Ekspertə Sual - Dilarə Zamanova - Biznes portal Finance Time








   

 

1 USD 1.7007   1 EUR 2.0368   1 AED 0.4630   1 ARS 0.0995   1 AUD 1.3561   1 BRL 0.5422   1 BYN 0.8749   1 CAD 1.3824   1 CHF 1.7698   100 CLP 0.2720   1 CNY 0.2581   1 CZK 0.0780   1 DKK 0.2737   1 EGP 0.0962   1 GBP 2.3022   1 GEL 0.6872   1 HKD 0.2180   100 IDR 0.0128   1 ILS 0.4823   1 INR 0.0265   100 IRR 0.0046   100 JPY 1.5236   1 KGS 0.0247   100 KRW 0.1505   1 KWD 5.6445   1 KZT 0.0050   100 LBP 0.1128   1 MDL 0.0966   1 MXN 0.0958   1 MYR 0.4057   1 NOK 0.2176   1 NZD 1.2383   1 PLN 0.4741   1 RUB 0.0293   1 SAR 0.4535   1 SDR 2.4203   1 SEK 0.2140   1 SGD 1.2625   1 TJS 0.1929   1 TMT 0.4866   1 TRY 0.4878   1 TWD 0.0565   1 UAH 0.0651   100 UZS 0.0211   1 XAG 29.1160   1 XAU 2231.4885   1 XPD 1583.3517   1 XPT 1632.6720   1 ZAR 0.1281   
           
AMB kursu / Məzənnələr

 

 

Rəşad Cümşüdov

«NİKOİL» İKB-nin İnkişaf Departamentinin Direktoru
sual vermək
cavablara baxmaq
 
Dilarə Zamanova

«AtaHolding» ASC-nin Korporativ Kommunikasiyalar şöbəsinin rəisi
sual vermək
cavablara baxmaq
 
Oruc Ibrahimov

«AtaBank» ASC-nin Kommunikasiyalar və PR şöbəsinin rəisi
sual vermək
cavablara baxmaq
 
Əmək Bazarı üzrə Ekspert
Kseniya Trohimets

Mərkəzi Asiya və Qafqaz reqionu üzrə marketinq kuratoru, Jobs.Day.Az hh.ru ilə birgə layihəsi
sual vermək
cavablara baxmaq
















Ekspertə Sual


«AtaHolding» ASC-nin Korporativ Kommunikasiyalar şöbəsinin rəisi
Dilarə Zamanova


Sual: Salam Dilara x., PR üzrə hansı təlimləri məsləhət görərdiniz, və ya kitabları?
Pərvanə (01.02.2017)

Salam Pərvanə xanım, Maraqlı sual üçün təşəkkür edirəm. PR sahəsində yaxşı mütəxəssis olmaq istəyirsinizsə bu sahə ilə bağlı mümkün olan bütün təlimlərdə iştirak etməyinizi tövsiyyə edirəm. Qeyd edim ki, Bakı PR məktəbi müxtəlif mövzularda təlimlər keçirir.

Əlavə olaraq, PR ilə bağlı Co Markoninin “PR Полное руководство”, Mixail Umarovun «PR в реальном времени», Edvard Bernaysın “Public Relations”, İnna Alekseyivanın və Tatyana Qulyayevanın «PR высокого полёта» və digər kitabları oxumağı tövsiyyə edirəm. Əlavə olaraq, iri şirkətlərin birinin kommunikasiyalar şöbəsində ən azı 3 ay müddətində təcrübə keçməyiniz də məsləhətdir.

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam. Mən Azərbaycan Dövlət İqtisad Universitetinin həm bakalavr, həm də magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişəm. 2 il bank təcrübəm də var. Banklarda mövcud olan vakansiyalar üzrə cv göndərirəm, lakin heç imtahana çağırmırlar. Parametrlərim verilən tələblərə cavab verir. Zəhmət olmasa bu sualımı cavablandırardınız, nəyə görə banklar göndərilən cv-lərə baxmırlar? Çox təşəkkür edirəm.
Sevda (03.06.2016)

Salam Sevda xanım, suala görə təşəkkür edirəm. Siz bildiyiniz kimi, mən Kommunikasiyalar şöbəsinin rəisiyəm. Sizin verdiyiniz sual HR –a aiddir. Siz vakansiyaları izləyin. Vakansiya elan edən şirkətlərə CV-nizi göndərin. CV-nizi göndərdiyiniz şirkətlərin HR mütəxəssiləri ilə əlaqə saxlayın və sizi işə dəvət etməməklərinin səbəbini öyrənin. Bildiyiniz kimi, hazırkı dövrdə tələblər çox yüksəkdir. Bunun üçün çox çalışmaq və hazırlaşmaq lazımdır.

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam Dilarə xanım. Sizi işlə əlaqəli narahat edirəm. Mən neçə il prorab işləmişəm və axırıncı iş yerim Metafor havalandırma şirkətində mühəndis çalışmışam. Çox istəyərdim Məni işlə təmin edəsiniz. Əvvəlcədən təşəkkür edirəm.
Q.Vaqif (16.11.2014)

Hörmətli Vaqif müəllim,

Mən sizə kömək etmık istərdim. Lakin, sizin ixtisasa uyğun vakansiya holdinqdə yoxdur.
Siz ixtisasınıza uyğun olan yerlərə müraciət edin.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam Dilarə xanım, Ipotekaya vəsait ayrılıb Sizdə? Televiziya kanallarında xəbər verdilər ki, artıq Fonddan pul ayrılıb.
Tural Atayev (20.10.2014)

Salam Tural müəllim, Sual üçün təşəkkür edirəm. Xahiş edirəm siz AtaBank ASC-yə müraciət edəsiniz. Çox təşəkkür edirəm.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam və hər vaxtınız xeyir. Mən ehtiyatda olan zabitəm (mayor) Ali hərbi məktəbi Ukraynada bitirmişəm. Daxili işlər orqanında da xidmət etmişəm. Bilik və bacarıqlarım Sizin ASC-də daha çox səmərə verə bilər. Bu mümkundürmu? Əvvəlcədən öz minnatdarlığımı bildirirəm.
Murtuzaliyev Azər (22.09.2014)

Salam Azər müəllim,

Sualınıza görə təşəkkür edirəm. Siz CV-nizi ataholding@ataholding.az ünvanına göndərə bilərsiniz.

Sizin peşənizə uyğun vakansiya olduqda, sizi müsabiqəyə dəvət edəcəklər.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Dilarə xanım. Mən fermer təsərrüfatı üçün kredit ala bilərəmmi?
Xasıyev Xasay (28.08.2014)

Salam Xasay müəllim,

Sualınız üçün təşəkkür edirəm. Fermer təsərrüfatı üçün kredit almaq üçün siz Atabank ASC-yə müraciət edə bilərsiniz. AtaBank ASC-nin telefon nömrəsi 497 87 00. Sizə yaxın filialın ünvanını alıb ora müraciət edin.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Hörmətli Dilarə Xanım, qeydiyyatım rayondadır, Bakı şəhərində dövlət işində işləyirəm. Qeydiyyatda olduğum mənzili girov qoyaraq, 15000 AZN Kredit götürmək üçün iki banka müraciat etmişəm, Amma Mənə bildirdilər ki, biznesi göstərin. Mənim də biznesim yoxdur, əmək haqqım 550 AZN dir. Sizin fikrinizcə bu barədə hansı banka müraciət etsəm Mənə köməklik edərlər?
Nizami (22.05.2014)

Salam Nizami müəllim,

Kreditin götürülməsi üçün biznesin olmağı mecbur deyil, əsas müştərinin bütün bank üzrə olan öhdəliklər və verdiyimiz kreditde daxil olmaqla ümumi bank üzrə olan öhdəliklər vətəndaşın aylıq gəlirinin 50 %-dən çox olmasın. Normal kredit tarixçəsi olan vətəndaş olmalıdır.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, mən hərbiçiyəm, Sizin Bankda kredit götürə bilərəm?
Famik (20.02.2013)

Salam,

Sualınıza görə təşəkkür edirəm. Əlbəttə, Siz bankdan kredit götürə bilərsiniz.

Sizə uğurlar arzulayıram.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, xüsusi imtiyazları olan (elmi-pedaqoji fəaliyyət və məcburi köçkün ailəsi) vətəndaşlara  Bank, ilkin 0%, ödənişlə daxili ipoteka krediti verə bilərmi ?
Asəf Kazımov (15.02.2013)

Salam Asəf müəllim,

Sualınıza görə çox təşəkkür edirəm. Xüsusi imtiyazlı olan (elmi-pedaqoji fəaliyyət və məcburi köçkün ailəsi) vətəndaşlara İpoteka kreditinin ilkin 0%, ödənişlə verilməsi hələ mümkün deyil.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Hörmətli Dilarə Xanım! Mən hal-hazırda Azərbaycan Universitetində III kurs tələbəsiyəm. Amma təhsil haqqım yüksək olduğundan istəyirəm ki, həm çalışım, həm də təhsilimi davam etdirim. Bilirsinizmi, hansı banka getmişəm mənə ancaq sizin təcrübəniz yoxdur deyə rədd etdilər. Əgər heç bir bank və ya iş yeri məni qəbul etməsə, necə təcrübə qazana bilərəm. Mən BBA (bachelor business administration) proqramı üzrə təhsil alıram. Presentation hazırlamaq, və təqdimat aparmaq kimi bacarıqlarım var. İşləmək mənim peşəmdir, yəni işləmək yeni komanda qazanmaq istəyirəm. Ümidvaram ki, mənə bu sahədə kömək edəcəksiniz! Bizim universitet 3-cü kursda bizə səhərlər işləyib, axşamlar çalışmaq üçün şərait yaradıb. Mən bunu dəyərləndirmək istəyirəm. Mən “Hədəf” hazırlıq kurslarında təmənnasız imtahanlara baş nəzarətçi kimi çalışdım! Ümidvaram ki, mənə bu sahədə kömək edəcəksiniz! Sizdən xahiş edirəm ki, mənə bu yöndə kömək edəsiniz. Bilirəm ki, siz gənc kadrların yetişməsində, mənə də yardımçı olacaqsınız!
Gültəkin Xankişiyeva (18.12.2012)

Hörmətli  Gültəkin  xanım,

Məktubunuza görə  təşəkkür  edirəm.  Lakin təəssüflə qeyd etmək istəyirəm ki,  mən  “AtaHolding”  ASC-də   tamamilə başqa sahə olan kommunikasiya şöbəsində  çalışıram.

Bildirmək istəyirəm ki, siz işə düzəlmək üçün ixtisasınıza uyğun olan şirkətlərə  CV göndərməlisiniz. İş vakansiyaları ilə bağlı olan saytlarda  daim elanları  izləməlisiniz və ora CV göndərməlisiniz.

www.ataholding.az internet səhifəsində  karyera olan hissədə  ərizə  blankını  yazıb göndərin.  Həmçinin, Azərbaycan,  rus və ingilis dillərini mükəmməl öyrənmək lazımdır və ixtisasınızı  inkişaf etdirmək lazımdır. Siz hələ tələbəsiniz və yaxşı oxumalısınız. Bu ali təhsil məktəbində oxuduğunuz 4 il çox mühüm illərdir.

Sizə uğurlar arzulayıram.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam Dilarə x., Siz hər hansı təlim və ya kurslar təşkil edirsinizmi? Əgər edirsiniz, o zaman onlara necə yazılmaq olar?
Dinarə Tağıyeva (09.04.2012)

Hörmətli Dinarə xanım,

Maraqlı suala görə təşəkkür edirəm.

“AtaHoldinq” ASC tərəfindən təlim və ya kurslar ölkə daxilində və xaricində yalnız “AtaHoldinq” Şirkətlər Qrupunun əməkdaşları üçün təşkil edilir. AtaHoldinq Şirkətlər Qrupunun əməkdaşı olmayanlar o təlim və kurslarda iştirak edə bilmirlər.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam Dilarə x., sizin fikrinizcə Azərbaycanda hansı növ reklam daha effektivdir?
Sevda Talıbova (05.03.2012)

Hörmətli Sevda xanım,

Reklamın daha effektiv olması üçün onu düzgün hədəf kütləsinə uyğun yerləşdirmək lazımdır. Daha effektiv olması üçün reklamların kompleks verilməsi məqsədəuyğundur. Bura TV, qəzet, websaytlar, radio, bilbord, jurnal və s. daxildir. Reklamlar növlərindən asılı olaraq müxtəlif funksiyaları yerinə yetirir.

İmic reklamı şirkətə və onun məhsuluna xoş münasibətin formalaşmasını nəzərdə tutur. Onun əsas məqsədi potensial alıcıları məhsulla, onun texniki-iqtisadi göstəriciləri ilə, təyinatı ilə, tarixi ilə yaxından tanış etmək, şirkət haqqında, onun konkret məhsulu haqqında xoş təsəvvür yaratmaqdan ibarətdir. İmic reklamının həyata keçirilməsində əsas məqsəd geniş əhali kütləsində firmanın və onun məhsulunun müsbət obrazını yaratmaqdır.

İnsanlar tanıdıqları brendlərin məhsullarını almağa üstünlük verirlər. Bunun üçün imic reklamının rolu böyükdür. Məhsulun satılması üçün əmtəə reklamı effektivdir. Ayrılıqda götürdükdə TV reklamlar, websaytlarda reklam və küçələrdə bannerlərin yerləşdirilməsi effektivdir.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Dilarə xanım, “AtaHoldinq” ASC 2012-ci ildə KSM ilə bağlı hansı tədbirləri keçirməyi planlaşdırır?
Anar Əliyev (24.02.2012)

Hörmətli Anar müəllim,

Sualınıza görə təşəkkür edirəm. “AtaHoldinq” ASC Korporativ Sosial Məsuliyyətə fəaliyyətinin bir hissəsi kimi baxır və bütün layihələrdə ortaq hədəfi sosial problemlərin həll olunmasına kömək göstərərək Azərbaycan cəmiyyətində rifahın daha da yüksəlməsinə nail olmaqdır. “AtaHoldinq” ASC “2012-2014-cü illər üçün strategiya”sına uyğun olaraq müxtəlif istiqamətlərdə Korporativ Sosial Məsuliyyət layihələrini davamlı olaraq həyata keçirəcək. Xüsusi diqqət və qayğıya ehtiyacı olan əhali qrupu üçün də müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Bu cür tədbirlərdən biri 25 fevral 2012-ci il tarixində “AtaBank” ASC-nin dəstəyi ilə “Excelsior Hotel Baku” otelində SOS Uşaq Kəndlərinin yeniyetmələri arasında breyn-rinq yarışmasının keçirilməsidir. Bu layihə yeniyetmələrin əyləncəsi, intellektual bilik və bacarıqlarının üzə çıxarılmasına xidmət edir.

“AtaHoldinq” ASC 19 noyabr 2008-ci il tarixində sosilal məsuliyyət sahəsində BMT-nin Qlobal Saziş Təşəbbüsünə (Global Compact) qoşulub. Hazırda “AtaHoldinq” ASC-nin KSM sahəsində bir neçə uzunmüddətli sponsor müqaviləsi vardır. “AtaHoldinq” ASC- 2006-cı ildən “Что, Где, Когда” layihəsinə, “Turan” İntellektual Klubuna sponsorluq edir. “Turan” İntellektual Klubu tələbələr arasında intellektual oyunlar keçirir.

“AtaHoldinq” ASC ölkədə idmanın inkişafını dəstəkləyir, beynəlxalq federasiyalara, beynəlxalq yarışlara sponsorluq edir və Azərbaycan idmançılarına köməkliklər göstərir. “AtaHoldinq” ASC Beynəlxalq Güləş Federasiyasının və Beynəlxalq Hokkey Federasiyasının sponsorlarından biridir. Hazırda “AtaSport” klubu holdinqin himayəçiliyi ilə fəaliyyət göstərir.

“AtaHoldinq” Şirkətlər Qrupu cəmiyyət qarşısında olan korporativ sosial məsuliyyətini təhsil, idman və mədəniyyət sahələrində dəstəklədiyi layihələr ilə yerinə yetirir.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, əcnəbi vətəndaşlar Atabank-da kredit ala bilərlərmi?
Könül Məmmədova (23.02.2012)

Hörmətli Könül xanım,

Maraqlı suala görə təşəkkür edirəm.

Xarici dövlətlərin vətəndaşları aşağıda göstərilən şərtlərə uyğun “AtaBank” ASC-dən kredit ala bilərlər.

-Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilir. Bu vəsiqənin Azərbaycan Respublikası üzrə etibarlı olduğu müddət ərzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bankdan kredit götürə bilərlər. Həmçinin, ödəmə qabiliyyəti olan Azərbaycan vətəndaşı kredit götürən xarici vətəndaşa zamin durmalıdır.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam Dilarə x., zəhmət olmasa Atabank-ın "Nağdsız odə, nağd qazan" kampaniyası haqda məlumat verərdiniz.
Gülnar Dadaşeva (22.02.2012)

“AtaBank” ASC 30 dekabr 2012-ci il tarixinədək “Nağdsız ödə, nağd qazan” ani stimullaşdırıcı lotereya kampaniyası keçirir. Ani stimullaşdırıcı lotereyada “AtaBank” ASC tərəfindən ticarət, ictimai-iaşə və ya xidmət obyektlərində quraşdırılmış POS-terminallar vasitəsilə Azərbaycanda fəaliyyət göstərən istənilən bank tərəfindən emissiya edilən ödəniş kartları ilə nağdsız əməliyyatlar aparan fiziki şəxslər iştirak edə bilərlər.

Ani stimullaşdırıcı lotereyada təqvim ayı ərzində ümumilikdə ən az 50 manat məbləğində əməliyyatlar aparan kart istifadəçiləri iştirak hüququ əldə edirlər. Kampaniyada iştirak etmək üçün lotereya kuponlarını əldə etmək lazımdır. Ani stimullaşdırıcı lotereya kuponlarının əldə edilməsi üçün ödəniş kart istifadəçisi təqvim ayı ərzində “AtaBank” ASC-nin POS-terminalları vasitəsilə nağdsız aparılmış əməliyyatlar üzrə çekləri toplayaraq növbəti təqvim ayının sonuncu iş günündən gec olmayaraq bankın istənilən filial və ya şöbəsinə şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə müraciət etməlidir.

Ödəniş kart istifadəçisi təqdim edəcəyi hər 50 manat məbləğində olan çeklər üçün bir ani stimullaşdırıcı lotereya kuponu əldə edir. Plastik kart istifadəçisi ani stimullaşdırıcı lotereya kuponunu təhvil alaraq xüsusi zolağını pozur. Kupon uduşludursa, kart istifadəçisi kuponu əməliyyatçıya təqdim edərək, müvafiq qeydləri aparılır və kart istifadəçisi məxaric orderi ilə xəzinəyə yaxınlaşaraq uduş məbləğini alır.

Qeyd edək ki, kampaniyada iştirak edən kuponların 1001 ədədi uduşludur və maksimal uduş məbləği 1000 manat təşkil edir. Əlavə edək ki, kampaniyanın keçirilməsində əsas məqsəd bank əməliyyatlarının həcmini artirmaqla yanaşi ölkədə nağdsız ödənişlərin stimullaşdırılması sahəsində aparılan tədbirləri surətləndirməkdir. Həmçinin POS-terminallar üzrə dövriyyənin artırılması, əlavə ticarət, ictimai-iaşə və ya xidmət obyektlərinin aktiv əməkdaşlığa cəlb edilməsi müsbət təsir göstərəcəkdir.






13.02.2017
Anar Bayramov
A-Qroup Sığorta Şirkətinin İdarə Heyətinin Sədri


17.05.2016
Yusif Ağayev
“AlfaSığorta” ASC-nin Marketinq şöbəsinin rəisi


28.12.2016
Dilarə Zamanova
AtaHolding Korporativ Kommunikasiyalar şöbəsinin rəisi

20.11.2015
Vüsal Əliyev
“AtaTravel” MMC-nin Baş Direktoru


21.11.2016
Cahangir Qənizadə
“AtaTexnologiya” şirkətinin layihələr departamentinin Direktoru

21.10.2014
Orxan Məmmədov
"AtaSığorta" ASC-nin İdarə Heyətinin Sədr Müavini

26.08.2016
Nikoloz Şurqaia
“Nikoyl” İKB ASC-nin İdarə Heyətinin Sədri


13.10.2014
Rəşad Rəsullu
"AtaHolding" ASC-nin İdarə Heyətinin sədr müavini




Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment