllik effektiv faiz dərəcəsi 15,8%-ilə 60 aya qədər verilə bilər. Bunun üçün aylıq gəlirlərinizi təsdiq edən sənədlər, şəxsiyyət vəsiqəniz və evin sənədlərini (çıxarış, tex.passport, Forma 1, Forma 2 və s.) Bankın filiallarından birinə təqdim edə bilərsiniz.

Əlavə suallarınızı 981 qısa nömrəsinə müraciət edərək cavablandıra bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, xüsusi imtiyazları olan (elmi-pedaqoji fəaliyyət və məcburi köçkün ailəsi) vətəndaşlara Bank, ilkin 0%, ödənişlə daxili ipoteka krediti verə bilərmi ?
Asəf Kazımov (13.02.2013)

Hörmətli Asəf müəllim,

Sizin nəzərinizə çatdırıram ki, Bizim Bank yalnız Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində olan ipoteka fondunun vəsaitləri ilə kreditlər verir.

Bununla əlaqədar olaraq, kreditlər İpoteka Fondunda nəzərdə tutulmuş şərtlərlə verilir.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Mən Astara şəhərində yaşayıram. Məktəb direktoru işləyirəm. 3 aydan artıqdır ki, Nikol Bankın Lənkaran şöbəsinə eskamef krediti üçün müraciət etmişəm. Kiçik sahibkaram. Evə və təsərrüfatıma 3-4 dəfə baxış keçirilib. Evin sənədləri, müvafiq sənədləri də banka təqdim etmişəm. Lakin hər dəfə bankdan məlumat istəyəndə bizə deyirlər ki, gözlə düzələr. Sizdən xahiş edirəm ki, bu məsələ ilə bağlı bizə məlumat verəsiniz.
Zaur Hüseynov (31.01.2013)

Salam hörmətli Zaur müəllim,

Sizin məsələ ilə bağlı Lənkəran filialına müraciət etmişik. Sizə yaxın bir vaxtda cavab veriləcək.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Çox sağ olun sualımızı dəqiqliklə cavablandırdığınız üçün. Biz Nikoil bankdan 5500 AZN götürmüşük 24 aylıq, 6 aydan sonra bütün məbləği ödəyib 10000 götürmak olarmı 36 aylıq? Bağışlayın neçənci səfərdi Sizi suallarımla narahat edirəm, Sizə öz minnətdarlığımı bildirirəm. Və bilmək istəyərdim, yeni 10000 götürmək imkanımız var, ancaq yuxarıda göstərdiyimiz kimi alınarmı 36 aylıq?
Vahid Məmmədov (31.01.2013)

Salam hörmətli Vahid müəllim,

Sizin 10 000 manat götürmək imkanınızı təhlil etmək üçün aylıq gəlirləriniz  haqqında məlumat təqdim etməlisiniz. Sizin kredit sifarişinizin baxılması üçün bizim istənilən filiallarımıza müraciət edə bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam Pərvanə xanım, zəhmət olmasa, məlumat verərdiniz, mənim adımda olan avtomobilimin (-- -- ---) nə qədər kredit borcu qalıb ?
Quliyev Bəhruz (31.01.2013)

Hörmətli Bəhruz müəllim,

Nəzərinizə çatdırıram ki, Siz kredit borcunuz haqqında məlumatı yalnız Bankimızın filiallarından birinə yaxınlaşıb əldə edə bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, hazırda illik depozitin məbləği nə qədərdir ?
Əli (23.01.2013)

Salam hörmətli Əli müəllim,

Aşağıda göstərilən cədvəldə bizim Bankın əmanətlər üzrə tarifləri göstərilib.

cədvəli yükləmək


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, VAZ 2114 markalı 2011-ci ilin maşınımı banka salmaq istəyirəm. Pul verilə bilər mənə ?
Hüseyn (23.01.2013)

Hörmətli Hüseyn müəllim,

Nəzərinizə çatdırıram ki, girov haqqında məlumatdan başqa bizim Bankdan kredit almaq üçün müraciətinizdə işlədiyiniz yer, göstərdiyiniz fəaliyyət və aylıq gəlirlər haqqında məlumatları təqdim etməlisiniz.

Xahiş edirəm 981 qısa nömrəsinə zəng edin və kredit almaq üçün sifariş verin.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam Pərvanə xanım, sizə sualımız - biznes kreditdəriniz 36 aylıq varmı? Əgər olmayıbsa, bizim tanışlardan bir neçəmiz xahiş edirik, müştərilərinizin xahişini iclaslarınızda nəzərə alasınız, çox istəyərdik, sizin bankda da 36 aylıq kredit verilsin. Əvvəlcədən minnətdarıq.
Vahid Vahidli (23.01.2013)

Salam Vahid müəllim,

Sizin nəzərinizə çatdırıram ki bizim Bankda 36 ay müddətinə biznes kreditlərimiz var. Əsasən orta biznes kreditləri 15 000 manatdan çox olduqda və bizim Bankda müştərinin müsbət tarixi olduqda kreditlər 36 aya qədər verilir.

Təkliflərinizə görə təşəkkür edirik və əlbəttə onları nəzərə alıb daxili qaydalarımızı yenidən müzakirəyə çıxardacayıq.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam. Mən ipoteka krediti götürmək istəyirəm. Əmək haqqım vergidən sonra 800 AZN. Sizdə ilkin ödəniş nə qədərdir ?
Aysel (18.01.2013)

Salam Aysel xanım,

İpoteka kreditinin məbləğini hesablamaq üçün aşağıda sadalanan məlumatları təqdim etməlisiniz:

Aylıq gəlir:
Ailə üzvlərinin sayı:
Digər öhdəliklər:
Kreditin müddəti (il):

İlkin ödəniş aldığınız evin ən azı 20% təşkil etməlidir. Əlavə məlumat üçün 981 qısa nömrəsinə müraciət edə bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam Pərvanə xanım, hal-hazırda sizin bankın müştərisiyəm, 2 aydır odənişimi vaxtında odəyirəm, axıra kimi elə olacaq, amma Sizə bir sualım var- olar mən odənişimi bağlayıb, yenidən 3 min artırmaqla 36 ay müddətində odəyim. Əvvəlcədən minnəttarliğımı bildirirəm.
Vahid (07.01.2013)

Salam hörmətli Vahid müəllim,

Nəzərinizə çatdırıram ki, Sizin əməq haqqınız və digər öhdəliklərinizi təhlil edəndən sonra bu suala düzgün cavab vermək olar.

Siz hansı filialdan kredit götürmüşdünüz? Mobil telefonunuzu yazın Sizinlə əlaqə saxlayacaqlar.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam. Mən daşınmaz əmlak qoymaqla, aşağı faizli kredit göturmək istəyirem. Ən aşağı faiz nə qədərdir?
Gülnarə (24.12.2012)

Salam hörmətli Gülnarə xanım,

Daşınmaz əmlak qoymaqla kreditlər bizdə ən azı effektiv illik faiz 15,8%-dir.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam. Mən kreditlə avtomobil almaq istəyirəm, lakin  mənə mane olan bəzi səbəblər var: 1. Qeydiyyat yerimin rayon olması. 2. Ilkin odənişsiz avtomobil almaq. Xahish edirəm, bu barədə mənə öz koməkliyinizi əsirgəməyəsiniz. Əvvəlcədən təşəkkür edirəm !!!
Cəfərov Mehman (13.11.2012)

Salam hörmətli Mehman müəllim,

Sizin qeydiyyat yeriniz rayon olması kreditin verilməsində problem yaratmır, lakin avtomobilin qiymətinin 20-40% həcmində ilkin ödəniş mütləq olmalıdır.

Xahiş edirəm 981 qısa nömrəsinə əlavə məlumat üçün müraciət edəsiniz. Sualınıza görə təşəkkür edirəm.   


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Xahiş edirəm, ARDNŞ-nin işçilərinə verilən kredit haqda məlumat verəsiniz.
Cəfərov Fərid (12.10.2012)

Salam hörmətli Fərid müəllim,

Sizin nəzərinizə çatdırıram ki, bizim Bank tərəfindən 20 sentyabr Neftçilər günü ilə əlaqədər 30 oktyabra qədər, neft sektorunda çalışanlar üçün kredit aksiyası keçirilir.

Bu aksiyaya uyğun olaraq, 5000 AZN-ə qədər zaminliklə krediti, Siz, illik effektiv faiz dərəcəsi 17% yox, 12,9% faizlə ala bilərsiniz.

Bunun üçün bizim Bankın filiallarından birinə şəxsiyyət vəsiqəniz və iş yerindən arayışınızı təqdim edərək müraciət edə bilərsiniz.

Əlavə suallarınız olduqda 981 qısa nömrəsinə zəng edib məlumat ala bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Hər vaxtınız xeyir Pərvanə x., analıq məzuniyyətdə ola-ola sizin bankdan mebel krediti ala bilərəm?
Mədinə Əliyeva (15.02.2012)

Salam! Hörmətli Mədinə xanım,

Analıq məzuniyyəti müddətində Siz kredit ala bilmərsiniz, çünki Sizin gəlirlərinizi təsdiq etmək çətinlik yaradır.

Lakin, Siz birbaşa elə mebel mağazalarına müraciət edə bilərsiniz ki, iş yerindən arayışsız yalnız şəxsiyyət vəsiqəsiilə kredit verirlər.

Sualınıza görə minnətdaram.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam Pərvanə x., sizin bankın saytı vasitəsilə kredit kartı sifariş etmək olar? Öncədən təşəkkür edirəm.
Araz Məlikov (01.02.2012)

Salam Hörmətli Araz müəllim!

Nəzərinizə çatdırıram ki, plastik kartlar üzrə bir çox xidmətlərdən yararlanmaq üçün bizim tərəfimizdən xüsusi sayt hazırlanmışdir. Bunun üçün Siz http://nikoilcard.az/ saytına daxil olmalı, orada registrasiya etməlisiniz. Plastik kartın əldə etməsi üçün onlayn kart sifarişi etməklə bərabər Siz internet banking, onlayn ödəmələr kimi xidmətləri istifadə edə bilərsiniz.

Kredit kart əldə etmək üçün isə Siz bizim www.nikoil.az saytımızda onlayn sifariş yarada bilərsiniz ki bizim mütəxəssislər Sizin sifarişinizə baxıb, Sizinlə əlaqə saxlayasınlar.

Sualınıza görə təşəkkür edirəm.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, sizin bankda avtokrediti əldə etmək üçün hansı sənədlər tələb olunur, və ümumiyyətlə şərtlər haqqında məlumat verə bilərsinizmi?
Aqil Babayev (27.01.2012)

Salam Aqil müəllim,

Siz bizim Bankdan avtokrediti çox sərfəli şərtlərilə ala biləsiniz. Siz 30 000 - ə qədər 5 il müddətinə illik effektiv 12 % - dan başlayaraq avtokredit götürə bilərsiniz.

Bunun üçün Siz şəxsiyyət vəsiqənizi və kreditin məbləği 15 000-dən yuxarı olduqda gəlirlərinizi təsdiq edən sənəd təqdim etməlisiniz.

Sualınıza görə minnətdaram.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam Pərvanə x., sizin bankda mən 10000 dollar ala Bilərəm kreditlə, ikisini birdən?
Samirə Süleymanova (18.01.2012)

Salam, hörmətli Samirə xanım!

Bizim bank əhalinin pul kreditinə olan tələbatını təmin etmək üçün bir neçə kredit növləri yaradıb ki, hər müştəri onun maliyyə durumu və sosial statusundan asılı olaraq bu məhsullardan istifadə edə bilsin. Bu nöqteyi nəzərdən Siz istehlak məqsədi ilə 50 000 manata qədər əmlak qirovu ilə, 5 000 manata qədər isə zaminliklə kredit götürə bilərsiniz. Bundan əlavə Siz plastik kart vasitəsilə 10 000 manata qədər zaminliklə, 40 günə qədər faiz ödəmədən kredit xətti götürə bilərsiniz. Bu kredit məhsullarından istifadə etmək üçün bizim filiallardan birinə yaxınlaşın ki, bizim mütəxəssislər Sizə daha ətraflı məlumat versinlər.

Sualınıza görə minnətdaram.






13.02.2017
Anar Bayramov
A-Qroup Sığorta Şirkətinin İdarə Heyətinin Sədri


17.05.2016
Yusif Ağayev
“AlfaSığorta” ASC-nin Marketinq şöbəsinin rəisi


28.12.2016
Dilarə Zamanova
AtaHolding Korporativ Kommunikasiyalar şöbəsinin rəisi

20.11.2015
Vüsal Əliyev
“AtaTravel” MMC-nin Baş Direktoru


21.11.2016
Cahangir Qənizadə
“AtaTexnologiya” şirkətinin layihələr departamentinin Direktoru

21.10.2014
Orxan Məmmədov
"AtaSığorta" ASC-nin İdarə Heyətinin Sədr Müavini

26.08.2016
Nikoloz Şurqaia
“Nikoyl” İKB ASC-nin İdarə Heyətinin Sədri


13.10.2014
Rəşad Rəsullu
"AtaHolding" ASC-nin İdarə Heyətinin sədr müavini




Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment